Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-790/2023 19.04.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hаkim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, X5 kаtibliyi, Ərizəçi iştirаkı ilə, Ərizəçi (Maraqlı şəxs kimi göstərilməklə “Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə” dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə və daha sonra dəqiqləşmə ərizəsi ilə məhkəməyə müraciət edərək, barışıq sazişində qeyd edilən aliment tələbinə dair bənd üzrə barışıq sazişinin təsdiqlənməsi barədə qətnamə çıxarlımasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o və Goranboy rayon Veyisli kəndində yaşayan Maraqlı şəxs ilə xx.xx.2022-ci il tarixində mediyasiya prosesində iştirak etmiş, maraqlı şəxs övladına atalığın verilməsi və övladlarına alimentin təyin olunması barədə ümumi razılığa gəlmişlər. Belə ki, ata Maraqlı şəxs 5 (beş) iş günü ərzində ərazidə yerləşən Qeydiyyat Şöbəsinə yaxınlaşaraq atalığın verilməsini öz öhdəsinə götürmüşdür. Maraqlı şəxs övladları xx.xx.2021-ci il təvəllüdlü X3 və xx.xx.2022-ci il təvəllüdlü X1 üçün 150 (yüz əlli) manat aliment ödəməyi öz öhdəsinə götürmüş və onlar bu barədə barışıq sazişi bağlamışlar. Lakin cavabdeh Böyükkişiyev X2 2.1.4-cü bəndinin tələblərini pozaraq hər ay iki uşaq üçün 150 (yüz ǝlli) manat aliment ödəməli olduğu halda aylıq alimentindən, bir dəfə 150 manat, bir dəfə də 20 (iyirmi) manat ödəmiş, üzərinə götürdüyü alimenti tam olaraq ödəmir və bugünə qədər ona ödənməmiş 3 ay aliment borcu yaranmışdır. Maraqlı şəxs aylıq aliment ödənişini, mediyasiya prossesində aralarında bağlanmış barışıq sazişinin tələblərinə uyğun olaraq ödəmədiyi üçün barışıq sazişini məhkəmə qaydasında təsdiq etmək məqsədi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri barədə maraqlı şəxsə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Maraqlı şəxs heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinin tələblərinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialında olan və məhkəmə baxışında tədqiq edilmiş: Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 411629 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən görünür ki, Maraqlı şəxs xx.xx.2021-ci ildə Ərizəçi doğulmuş X6 atası hesab edilmişdir; Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 445394 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən görünür ki, Maraqlı şəxs xx.xx.2022-ci ildə Ərizəçi doğulmuş X9 atası hesab edilmişdir; Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı 566382 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X4 xx.xx.2021-ci ildə Goranboy rayonunun Dəliməmmədli şəhərində doğulmuş, atası Maraqlı şəxs, anası Ərizəçi Atın qızıdır; Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı 792209 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X7 xx.xx.2022-ci ildə Goranboy şəhərində doğulmuş, atası Maraqlı şəxs, anası Ərizəçi Atın qızıdır; Mediasiya Şurası tərəfindən verilmiş 5478 nömrəli, xx.xx.2022-ci il tarixli barışıq sazişi”ndən görünür ki, tərəflər övladına atalığın verilməsi və övladlarına alimentin təyin olunması barədə ümumi razılığa gəlmişlər, cavabdeh Maraqlı şəxs bildirdi ki, uşağın atasdır, uşağa atalıq verməklə bağlı qanunvericiliyin nəzərdə tutulmuş bütün tələbləri icra etməyə razıdır, ata Maraqlı şəxs 5 (beş) iş gün ərzində ərazidə yerləşən Qeydiyyat Şöbəsinə yaxınlaşaraq atalığın verilməsini öz öhdəsinə götürmüş, ata X8 övladları xx.xx.2021-ci il təvəllüdlü X3 və xx.xx.2022-ci il təvəllüdlü X1 üçün dekabrın ayının 15 tarixindən hər ay hər uşaq üçün 75 (yetmiş beş) manat iki uşaq üçün 150 (yüz əlli) manat aliment ödəməyi öz öhdəsinə götürmüş, ödəmə elektron qaydada ödəniləcək, iddiaçı Ərizəçi Atın qızının və cavabdeh Maraqlı şəxs başqa tələbləri yoxdur. Məhkəmə, ərizəçinin izahatını dinləyib, məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Ərizəçi ilə Maraqlı şəxs arasında qeyri-rəsmi nikahından xx.xx.2021-ci ci il təvəllüdlü X4 və xx.xx.2022 ci il təvəllüdlü X11 adlı uşaqlar doğulmuşdur. Bundan sonra tərəflər arasında onların birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyündən, yəni ailə münasibətlərindən irəli gələn mübahisə yaranmış və bununla bağlı “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq mübahisə ilə bağlı məhkəməyə müraciət etməzdən əvvəl tərəflər mediasiya prosesində iştirak etmişlər və bu prosesin nəticəsi olaraq xx.xx.2022-ci il tarixdə onların arasında barışıq sazişi bağlanmışdır. Həmin sazişə əsasən maraqlı şəxs (ata) Maraqlı şəxs uşağın atası olduğunu, uşağa atalıq verməklə bağlı qanunvericiliyin nəzərdə tutulmuş bütün tələblərini icra etməyə razı olduğunu, ata Maraqlı şəxs 5 (beş) iş gün ərzində ərazidə yerləşən Qeydiyyat Şöbəsinə yaxınlaşaraq atalığın verilməsini öz öhdəsinə götürdüyünü, ata X8 övladları xx.xx.2021-ci il təvəllüdlü X3 və xx.xx.2022-ci il təvəllüdlü X1 üçün dekabrın ayının 15 tarixindən hər ay hər uşaq üçün 75 (yetmiş beş) manat olmaqla, iki uşaq üçün 150 (yüz əlli) manat sabit pul məbləğində aliment ödəməyi öz öhdəsinə götürmüşdür. Bununla bağlı mediasiya prosesinə barışıq sazişi tərtib edilmişdir. Hazırda Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs həmin saziş üzrə hər ay ödəməyi üzərinə götürdüyü 150 manat sabit pul məbləğində alimenti ödəmədiyini iddia edir və sazişin alimentin ödənilməsi hissəsində məcburi icra edilməsi üçün təsdiq edilməsini tutulmasını tələb edir. MPM-in: 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər; 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Azərbaycan Respublikası “Mediasiya haqqında” Qanunun: 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır; 34.2-ci maddəsinə əsasən Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur; 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər; 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə, mülki işin materiallarını nəzərdən keçirib, qanunvericiliyin yuxarıda göstərilən və bu sahəni tənzimləyən digər müddəalarını rəhbər tutub, qeyd edir ki, tərəflər arasında barışıq sazişi bağlandıqdan sonra Maraqlı şəxs həmin sazişin uşaqların saxlanılması üçün hər ay hər uşaq üçün 75 manat olmaqla, cəmi 150 manat sabit pul məbləğində alimentin könüllü olaraq ödənilməsi hissəsinin icrasından boyun qaçırmış və Ərizəçi cəmi 170 manat məbləğində aliment ödəmişdir. Halbuki, o, barışıq sazişi üzrə ərizəçi ilə alimeti hər ay vaxtlı-vaxtında ödəyəcəyi barədə razılığa gəlmiş və həmin saziş hazırda da qüvvədədir. Bu səbəbdən məhkəmə maraqlı şəxsin hərəkətlərini onun barışıq sazişinin könüllü icrasından imtina olunması kimi qiymətləndirərək, belə qənaətə gəlir ki, ərizə “məcburi icra edilməsi üçün barışıq sazişinin təsdiq edilməsi” hissəsində əsaslıdır və təmin edilməlidir. Maraqlı şəxsdən hər ay hər uşaq üçün 75 manat, cəmi 150 manat sabit pul məbləğində alimentin tutulmasının məcburi icrası üçün barışıq sazişi təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Maraqlı şəxs övladları xx.xx.2021-ci il təvəllüdlü X3 və xx.xx.2022 ci il təvəllüdlü X1 üçün 2022-ci ilin dekabr ayının 15 tarixindən hər ay hər uşaq üçün 75 manat olmaqla, cəmi 150 manat sabit pul məbləğində alimenti Ərizəçi xeyrinə ödəməsi barədə xx.xx.2022-ci il tarixli mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişi təsdiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Maraqlı şəxs övladları xx.xx.2021-ci il təvəllüdlü X3 və xx.xx.2022-ci il təvəllüdlü X1 üçün 2022-ci ilin dekabr ayının 15 tarixindən etibarən hər ay hər uşaq üçün 75 manat olmaqla, cəmi 150 manat sabit pul məbləğində alimenti Ərizəçi xeyrinə ödəməsi barədə xx.xx.2022-ci il tarixli mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişi təsdiq edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №2(045)-790/2023
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-790/2023
19.04.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver