Məhkəmə qərarları › İş №2(046)-104/2023

Göyçay Rayon Məhkəməsi Qərardad — İş №2(046)-104/2023

30.10.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 2(046)-104/2023 30.10.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qanunsuz tikilinin sökülməsi, torpaq sahəsindən çıxarılma və yaradılan maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək AN-İ 782892 saylı daşınmaz əmlakın alqı-satqı müqavilələrinə əsasən iddiaçının mülkiyyətdə olan 0.65 ha torpaq sahəsində cavabdehlər tərəfindən qanunsuz tikilmiş tikilinin sökülməsi, cavabdehlərin həmin torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək göstərmişdir ki, iddia ərizəsi üzrə mülki işin baxılmamış saxlanmasını və iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə Cavabdeh2 məhkəmə iclasında işin mahiyyəti üzrə həll olunmasını tələb etməmişdir. Məhkəməyə təqdim edilmiş ********* nömrəli xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən Göyçay rayon Məhkəməsinin hesabına 100 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qanunsuz tikilinin sökülməsi, torpaq sahəsindən çıxarılma və yaradılan maneələrin aradan qaldırılması tələbinə dair mülki iş iddiaçının ərizəsinə əsasən baxılmamış saxlanılsın. İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə ********* nömrəli qəbzlə Göyçay rayon məhkəməsinin hesabına ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Göyçay Rayon Məhkəməsinə şikayət vermək olar. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar