Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-815/2024 05.04.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, İsmayılova Tümən Ağamalı qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs kimi göstərilməklə) “barışıq sazişinin təsdiq edilməsi”nə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onunla maraqlı şəxs arasında 07 mart 2024-cü ildə qeyd edilən bəndlər üzrə “Barışıq Sazişi”nin təsdiqlənməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, maraqlı şəxslə 2010-cu ildə toy etməklə qeyri-rəsmi nikaha daxil olmuşdur. Bu nikahdan xx.xx.2012-ci il təvəllüdlü X10 və xx.xx.2011-ci il təvəllüdlü X7 dünyaya gəlmişdir. Onlar xx.xx.2024-cü il tarixdə maraqlı şəxslə mediasiya prosesində iştirak etmişlər və bu barədə barışıq sazişi bağlamışlar. Barışıq sazişinin 2-ci maddəsinə əsasən xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2011-ci il təvəllüdlü X2 üçün X6 xx.xx.2024-cü il tarixdən etibarən hər uşaq üçün 200 (iki yüz) manat aliment ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin, maraqlı şəxs öz öhdəliyini yerinə yetirmir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək Maraqlı şəxs ilə aralarında olan xx.xx.2024-cü il tarixli “Barışıq Sazişi”nin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Maraqlı şəxs xx.xx.2024-cü il tarixli “Barışıq Sazişi”nin təsdiq olunmasına etiraz etmədiyini bildirdi. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Ərizəçi və Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli “Barışıq Sazişi” təsdiq edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Goranboy rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2011-ci il tarixdə Goranboy rayonunda doğulmuşdur. Atası Maraqlı şəxs, anası Ərizəçidır; Goranboy rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2012-ci il tarixdə Goranboy rayonunda doğulmuşdur. Atası Maraqlı şəxs, anası Ərizəçidır; Tərəflər (Ərizəçi və Maraqlı şəxs) arasında bağlanmış xx.xx.2024-cü il tarixli “Barışıq Sazişi”ndən görünür ki, onlar mediasiyada alimentin təyin olunması barədə ümumi razılığa gəlmişlər. Maraqlı şəxs övladları xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X3 üçün xx.xx.2024-cü il tarixdən etibarən hər uşaq üçün 100 (yüz) manat, iki uşaq üçün 200 (iki yüz) manat aliment ödəməyi öz öhdəsinə götürmüşdür. Aliment elektron qaydada ödəniləcəkdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər; 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir; 355-26-cı maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq edilməsi xahiş olunmuş barışıq sazişi qanunvericiliyin tələblərinə riayət edilməklə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Bundan başqa məhkəmə iclasında müəyyən olundu ki, Maraqlı şəxs müəyyən olunmuş aliment məbləğini Ərizəçi ödəməli olduğu halda buna əməl etməmiş, bu səbəbdən Ərizəçi xx.xx.2024-cü il tarixdə haqlı olaraq barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. Qeyd olunanlara əsasən və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi və Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli “Barışıq Sazişi” təsdiq edilsin. Maraqlı şəxs xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X1 üçün xx.xx.2024cü il tarixdən etibarən hər ay hər uşaq üçün 100 (yüz) manat, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq Ərizəçi ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(045)-815/2024
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-815/2024
05.04.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver