Məhkəmə qərarları › İş №2(045)-689/2023

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-689/2023

30.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-689/2023 30.05.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ X*4 Məhəmməd oğlunun sədrliyi, X*5 qızının katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs olmaqla “ölümün faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 05 noyabr *978-ci ildə Goranboy rayonu, Səmədabad kəndində anadan olmuş X2nun *5 dekabr *998-ci ildə Goranboy rayonu, Səmədabad kəndində ölüməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, ölüm faktını müəyyən etdirmək istədiyi mərhum X6 onun qardaşıdır. Qardaşı 05 noyabr *978-ci ildə Goranboy rayonu, Səmədabad kəndində anadan olmuşdur. X2 *5 dekabr *998-ci ildə Goranboy rayonu, Səmədabad kəndində xəstəlikdən ölmüşdür. Xəstəlikdən ölən zaman onun barəsində xəstəxanadan arayış almamışdır. Bəlkə də arayış almış, lakin itirmişdir. Lakin ölüm haqqında şəhadətnamə almaq üçün müraciət etməmişdir. İndi isə qardaşına öğlüm şəhadətnaməsi ala bilmir. Qardaşının ölümü VVAQ informasiya sistemində və arxiv kitablarında aşkar edilməmişdir. Faktın təsdiq edilməsi ona ölüm haqqında şəhadətnamə alınması üçün vacibdir. 05 noyabr *978-ci ildə Goranboy rayonu, Səmədabad kəndində anadan olmuş X2nun *5 dekabr *998-ci ildə Goranboy rayonu, Səmədabad kəndində ölüməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs X8 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) *85-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən şahid X7 ifadə verərək bildirmişdir ki, Ərizəçi qonşusudur. Təsdiq edir ki, həqiqiətən də 05 noyabr *978-ci ildə Goranboy rayonu, Səmədabad kəndində anadan olmuş X2nun *5 dekabr *998-ci ildə Goranboy rayonu, Səmədabad kəndində ölmüşdür. Onun dəfnində və yas mərasimində o da iştirak etmişdir. Məhkəmə iclasında iştirak edən şahid X9 ifadə verərək bildirmişdir ki, ərizəçinin kəndçisidir. Təsdiq edir ki, həqiqiətən də 05 noyabr *978-ci ildə Goranboy rayonu, Səmədabad kəndində anadan olmuş X2nun *5 dekabr *998-ci ildə Goranboy rayonu, Səmədabad kəndində ölmüşdür. Onun yas və dəfn mərasimində iştirak etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Goranboy rayon İcra Hakimiyyəti Başçısının Səmədabad kənd İnzibati Ərazi Dairəsi Üzrə nümayəndəliyi tərəfindən verilmiş 27.02. 2023-cü il tarixli arayışından görünür ki, X6 *5 dekabr *998-ci ildə vəfat etmişdir və Goranboy rayonu Səmədəabad kənd qəbristanlığında dəfn olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş X8nin xx.xx.2023-cü il tarixli aryışından görünür ki, X4 ölümü haqqında akt qeydi Maraqlı şəxs arxivində X3 elektron informasiya sistemində aşkar olunmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş V-ЖГ 4229*5 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 05.**.*978-ci ildə Səmədabad kəndində doğulmuşdur. X*r. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş АЗ 528429 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi Fəxrəddin oğlu xx.xx.*964-cü ildə Səmədabad kəndində doğulmuşdur. X*r. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş məzar daşının fotoşəklindən görünür ki, X6 *5 dekabr *998-ci ildə vəfat etmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, ərizəçinin X2 *5 dekabr *998-ci ildə Goranboy rayonu, Səmədabad kəndində ölmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*7.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.*-ci maddəsinə əsasən, məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, 05 noyabr *978-ci ildə Goranboy rayonu, Səmədabad kəndində anadan olmuş X4 *5 dekabr *998-ci ildə Goranboy rayonu, Səmədabad kəndində ölməsi faktının müəyyən edilməsi üçün yoxlanılmış sübutlar vardır və həmin faktın başqa yolla müəyyən edilməsi mümkün olmadığından bu, məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəllənin *4.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.*-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 2*7.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 2*6-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 05 noyabr *978-ci ildə Goranboy rayonu, Səmədabad kəndində anadan olmuş X4 *5 dekabr *998-ci ildə Goranboy rayonu, Səmədabad kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Toğrul Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar