Məhkəmə qərarları › İş №2(046)-1019/2021

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1019/2021

08.07.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1019/2021 08.07.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı, vəkili Nümayəndə və Cavabdeh iştirakı ilə, cehiz əmlakın və qızıl-ziynət əşyalarının qaytarılması tələbinə dair mülki işə Göyçay şəhərində 08 iyul 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDI: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh cehiz əmlakın və ziynət əşyalarının alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddianı qismən müdafiə edərək tələbini belə əsaslandırmışdır ki, 17 noyabr 2018-ci ildə Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qrumuş, ailə qurduqdan sonra Bakı şəhəri Xəzər rayonu Buzovna yolu M.Ziya küçəsində yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. Birgə nikahdan uşaqları olmamışdır. Sumqayıt Şəhər Məhkəməsinin müvafiq qətnaməsi ilə Cavabdeh ilə aralarında bağlanmış nikah pozulmuşdur. Nikahları pozulduqdan sonra ona məxsus cehiz əmlakı cavabdehdə qalmışdır. Məhkəmə baxışı zamanı iddia ərizəsində qeyd etdiyi bir ədəd brilyant üzüyü cavabdeh ona təhvil vermişdir. Hazırda ona məxsus dəyəri 2300 manat olan briliant komplekt dəsti (boyunbağı, bilərzik, sırğa və üzük) və cehiz-əmlakları cavabdehin qanunsuz sahibliyindədir. Buna görə də yataq otağı mebeli 2069 manat dəyərində, qonaq otağı mebeli 537 manat dəyərində, 6 ədəd yağmur stəkan 432 manat dəyərində, Televizor 435 manat dəyərində, Divan 500 manat dəyərində, 8 ədəd Döşək 130 manat dəyərində, 2 tək döşək, 1 taxt döşək, 2 yorğan tək və 1 cüt yorğan, 2 mütəkkə, 6 yastıq, 2 döşəkcə 2000 manat dəyərində, Blendr dəsti 370 manat dəyərində, Tozsoran 235 manat dəyərində, Ütü 110 manat dəyərində, Ütü altı 70 manat, 2 ədəd Çilçıraq 500 manat dəyərində, Ət çəkən maşın 140 manat dəyərində, Mikser 100 manat dəyərində, 2 ədəd Pərdə 500 manat dəyərində, Qazan dəsti 300 manat dəyərində, Tac qazan dəsti 350 manat dəyərində, Çuğun qazan dəsti 200 manat dəyərində, Qaşıq dəsti 180 manat dəyərində, Servis dəsti 800 manat dəyərində, Yemək dəsti 180 manat dəyərində, Xrustal meyvə qabı 200 manat dəyərində, Xrustal qənd qabı 100 manat dəyərində, 15 ədəd dəsmal, 6 ədəd qətvə, 18 ədəd çay dəsmalı 600 manat dəyərində, Pakrval dəsti 300 manat dəyərində, Pakrval 80 manat dəyərində, Ədyal 40 dəyərində manat, Xrustal badə 100 manat dəyərində, 6 ədəd Xrustal armudu stəkan 100 manat dəyərində, 12 ədəd Nəlbəki 60 manat dəyərində, 2 ədəd Şirniyyat qabı dəsti 100 manat dəyərində, 18 ədəd Yemək dəsti 100 manat dəyərində, 4 ədəd Kül qabı 8 manat dəyərində, Xalça 200 manat dəyərində, Yun xalça 500 manat dəyərində və briliant komplekt dəsti ( boyunbağı, bilərzik, sırğa və üzük) əmlakların, əmlakların olmadığı təqdirdə dəyərinin və 2300 manat dəyərində briliant komplekt dəstinin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh qismində məhkəmədə izahat verən Cavabdeh iddianı qismən qəbul edərək göstərmişlər ki, iddiaçının tələb etdiyi cehiz-əmlaklar ona məxsus evdədir. Cavabdehin ondan tələb etdiyi 2300 manat dəyərində briliant komplekt dəstini isə 1500 manat satmışdır. Dəyəri 700 ABŞ dolları olan briliant nişan üzüyünü məhkəmə baxışı zamanı iddiaçıya qaytarmışdır. Qeyd edilən əmlakların iddiaçıya qaytarılmasına razıdır. İş üzrə tərəfləri dinləyən, tədqiq edilmiş sübutlara qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, İddiaçı məxsus yataq otağı mebeli 2069 manat dəyərində, qonaq otağı mebeli 537 manat dəyərində, 6 ədəd qağmur stəkan, 432 manat dəyərində, Televizor, 435 manat dəyərində, Divan 500 manat dəyərində, 8 ədəd Döşək 130 manat dəyərində, 2 tək döşək, 1 taxt döşək, 2 yorğan tək və 1 cüt yorğan, 2 mütəkkə, 6 yastıq, 2 döşəkcə 2000 manat dəyərində, Blendr dəsti 370 manat dəyərində, Tozsoran 235 manat dəyərində, Ütü 110 manat dəyərində, Ütü altı 70 manat, 2 ədəd Çilçıraq 500 manat dəyərində, Ət çəkən maşın 140 manat dəyərində, Mikser 100 manat dəyərində, 2 ədəd Pərdə 500 manat dəyərində, Qazan dəsti 300 manat dəyərində, Tac qazan dəsti 350 manat dəyərində, Çuğun qazan dəsti 200 manat dəyərində, Qaşıq dəsti 180 manat dəyərində, Servis dəsti 800 manat dəyərində, Yemək dəsti 180 manat dəyərində, Xrustal meyvə qabı 200 manat dəyərində, Xrustal qənd qabı 100 manat dəyərində, 15 ədəd dəsmal, 6 ədəd qətvə, 18 ədəd çay dəsmalı 600 manat dəyərində, Pakrval dəsti 300 manat dəyərində, Pakrval 80 manat dəyərində, Ədyal 40 dəyərində manat, Xrustal badə 100 manat dəyərində, 6 ədəd Xrustal armudu stəkan 100 manat dəyərində, 12 ədəd Nəlbəki 60 manat dəyərində, 2 ədəd Şirniyyat qabı dəsti 100 manat dəyərində, 18 ədəd Yemək dəsti 100 manat dəyərində, 4 ədəd Kül qabı 8 manat dəyərində, Xalça 200 manat dəyərində, Yun xalça 500 manat dəyərində əmlaklar cavabdehin yaşadığı Göyçay Bakı küçəsi ev 48-də yerləşən evdə qalmışdır. Bir ədəd nişan üzüyü məhkəmə baxışı zamanı iddiaçıya qaytarılmış, 2300 manat dəyərində briliant komplekt dəsti ( boyunbağı, bilərzik, sırğa və üzük) qızıl-ziynət əşyası cavabdeh tərəfindən 1500 manat satılmışdır. Məhkəmə hesab edir ki, həmin qızıl-ziynət əşyasının iddia ərizəsində qeyd edilmiş dəyəri cavabdeh tərəfindən mübahisələndirilmədiyindən, həmin qızıl-ziynət əşyasının dəyəri olan 2300 manat pul iddiaçıdan alınaraq cavabdehə verilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34-cü maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəkilində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı məxsus yataq otağı mebeli 2069 manat dəyərində, qonaq otağı mebeli 537 manat dəyərində, 6 ədəd yağmur stəkan 432 manat dəyərində, Televizor 435 manat dəyərində, Divan 500 manat dəyərində, 8 ədəd Döşək 130 manat dəyərində, 2 tək döşək, 1 taxt döşək, 2 yorğan tək və 1 cüt yorğan, 2 mütəkkə, 6 yastıq, 2 döşəkcə 2000 manat dəyərində, blendr dəsti 370 manat dəyərində, tozsoran 235 manat dəyərində, ütü 110 manat dəyərində, ütü altı 70 manat, 2 ədəd Çilçıraq 500 manat dəyərində, ət çəkən maşın 140 manat dəyərində, mikser 100 manat dəyərində, 2 ədəd pərdə 500 manat dəyərində, qazan dəsti 300 manat dəyərində, sac qazan dəsti 350 manat dəyərində, çuğun qazan dəsti 200 manat dəyərində, qaşıq dəsti 180 manat dəyərində, servis dəsti 800 manat dəyərində, yemək dəsti 180 manat dəyərində, xrustal meyvə qabı 200 manat dəyərində, xrustal qənd qabı 100 manat dəyərində, 15 ədəd dəsmal, 6 ədəd qətvə, 18 ədəd çay dəsmalı 600 manat dəyərində, pakrval dəsti 300 manat dəyərində, pakrval 80 manat dəyərində, ədyal 40 dəyərində manat, xrustal badə 100 manat dəyərində, 6 ədəd xrustal armudu stəkan 100 manat dəyərində, 12 ədəd nəlbəki 60 manat dəyərində, 2 ədəd şirniyyat qabı dəsti 100 manat dəyərində, 18 ədəd yemək dəsti 100 manat dəyərində, 4 ədəd Kül qabı 8 manat dəyərində, Xalça 200 manat dəyərində, yun xalça 500 manat dəyərində cehiz əmlaklar və 2300 manat dəyərində qızıl-ziynət əşyası olan briliant komplekt dəsti (boyunbağı, bilərzik, sırğa və üzük) mövcud olmadığı təqdirdə həmin əmlakarın ümumi dəyəri olan 14926 manat pul Cavabdeh alınaraq İddiaçı verilməlidir. İddiaçı məhkəməyə müraciət etdiyi zaman 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiacı İddiaçı məxsus yataq otağı mebeli 2069 manat dəyərində, qonaq otağı mebeli 537 manat dəyərində, 6 ədəd yağmur stəkan 432 manat dəyərində, Televizor 435 manat dəyərində, divan 500 manat dəyərində, 8 ədəd Döşək 130 manat dəyərində, 2 tək döşək, 1 taxt döşək, 2 yorğan tək və 1 cüt yorğan, 2 mütəkkə, 6 yastıq, 2 döşəkcə 2000 manat dəyərində, blendr dəsti 370 manat dəyərində, tozsoran 235 manat dəyərində, ütü 110 manat dəyərində, ütü altı 70 manat, 2 ədəd Çilçıraq 500 manat dəyərində, ət çəkən maşın 140 manat dəyərində, mikser 100 manat dəyərində, 2 ədəd pərdə 500 manat dəyərində, qazan dəsti 300 manat dəyərində, sac qazan dəsti 350 manat dəyərində, çuğun qazan dəsti 200 manat dəyərində, qaşıq dəsti 180 manat dəyərində, servis dəsti 800 manat dəyərində, yemək dəsti 180 manat dəyərində, xrustal meyvə qabı 200 manat dəyərində, xrustal qənd qabı 100 manat dəyərində, 15 ədəd dəsmal, 6 ədəd qətvə, 18 ədəd çay dəsmalı 600 manat dəyərində, pakrval dəsti 300 manat dəyərində, pakrval 80 manat dəyərində, ədyal 40 dəyərində manat, xrustal badə 100 manat dəyərində, 6 ədəd xrustal armudu stəkan 100 manat dəyərində, 12 ədəd nəlbəki 60 manat dəyərində, 2 ədəd şirniyyat qabı dəsti 100 manat dəyərində, 18 ədəd yemək dəsti 100 manat dəyərində, 4 ədəd Kül qabı 8 manat dəyərində, Xalça 200 manat dəyərində, yun xalça 500 manat dəyərində cehiz əmlaklar və 2300 manat dəyərində qızıl-ziynət əşyası olan briliant komplekt dəsti (boyunbağı, bilərzik, sırğa və üzük), mövcud olmadığı halda qeyd edilən əmlakların dəyərini təşkil edən 14.926 manat pul Cavabdeh alınaraq İddiaçı verilsin. Ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamənin icrası Göyçay rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar