Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-100/2022 18.08.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı, nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil və Cavabdeh2ı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qızıl-zinət əşyaları tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək dəyəri 679 manat olan 8,4 qram çəkidə 1 ədəd qızıl boyunbağının, dəyəri 1500 manat olan 19,6 qram çəkidə 1 ədəd qızıl kolye boyunbağının, dəyəri 500 manat olan 6,3 qram çəkidə sirkon qaşlı qızıl sırğanın, dəyəri 500 manat olan 6,2 qram çəkidə sirkon qaşlı qızıl sırğanın, dəyəri 183 manat olan 2,2 qram çəkidə sirkon qaşlı 1 ədəd Türkiyə istehsalı olan qızıl üzüyün, dəyəri 1000 manat olan 12,5 qram çəkidə 1 ədəd küknar formalı qızıl bilərziyin, dəyəri 1000 manat olan 8,6 qram çəkidə 1 ədəd qızıl nikolay onluğunun və dəyəri 500 manat olan 4,3 qram çəkidə 1 ədəd qızıl nikolay beşliyinin və ya həmin əşyalar mövcud olmadığı halda onların dəyərinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh1 ilə aralarında olan nikah Göyçay rayon Məhkəməsinin 13 fevral 2020-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Cavabdeh1 ilə 2019-cu ilin may ayının sonundan faktiki ayrı yaşayır və Cavabdeh1 onunla ayrılarkən qızıl-zinət əşyalarını ona qaytarmamışdır. Belə ki, ona məxsus qızıl zinət əşyaları 23 oktyabr 2018-ci il tarixdə keçmiş əri olan Cavabdeh1 təkidi ilə Arazın qardaşı arvadı Cavabdeh2 tərəfindən "xxxx" MMC-nin Göyçay filialı ilə bağladığı kredit müqaviləsi üzrə öhdəliyinin təminatı kimi girov qoyulmuşdur.Cavabdeh1 ilə aralarında olan nikah pozulduqdan sonra Cavabdeh2 qızıl-zinət əşyalarını geri istəsə də leyla qızıl-ziynət əşyalarını qaytarmaqdan imtina etmişdir. İddiaya Etiraz: İddiaçı onun qaynının arvadı olmuşdur. Boşanmamışdan əvvəl iddiaçı çıxıb atası evinə getmişdir. Heç vaxt onun qızıl-zinət əşyaları ilə maraqlanmamış, ailəsinə pul lazım olduğu üçün 2018-ci ilin oktyabr ayında Göyçay şəhərində yerləşən "xxxx" MMC-yə özünə məxsus olan qızıl-zinət əşyalarını girov qoyaraq pul götürmüşdür. Banka qoyduğu qızılzinət əşyaları ona məxsusdur. Bu fakt bank müqaviləsində öz əksini tapmışdır. Onu da bildirir ki, qızıl-zinət əşyalarını bankdan götürülməsi xx.xx.2021-ci il tarixdə bitir. Bu yalandır, qızıl-zinət əşyalarını 1 il bundan əvvəl, yəni 2020-ci ildə bankdan götürmüşdür. Onunla iddiaçı arasında vvhatsapp danışıqları olmamışdır. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək göstərmişdir ki, özünə məxsus hazırda cavabdehlərin qanunsuz sahibliyində olan qızıl-zinət əşyalarını Cavabdeh1 təkidi ilə X6 BOKT MMC-yə Leylanın adından girova qoymuş, Leyla 2200 manat kredit götürmüşdür. Araz ilə ər-arvad münasibətləri pozulduqdan sonra dəfələrlə Leyladan qızılları bankdan götürüb ona təhvil verməsini tələb etmiş, Leyla isə Arazın buna icazə vermədiyini bildirmişdir. Bundan sonra X6 BOKT MMC-yə müraciət etmiş, Leylanın adından girov qoyulmuş qızılların ona məxsus olduğunu bildirmişdir. Lakin bankdan ona bildirmişlər ki, həmin qızıllara görə götürülmüş kredit qaytarılmadığından qızılları yalnız Leyla götürə bilər. Bundan sonra müxtəlif vaxtlarda Leyla ilə VVhsatsapp sosial şəbəkəsində yazışmalar aparmış, Leyladan həmin qızılları bankdan götürüb ona qaytarmasını tələb etmişdir. VVhsatsapp yazışmalarında Leyla həmin qızılların ona məxsus olduğunu etiraf etmiş, lakin həmin qızılların ona qaytarılmasına Arazın icazə vermədiyini bildirmişdir. Qeyd edilən qızılların ona məxsus olduğunu sübutu kimi 2015-ci il tarixdə Bank Respublika ASC ilə kredit müqaviləsi bağlayaraq qeyd edilən qızıllardan beşlik və onluğun həmin banka girov qoyduğunu göstərə bilər. Bundan başqa hazırda məhkəməyə təqdim etdiyi paxlava formada üzüyün sırğalarının X6 BOKT MMC-yə girov qoyulmuş sırğaların dəstinə daxil olmaqla eynilik təşkil etdiyini göstərə bilər. Eləcə də qeyd edir ki, ona məxsus qızıl-zinət əşyalarının hazırki cəmi dəyəri əmtəəşunas mütəxəssis tərəfindən 5862 manat müəyyən edilmişdir. Buna görə də iddianın təmin edilməsini xahiş edir. İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə İddiaçı izahatına uyğun izahat vermiş, iddianın müdafiə etdikləri həddə təmin edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil iddianı qəbul etməyərək göstərmişdir ki, iddia Cavabdeh1 qarşı qaldırılan hissədə əsassızdır. Belə ki, işin faktiki halları ilə məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iddiaçıya məxsus qızıl-zinət əşyaları Cavabdeh1 sahibliyində deyil. Buna görə də iddianın ona qarşı qaldırılan hissədə rədd edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh2 iddianı qəbul etməyərək göstərmişdir ki, iddiaçıya məxsus qızılzinət əşyaları onun tərəfindən, banka girov qoyulmamışdır. X6 BOKT MMC arasında kredit müqaviləsi bağlayarkən özünə məxsus qızıl-zinət əşyalarını girov qoymuş, sonradan həmin qızıl-zinət əşyalarını bankdan götürmüşdür.Məhkəmə baxışı zamanı Təranə tərəfindən təqdim edilmiş paxlava formalı üzüyə münasibətdə bildirir ki, Təranəyə məxsus həmin üzüyün sırğaları banka girov qoyulmuşdur. VVhatsapp sosial şəbəkəsi vasitəsi ilə Təranə ilə yazışmalarını inkar etmir. Məhkəmədə şahid qismində izahat vermiş Qasımov X2 göstərmişdir ki, X6 BOKT MMC-nin Göyçay filialının müdiri vəzifəsində işləyir. xx.xx.2018-ci il tarixdə Cavabdeh2 ilə X6 BOKT MMC X6 BOKT MMC arasında kredit müqaviləsi bağlanmış, müqavilənin təminatı kimi, Cavabdeh2 qızıl-zinət əşyaları girov götürülmüşdür. Bundan sonra İddiaçı banka müraciət edərək Leyla tərəfindən girov qoyulmuş qızıl-zinət əşyalarının ona məxsus olduğunu bildirmiş, qızıl-zinət əşyalarının onun adına keçirilməsini tələb etmişdir. İş üzrə tərəfləri dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Mülki işdə olan sənədlər: Məhkəməyə təqdim edilmiş Göyçay rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış nikah pozulmuşdur. Məhkəməyə təqdim edilmiş xx.xx.2015-ci il tarixli İddiaçı ilə Bank Respublika ASC arasında bağlanmış girov müqaviləsindən görünür ki, İddiaçı özünə məxsus qızıl ziynət əşyaları olan 585 əyyarlı, 44.5 qr çəkidə 03 ədəd qızıl boyunbağını, 585 əyyarlı, 12.3 qr çəkidə 01 ədəd qızıl qolbağı, 585 əyyarlı, 30 qr çəkidə 02 ədəd qızıl saatı, 585 əyyarlı, 16.4 qr çəkidə 03 ədəd qızıl sırğanı, 585 əyyarlı, 7.5 qr çəkidə 03 ədəd qızıl üzüyü, 01 ədəd qızıl onluğu, 01 ədəd qızıl beşliyi kredit müqaviləsinin təminatı kimi bank qarşısında girov qoymuşdur. Məhkəməyə təqdim edilmiş xx.xx.2018-ci il tarixli Cavabdeh2 ilə X6 BOKT MMC arasında bağlanmış girov müqaviləsindən görünür ki, Cavabdeh2 583 əyyarlı, 8.40 qr çəkidə 01 ədəd qızıl boyunbağını, 585 əyyarlı, 19.60 qr çəkidə 01 ədəd qızıl boyunbağını, 585 əyyarlı, 12.50 qr çəkidə 02 ədəd qızıl sırğaları, 583 əyyarlı, 2.20 qr çəkidə 01 ədəd qızıl üzüyü, 583 əyyarlı, 12.40 qr çəkidə 01 ədəd qızıl qolbağı, 01 ədəd qızıl onluğu, 01 ədəd qızıl beşliyi kredit müqaviləsinin təminatı kimi bank qarşısında girov qoymuşdur. Məhkəməyə təqdim edilmiş Mütəxəssis əmtəəşunas X3 tərəfindən tərtib edilmiş rəydən görünür ki, 1 ədəd qızıl boyunbağının dəyəri, 679 manat, qızıl kolye boyunbağının dəyəri 1500 manat olan, sirkon qaşlı qızıl sırğanın dəyəri 500 manat, sirkon qaşlı qızıl sırğanın dəyəri 500 manat, on qaşlı 1 ədəd Türkiyə istehsalı olan qızıl üzüyün dəyəri 183 manat, 1 ədəd küknar formalı qızıl bilərziyin dəyəri 1000 manat, 1 ədəd qızıl nikolay onluğu dəyəri 1000 manat, 1 ədəd qızıl nikolay beşliyin dəyəri 500 manat təşkil edir. X6 BOKT MMC və iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş fotoşəkillərdə əks olunmuş qızıl-zinət əşyaları iddia ərizəsində qeyd edilmiş qızılzinət əşyaları ilə eynilik təşkil edir. VVhatsapp Sosial şəbəkəsində İddiaçı ilə Cavabdeh2 arasında olan yazışmalardan görünür ki, İddiaçı Cavabdeh2 özünə məxsus olan banka girov qoyulmuş qızıl-zinət əşyalarını tələb edir, Cavabdeh2 həmin qızıl-zinət əşyalarını ona qaytarılmasına Cavabdeh1 icazə vermədiyini bildirir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 3-cü bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusiyanın 71-ci maddəsinin 2-ci bəndinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq "affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. "Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə "əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin halları ilə müəyyən olunur ki, İddiaçı məxsus qızıl-zinət əşyaları Cavabdeh2 qanunsuz sahibliyindədir. Belə ki, məhkəmə baxışı zamanı iddiaçıya məxsus qızıl-zinət əşyalarının cavabdeh tərəfindən X6 BOKT MMC-yə girov qoyulduğu müəyyən edilmişdir. Məhkəmənin belə nəticəyə gəlməyinə əsas verən hallar aşağıdakılardır. Belə ki, qeyd edilən qızıl-zinət əşyalarının çeşidi və çəkisi barədə müfəssəl məlumatların iddiaçı tərəfindən təqdim edilməsi, həmçinin cavabdeh tərəfindən girov qoyulmuş qeyd edilən qızıl-zinət əşyalarının, 01 ədəd onluq və 01 ədəd beşliyin əvvəllər iddiaçı tərəfindən Bank Respublika ASC-yə girov kimi qoyulması, cavabdeh tərəfindən MMC-yə qoyulmuş qızılların fotoşəkilləri, həmin qızıllardan bir çüt sırğanın üzüyünün iddiaçıda olduğu, həmin üzüyün iddiaçı tərəfindən məhkəmə baxışı zamanı təqdim edildiyi və bu xüsusatın cavabdeh tərəfindən mübahisələndirilmədiyi, eləcə də iddiaçının cavabdehdən vvhatsapp sosial şəbəkəsi vasitəsi ilə qızıllarını tələb etməsi, yazışmalarda qeyd edilən qızıl-zinət əşyalarının Cavabdeh2 qalması belə nəticəyə gəlməyə tam əsas verir ki, iddia ərizəsində qeyd edilən ididaçıya məxsus qızıl-zinət əşyaları hal-hazırda Cavabdeh2 qanunsuz sahibliyindədir. Həmçinin məhkəmə baxışı zamanı cavabdeh X1 iddia ərizəsində qeyd edilən qızıl-zinət əşyalarının dəyəri və çeşidi barədə iddiaçı tərəfindən göstərilən xüsusatları mübahisələndirməmişdir. Məhkəmə hesab edir ki, iddia, digər Cavabdeh1 qarşı qaldırılan hissədə əsassızdır. Ona görə ki, iddiaçıya məxsus qeyd edilən qızıl-zinət əşyaları onun sahibliyində olmamışdır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh2 aid edilməlidir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı iddiası qismən təmin edilməli, İddiaçı məxsus dəyəri 679 manat olan 8,4 qram çəkidə 1 ədəd qızıl boyunbağı, dəyəri 1500 manat olan 19,6 qram çəkidə 1 ədəd qızıl kolye boyunbağı, dəyəri 500 manat olan 6,3 qram çəkidə sirkon qaşlı qızıl sırğa, dəyəri 500 manat olan 6,2 qram çəkidə sirkon qaşlı qızıl sırğa, dəyəri 183 manat olan 2,2 qram çəkidə sirkon qaşlı 1 ədəd Türkiyə istehsalı olan qızıl üzük, dəyəri 1000 manat olan 12,5 qram çəkidə 1 ədəd küknar formalı qızıl bilərzik, dəyəri 1000 manat olan 8,6 qram çəkidə 1 ədəd qızıl nikolay onluq və dəyəri 500 manat olan 4,3 qram çəkidə 1 ədəd qızıl nikolay beşlik, həmin əşyalar mövcud olmadığı halda onların ümumi dəyəri olan 5862 manat Cavabdeh2 alınaraq İddiaçı verilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Dəyəri 679 manat olan 8,4 qram çəkidə 1 ədəd qızıl boyunbağının, dəyəri 1500 manat olan 19,6 qram çəkidə 1 ədəd qızıl kolye boyunbağının, dəyəri 500 manat olan 6,3 qram çəkidə sirkon qaşlı qızıl sırğanın, dəyəri 500 manat olan 6,2 qram çəkidə sirkon qaşlı qızıl sırğanın, dəyəri 183 manat olan 2,2 qram çəkidə sirkon qaşlı 1 ədəd Türkiyə istehsalı olan qızıl üzüyün, dəyəri 1000 manat olan 12,5 qram çəkidə 1 ədəd küknar formalı qızıl bilərziyin, dəyəri 1000 manat olan 8,6 qram çəkidə 1 ədəd qızıl nikolay onluğunun və dəyəri 500 manat olan 4,3 qram çəkidə 1 ədəd qızıl nikolay beşliyinin, həmin əşyalar mövcud olmadığı halda onların ümumi dəyəri olan 5862 manat Cavabdeh2 alınaraq İddiaçı verilsin. İddia Cavabdeh1 qarşı qaldırılan hissədə təmin edilməsin. 30 manat dövlət rüsumu Cavabdeh2 alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-100/2022
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-100/2022
18.08.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver