Məhkəmə qərarları › İş №2(045)-711/2025

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-711/2025

30.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-711/2025 30.07.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ X20 Samir oğlunun sədrliyi, Civəzadə Aygün Səlahəddin qızını katibliyi, Ərizəçi iştirakları ilə, Ərizəçi (Maraqlı şəxs kimi göstərilməklə) “şəxsin vəfat etməsi faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, ərizənin təmin edilməsi, *923-cü ildə Goranboy rayonun Səfikürd kəndində anadan olmuş Məhərrəmova (Sofiyeva) Səriyyə Kərəmalı qızının 26 oktyabr *993-cü il tarixdə Goranboy rayonunun Səfikürd kəndində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, vəfat etməsi müəyyən edilməsi olan şəxs onun anası Məhərrəmova (Sofiyeva) Səriyyə Kərəmalı qızıdır. O, mərhumə anası Məhərrəmova (Sofiyeva) X5 rayonunun Səfikürd kəndində yaşamış və *993-cü ildə vəfat etmişdir. Onun ölümündən sonra başı qarışıq olduğundan nə xəstəxanadan arayış, nə də Qeydiyyat Şöbəsindən ölüm haqqında şəhadətnamə almamışdır. Yaranmış zərurətlə əlaqədar anasının doğum haqqında şəhadətnaməsini almaq üçün Maraqlı şəxsnə müraciət etmişdir. Qeydiyyat Şöbəsindən isə ona bildirdilər ki, X3 ölümü haqqında akt qeydi şöbənin arxivində və Vətəndaşlıq vəziyyəti aktlarının “X2 Sistemi”-ndə aşkar edilməmişdir. Ona görə də ölüm faktının müəyyən edilməsi ümümən qanunvericiliklə müəyyən olunmuş qaydada məhkəməyə müraciət etməyi tövsiyyə olundu. Anasının ölüm haqqında şəhadətnaməsi ona notariat əməliyyatlarının aparılması üçün lazımdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi dədiqləşdirməyə dair ərizə təqdim edərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, mərhumə anası Məhərrəmova (Sofiyeva) Səriyyə Kərəmalı qızının vəfat etməsi faktının müəyyən edilməsi notariat əməliyyatlarının aparılması üçün lazımdır. Məhkəmə iclasında iştirak edən şahid X** ifadəsində bildirdi ki, ərizəçi onun həmkəndlisidir. Ərizəçinin anası mərhumə Məhərrəmova (Sofiyeva) Səriyyə Kərəmalı qızı 26 oktyabr *993-cü il tarixdə Goranboy rayonunun Səfikürd kəndində vəfat etmişdir. Məhkəmə iclasında iştirak edən şahid X*6 ifadəsində bildirdi ki, ərizəçi onun qonşudur. Ərizəçinin anası mərhumə Məhərrəmova (Sofiyeva) Səriyyə Kərəmalı qızı 26 oktyabr *993-cü il tarixdə Goranboy rayonunun Səfikürd kəndində vəfat etmişdir. Maraqlı şəxs X*0 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) *85-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, ərizə təmin edilməlidir. Mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Goranboy RİHB-nın Səfikürd Kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş 95 nömrəli, 26.0*.2024-cü il tarixli arayışdan görünür ki, Ərizəçi anası X6 *993-cü il tarixdə Goranboy rayonu Səfikürd kəndində vəfat etmişdir. Mərhumə vəfat edən günə kimi Goranboy rayon Səfikürd kəndində qeydiyyatda olmuş və yaşamışdır. Əsas Səfikürd kənd qəbirstanlığında olan məzar daşı. Azərbaycan Respublikası Goranboy RİHB-nın Səfikürd Kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş 94 nömrəli, 26.0*.2024-cü il tarixli arayışdan görünür ki, Ərizəçi anası X6 *993-cü il tarixdə Goranboy rayonu Səfikürd kəndində vəfat etmişdir. Mərhumə vəfat edən günə kimi Goranboy rayon Səfikürd kəndində qeydiyyatda olmuş və yaşamışdır. Əsas Səfikürd kənd qəbirstanlığında olan məzar daşı. Maraqlı şəxs tərəfindən verilmiş AZ- İİ seriyalı № 060264 seriyalı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2020-ci ildə ölmüşdür. Ölümün səbəbi: Beyinə qansızma, öldüyü yer: Goranboy rayonun Səfikürd kəndi. Maraqlı şəxs tərəfindən verilmiş 3-*6-5/8-*5-*5/25-2024 nömrəli, *8.0*.2024-cü il tarixli məktubundan görünür ki, Ərizəçi ölümü haqqında akt qeydi şöbənin arxivində və Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktlarının” “X2 Sistemində” aşkar edilməmişdir; Maraqlı şəxs tərəfindən verilmiş 28 dekabr 2023-cü il tarixli arayışdan görünür ki, X7 30.*0.*974-xx.xx.2020-ci illərə aid Goranboy VVAQ Şöbəsində və Goranboy VVAQ Şöbəsi arxivində nikah akt qeydi tapılmamışdır. Maraqlı şəxs tərəfindən verilmiş 09 yanvar 2024-cü il tarixli arayışdan görünür ki, X7 30.*0.*956-cı ildə Azərbaycan Respublikasında anadan olmuşdur. X*r. Maraqlı şəxs tərəfindən verilmiş 09 yanvar 2024-cü il tarixli arayışdan görünür ki, X8 23.09.*993-cü il tarixdə Goranboy rayonun Səfikürd kəndində ölmüşdür. Ölümün səbəbi: Bağırsaq xərçəngi. Azərbaycan Respublikası DİN Goranboy rayon Polis Şöbəsi tərəfindən göndərilmiş 20 iyul 2025-ci il tarixli, 3-*3-75/2-*2733/2025 saylı məktubun surətindən görünür ki, *920- *930-cu il təvəllüdlü olan Məhərrəmova (Sofiyeva) Səriyyə Kərəmalı qızının fərdi uçot kartoçksı F-*, Q və ŞVQ-nun arxivində aşkar olunmadı. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Goranboy rayon İcra Hakimiyyəti Goranboy rayon Dövlət Arxivi tərəfindən verilmiş 22 iyul 2025-ci il tarixli, 3-48-*5-RA-2- *64/2025 saylı məktubun surətindən görünür ki, Maraqlı şəxs *920-*930-cu illəi əhatə edən Doğum haqqında Akt Qeydlər kitabları mühavizə olunmaq üçün X*7 filialına təhvil verilmişdir. Bu səbəbdən də, Məhərrəmova (Sofiyeva) Səriyyə Kərəmalı qızının doğum təvəllüdünü təsdiq edən Arxiv arayışının verilməsi qeyri-mümkündür. Kapital Bank tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 794* nömrəli qəbzdən görünür ki, ərizəçi *00 manat dövlət rüsumu ödəmişdir. Fotoşəkildən görünür ki, *923-cü il təvəllüdlü X6 *993-cü il tarixdə vəfat etmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, ərizəçinin anası Məhərrəmova (Sofiyeva) Səriyyə Kərəmalı qızı 26 oktyabr *993-cü il tarixdə vəfat etmişdir. Ərizəçi oğlunun ölümünü məhkəmə qərarı olmadan başqa yolla qeydə aldıra bilmir. MPM-in: *4.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 2*7.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 307.*-ci maddəsinə əsasən, məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, *923-cü il tarixdə Goranboy rayonu Səfikürd kəndində anadan olmuş Məhərrəmova (Sofiyeva) Səriyyə Kərəmalı qızının 26 oktyabr *993-cü il tarixdə ölməsi faktının müəyyən edilməsi üçün yoxlanılmış sübutlar vardır və həmin faktın başqa yolla müəyyən edilməsi mümkün olmadığından bu, məhkəmə qaydasında müəyyən edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 2*6-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. *923-cü il tarixdə Goranboy rayonu Səfikürd kəndində anadan olmuş Məhərrəmova (Sofiyeva) Səriyyə Kərəmalı qızının 26 oktyabr *993-cü il tarixdə vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Hafiz Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar