Məhkəmə qərarları › İş №2(045)-96/2023

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-96/2023

17.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-96/2023 17.01.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, X*6 qızının katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs kimi göstərilməklə) “şəxsin vəfat etməsi faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə və daha sonra tələbin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 2* noyabr *992-ci ildə Goranboy rayonu, Qızılhacılı qəsəbəsində anadan olmuş qızı X6 0* yanvar *993-cü ildə Goranboy rayonu, Qızılhacılı qəsəbəsində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxxxxxx *963-cü ildə Goranboy rayonunun Qızılhacılı qəsəbəsində anadan olmuş və hazırda da ailəsi ilə birlikdə həmin kanddə yaşayır. X4 ilə 22 aprel *989-cu il tarixdə nikahı rəsmi qeyd etdirməklə ailə qurmuşdur. “44 günlük Vətən Müharibəsi” zamanı düşmənin raket atması nəticəsində evi dağılmış və həyat yoldaşı Raziyə Musayeva şəhid olmuşdur. Birgə yaşadığı müddətdə *3 may *990-cı il təvəllüdlü X*4, *8 avqust *99*-ci il təvəllüdlü X*3 və 2* noyabr *992-ci il təvəllüdlü X9 adlı üç övladı doğulmuşdur. Ölüm faktını müəyyən etdirmək istədiyi mərhum X9 onun üçüncü övladıdır və anadan olduqdan az sonra xəstələnmiş və 0* yanvar *993-cü il tarixdə vəfat etmişdir. Bu günlərdə həyətyanı və pay torpaq sahələrini sənədləşdirmək istəyərkən ondan qızının ölümü haqqında şəhadətnaməni istəmişlər və o, onda bilmişdir ki, qızının ölümü qeydə alınmamışdır. O da bu bu günə kimi elə bilmişdir ki, qızının ölümü qeydə alınmış və qızının ölümündən az sonra yaşadığı ərazi üzrə icra nümayəndəsi ona aid olan sənədləri ondan gəlib götürmüşdür. Ona görə də, qızının ölümü barədə şəhadətnamə almaq üçün Maraqlı şəxsnə ərizə ilə müraciət etmiş və Maraqlı şəxs *2 oktyabr 2022-ci il tarixli, 05/Q-569/*5 saylı cavab məktubundan görünür ki, ərizəsi müsbət həll olunmamış, ona məsləhət olunmuşdur ki, ölüm faktının təsdiq edilməsi üçün məhkəməyə müraciət etsin. Hazırda istəyir ki, qızının ölüm faktı məhkəmə qaydasında müəyyən edilsin və ona qızının ölümü barədə şəhadətnamə verilsin. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinə uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs X** məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) *85-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən şahid X*4 ifadə verərək bildirmişdir ki, o, ərizəçinin oğlu və mərhum X6 qardaşıdır. Mərhum bacısı 0* yanvar *993-cü il tarixdə xəstəlikdən əziyyət çəkərək ölmüşdür. Bacısı vəfat edərəkən onun 3 yaşı olmuşdur. Məhkəmə iclasında iştirak edən şahid X*3 ifadə verərək bildirmişdir ki, o, ərizəçinin oğlu və mərhum X6 qardaşıdır. Mərhum bacısı 0* yanvar *993-cü il tarixdə xəstəlikdən əziyyət çəkərək ölmüşdür. Bacısı vəfat edərəkən onun 2 yaşı olmuşdur. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, ərizə təmin edilməlidir. Mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Qasım İsmayılov rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş İV-ЖГ seriyalı, 478060 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi ilə X4 arasında nikah 22 aprel *989-cu il tarixdə bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 4* nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra sonuncuya “Abbasova” soyadı verilmişdir; Maraqlı şəxs tərəfindən verilmiş AZ-İ seriyalı 45*594 nömrəli arayışdan görünür ki, X9 2* noyabr *992-ci ildə Goranboy rayonu, Qızılhacılı kəndində anadan olmuş, atası Ərizəçi, anası X2r; Qasım İsmayılov rayon Qızılhacılı kənd sovetliyi tərəfindən verilmiş Xİİİ-ЖГ seriyalı 444824 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X*4 *3 may *990-cı ildə Qasım İsmayılov rayonunun, Qızılhacılı kəndində doğulmuş, atası Ərizəçi, anası X2r; Maraqlı şəxs tərəfindən verilmiş AZ-T seriyalı 2*6508 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X*3 *8.08.*99*-ci ildə Goranboy rayonunun, Qızılhacılı kəndində doğulmuş, atası Ərizəçi, anası X2r; Maraqlı şəxs tərəfindən verilmiş AZ-İİ seriyalı 096522 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X5 05.*0.2020-ci il tarixdə “partlayış travması, ağ ciyərin zədələnmsi, kəskin qan itirmə” səbəbindən ölmüşdür; Maraqlı şəxs *2.*0.2022-ci il tarixli, 05/Q-569/*5 nömrəli məktubundan görünür ki, X6 ölümü şöbənin arxivində və “X* sistemində” aşkar edilməmişdir; JN 74*, Kod 509040*6 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktından görünür ki, Goranboy rayon Aqrar İslahat Komissiyasının *0 iyul 2000-ci il tarixli, 25 saylı qərarına əsasən 2,06 hektar torpaq sahəsi Goranboy rayon Qızılhacılı kənd sakinləri Ərizəçi, X3, X8, X7 və X6 mülkiyyətinə verilmişdir; Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, ərizəçinin qızı X9 0* yanvar *993-cü il tarixdə Goranboy rayonu, Qızılhacılı qəsəbəsində xəstəlikdən vəfat etmişdir. Ərizəçi qızının ölümünü məhkəmə qərarı olmadan başqa yolla qeydə aldıra bilmir. MPM-in: *4.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 2*7.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 307.*-ci maddəsinə əsasən, məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, 2* noyabr *992-ci il tarixdə anadan olmuş X6 0* yanvar *993-cü il tarixdə Goranboy rayonu, Qızılhacılı qəsəbəsində ölməsi faktının müəyyən edilməsi üçün yoxlanılmış sübutlar vardır və həmin faktın başqa yolla müəyyən edilməsi mümkün olmadığından bu, məhkəmə qaydasında müəyyən edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 2*6-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 2* noyabr *992-ci il tarixdə anadan olmuş X6 0* yanvar *993-cü il tarixdə Goranboy rayonu, Qızılhacılı qəsəbəsində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar