Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-644/2023 02.05.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ X*0 Məhəmməd oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs olmaqla ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Goranboy Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi Maraqlı şəxs olmaqla ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək Goranboy rayonunun Səfikürd kəndində doğulmuş, Naftalan şəhəri, İ.Həsənzadə küçəsi ev *8, mənzil 02 ünvanında qeydiyyatda olmuş, *5.05.*990-cı il təvəllüdlü X4 Bakı şəhəri * saylı Klinik Mərkəzin (Semaşko) təcili yardım şöbəsində *9.02.2023-cü il tarixdə saat 02:44-də ölüm faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında bildirmişdir ki, Goranboy rayonunun Səfikürd kəndində doğulmuş, Naftalan şəhəri, İ. Həsənzadə küçəsi, ev *8, mənzil 02 ünvanında qeydiyyatda olmuş, *5.05.*990-cı il təvəllüdlü X7 onun oğludur. X7 ağır xəstəliyi ilə əlaqədar olaraq *8.02.2023-cü il tarixdə Goranboy Rayon Mərkəzi Xəstəxanasına müraciət etmiş, Mərkəzi Xəstəxana ona Bakı şəhəri M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına göndəriş vermiş, xəstə *8.02.2023-cü il tarixdə gecə saatlarında Respublika Klinik Xəstəxanasının təcili yardım şöbəsinə çatdırılmış, RKX-sı xəstəni qəbul etməmiş, *9.02.2023-cü il tarixdə gecə saat 02:08 radələrində xəstə ağır vəziyyətdə (preaqonal) Bakı şəhəri * saylı X*4 (Semaşko) təcili yardım şöbəsinə aparılmış, təcili təxirəsalınmaz və reanimasion tədbirlər görülməsinə baxmayaraq xəstənin həyatım xilas etmək mümkün olmamış, *9.02.2023-cü il tarixdə saat 02:44 radələrində ölmüşdür. Bakı şəhəri * saylı X*2 (Semaşko) növbətçi həkimi, reanimotoloq, cərrah, tibb qardaşı tərəfindən Akt tərtib edilmişdir. Bundan sonra mərhum X* rayonu Səfikürd kəndinə gətirilmiş, kənd qəbirstanlığında dəfn edilmişdir. Bakı şəhəri * saylı X*2 (Semaşko) təcili yardım şöbəsində ölüm haqqında tibbi şəhadətnamə tərtib edilməmiş, ölüm haqqında məlumat tibb müəssisəsi tərəfindən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən isə həmin gün EHİS vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə və oradan da avtomatlaşdırılmış rejimdə ölümün baş verdiyi yer üzrə qeydiyyat şöbəsinə ötürülməmişdir. xx.xx.2023-cü il tarixdə ölüm haqqında şəhadətnamə alınması üçün Maraqlı şəxsnə müraciət olunmuş, Şöbənin xx.xx.2023-cü il tarixli, 3-*658/**-*38/2023 saylı cavab məktubunda göstərilmişdir: "Maraqlı şəxs xx.xx.2023-cü il tarixli müraciətinizə cavab olaraq bildirilir ki, övladınız X4 ölümü haqqında akt qeydi Maraqlı şəxs arxivində, Ədliyyə Nazirliyinin "Vətəndaşlıq vəziyyəti aktlarının" "X2" aşkar edilmədi. Odur ki, bu sənədin əldə edilməsi mümkün olmadığı halda ölüm faktının təsdiq edilməsi üçün məhkəməyə müraciət edə bilərsiniz. Buna görə də Goranboy rayonunun Səfikürd kəndində doğulmuş, Naftalan şəhəri, İ.Həsənzadə küçəsi ev *8, mənzil 02 ünvanında qeydiyyatda olmuş, *5.05.*990-cı il təvəllüdlü X4 Bakı şəhəri * saylı Klinik Mərkəzin (Semaşko) təcili yardım şöbəsində *9.02.2023-cü il tarixdə saat 02:44-də ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs, Maraqlı şəxs rəisi məhkəməyə məktub ünvanlayaraq şöbədə iş yükünün çoxluğu ilə əlaqədar olaraq onların iştirakları olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş X8 göstərmişdir ki, *5.05.*990-cı il təvəllüdlü X7 Bakı şəhəri * saylı Klinik Mərkəzin təcili yardım şöbəsində *9.02.2023-cü il tarixdə ölmüşdür. *9.02.20223-cü il tarixdə Goranboy rayonu Səfikürd qəbristanlığında dəfn olunmuşdur. Məhkəmə baxışında şahid qismində dindirilmiş X9 göstərmişdir ki, Goranboy rayonunun Səfikürd kəndində doğulmuş, Naftalan şəhəri, İ.Həsənzadə küçəsi ev *8, mənzil 02 ünvanında qeydiyyatda olmuş, *5.05.*990-cı il təvəllüdlü X7 Bakı şəhəri * saylı Klinik Mərkəzin təcili yardım şöbəsində *9.02.2023-cü il tarixdə ölmüşdür. *9.02.20223-cü il tarixdə Goranboy rayonu Səfikürd qəbristanlığında dəfn olunmuşdur. Məhkəmə baxışında şahid qismində dindirilmiş X3 göstərmişdir ki, Goranboy rayonunun Səfikürd kəndində doğulmuş, *5.05.*990-cı il təvəllüdlü X7 Bakı şəhərində *9.02.2023-cü il tarixdə ölmüşdür. *9.02.20223-cü il tarixdə Goranboy rayonu Səfikürd qəbristanlığında dəfn olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş Goranboy rayonu Tatrlı kənd İƏD üzrə nümayəndəliyinin 27 fevral 2023-cü il tarixli 98 saylı arayışından görünür ki, *5.05.*990-cı il təvəllüdlü X7 *9.02.2023-cü il tarixdə naməlum səbəbdən vəfat etmiş, *9.02.2023-cü il tarixdə Goranboy rayon Səfikürd kənd qəbristanlığında dəfn olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş AZE *38892*4 seriaylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 *5.05.*990-cı il tarixdə doğulmuşdur. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş Maraqlı şəxs tərəfindən verilmiş 27 fevral 2023-cü il tarixli məktubdan görünür ki, Ərizəçi oğlunun ölüm faktının təsdiq edilməsi üçün məhkəmə müraciət etməsi tövsiyə edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, ərizəçi məhkəməyə müraciət edərkən *00 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadəsini dinləyib, işin faktiki hallarını araşdıraraq və məhkəmə baxışında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə araşdırmasının nəticəsi olaraq müəyyən edilmişdir ki, ölüm faktı müəyyən olunması tələb edilən, Goranboy rayonunun Səfikürd kəndində qeydiyyatda olmuş, Naftalan şəhəri, İ.həsənzadə küçəsi ev *8, mənzil 02 ünvanında qeydiyyatda olmuş, *5.05.*990-cı il təvəllüdlü X7 Bakı şəhəri * saylı Klinik Mərkəzin (Semaşko) təcili yardım şöbəsində *9.02.2023-cü il tarixdə saat 02:44-də ölmüşdür. *9.02.20223-cü il tarixdə Goranboy rayonu Səfikürd qəbristanlığında dəfn olunmuşdur. Ərizəçiyə ölüm faktının təsdiqi üzrə sənədləşdirmə işlərinin aparılması üçün lazımdır. İşin göstərilən halları ərizəçinin izahatı, bunu tamamlayan şahid ifadəsi və iş materiallarında olan məhkəmə tərəfindən sübut kimi qəbul edilmiş digər sənədlərlə tam təsdiq olunur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 305.*.*-ci maddəsinə görə məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsində isə təsbit edilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin *59.* və *59.2-ci maddələrinə qeyd olunur ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq Qeydiyyat şöbələri) tərəfindən aparılır. Həmin orqanlar öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadın dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 3**-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, əsaslı olduğundan ərizə təmin edilməli, *5.05.*990-cı il tarixdə Goranboy rayonunun Səfikürd kəndində doğulmuş X4 *9.02.2023cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəllənin *4.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.*-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 2*7.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 2*6-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. *5.05.*990-cı il tarixdə Goranboy rayonunun Səfikürd kəndində doğulmuş X4 *9.02.2023-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən, onun tərəfə rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Toğrul Məmmədov
Məhkəmə qərarları › İş №2(045)-644/2023
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-644/2023
02.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver