Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-654/2023 15.05.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ X*4 Məhəmməd oğlunun sədrliyi, X*5 qızının katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi Goranboy rayon Qeydiyyat şöbəsi maraqlı şəxs olmaqla “ölümün faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, *0 noyabr *993-cü ildə Goranboy rayonu, Səmədabad kəndində anadan olmuş X4 23 avqust 20**-ci ildə Goranboy rayonu, Səmədabad kəndində ölümün qeyd edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsində dəqiqləşdirmə apararaq *0 noyabr *993-cü ildə Goranboy rayonu, Səmədabad kəndində anadan olmuş X4 23 avqust 20**-ci ildə Goranboy rayonu, Səmədabad kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, ölüm faktını müəyyən etdirmək istədiyi mərhum X**onun oğludur. Oğlu *0 noyabr *993-cü ildə Goranboy rayonu Səmədabad kəndində anadan olmuşdur. Məhkəməyə təqdim etdi 06.*0.*992-ci il tarixli nikahın bağlanması haqqında çıxarışın əslindən göründüyü kimi mərhum X4 atası o, yəni Ərizəçi Heydər oğlu, anası X2r. Nikahı qeyd etdirdikdən sonra Goranboy rayonu Səmədabad kəndində yaşamışdır. Onların 3 uşağı olmuşdur. Mərhum oğlu özünə qəsd edərək həyatıa son qoymuşdur. Oğlunun doğulduğu Goranboy rayonu Səmədabad kənd qəbristanlığında dəfn etmişlər. Oğlunun ölümü barədə şəhadətnaməni ala bilmədiyi üçün Goranboy rayon Qeydiyyat şöbəsinə ərizə ilə müraciət edərək oğlunun ölümünə dair şəhadətnamənin verilməsim xahiş etmişdir. Qeydiyyat şöbəsinin 07 fevral 2023-cü il tarixli 05/Q-79/*5 saylı məktubunda ona cavab verilmişdir ki, oğlu X4 ölümü VVAQ informasiya sistemində və arxiv kitablarında aşkar edilməmişdir. Faktın təsdiq edilməsi ona ölüm haqqında şəhadətnamə alınması üçün vacibdir. *0 noyabr *993-cü ildə Goranboy rayonu, Səmədabad kəndində anadan olmuş X4 23 avqust 20**-ci ildə Goranboy rayonu, Səmədabad kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Ərizəçi izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs X8 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) *85-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən şahid X5 ifadə verərək bildirmişdir ki, Ərizəçi kəndçisidir. Təsdiq edir ki, həqiqiətən də *0 noyabr *993-cü ildə Goranboy rayonu, Səmədabad kəndində anadan olmuş X9 23 avqust 20**-ci ildə Goranboy rayonu, Səmədabad kəndində ölmüşdür. Onun dəfnində və yas mərasimində o da iştirak etmişdir. Məhkəmə iclasında iştirak edən şahid X3 ifadə verərək bildirmişdir ki, ərozəçinin kəndçisidir. Təsdiq edir ki, həqiqiətən də *0 noyabr *993-cü ildə Goranboy rayonu, Səmədabad kəndində anadan olmuş X** 23 avqust 20**-ci ildə Goranboy rayonu, Səmədabad kəndində ölmüşdür. Onun yas mərasimində iştirak etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Goranboy rayon İcra Hakimiyyəti Başçısının Səmədabad kənd İnzibati Ərazi Dairəsi Üzrə nümayəndəliyi tərəfindən verilmiş 07.02. 2023-cü il tarixli arayışından görünür ki, X** 23 avqust 20**-ci ildə vəfat etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Goranboy rayon Qeydiyyat Şöbəsinin xx.xx.2023-cü il tarixli çıxarışından görünür ki, Ərizəçi ilə X6 arasında nikah 06.*0.*992-ci ildə Qazanbulaq icra nümayəndəliyində qeydə alınmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş 289773 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X** *0 noyabr *993-cü ildə Səmədabad kəndində doğulmuşdur. X*, atası Ərizəçi Heydər oğludur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş məzar daşının fotoşəklindən görünür ki, X** 23 avqust 20**-ci ildə vəfat etmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, ərizəçinin övladı X** 23 avqust 20**-ci ildə Goranboy rayonu, Səmədabad kəndində ölmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*7.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.*-ci maddəsinə əsasən, məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, *0 noyabr *993-cü ildə Goranboy rayonu, Səmədabad kəndində anadan olmuş X4 23 avqust 20**-cü il tarixdə Goranboy rayonu, Səmədabad kəndində ölməsi faktının müəyyən edilməsi üçün yoxlanılmış sübutlar vardır və həmin faktın başqa yolla müəyyən edilməsi mümkün olmadığından bu, məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəllənin *4.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.*-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 2*7.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 2*6-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. *0 noyabr *993-cü ildə Goranboy rayonu, Səmədabad kəndində anadan olmuş X4 23 avqust 20**-cü il tarixdə Goranboy rayonu, Səmədabad kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Toğrul Məmmədov
Məhkəmə qərarları › İş №2(045)-654/2023
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-654/2023
15.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver