Məhkəmə qərarları › İş №2(046)-108/2023

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-108/2023

16.10.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-108/2023 16.10.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı qızıl-zinət əşyaları, cehiz əmlak və birgə nikah dövründə əldə edilmiş əmlakların bölünməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək (ümumi dəyəri) 7000 manat olan 1 dəst qorka (taxt, kamot, masa-mizlər), (ümumi dəyəri) 500 manat olan 1 dəst divan-kreslo yumşaq mebel, (ümumi dəyəri) 150 manat olan 1 ədəd ət çəkən maşın, (ümumi dəyəri) 70 manat olan 1 ədəd ütü, (ümumi dəyəri) 400 manat olan 4 dəst mitil (yorğan, döşək, balınc), (ümumi dəyəri) 350 manat olan 1 ədəd büllur çilçıraq, (ümumi dəyəri) 900 manat olan 5 ədəd xalça, (ümumi dəyəri) 300 manat olan 1 dəst capsella pərdə, (ümumi dəyəri) 600 manat olan 2 ədəd taxt üzü pakrıval, (ümumi dəyəri) 100 manat olan 2 ədəd yun ədyal yüngül yorğan, (ümumi dəyəri) 400 manat olan 1 ədəd televezor, (ümumi dəyəri) 90 manat olan 1 ədəd televezor atlığı tumba, (ümumi dəyəri) 30 manat olan 1 ədəd sandığ, (ümumi dəyəri) 300 manat olan 1 ədəd çilçıraq xrustal, (ümumi dəyəri) 50 manat olan 2 ədəd yay yorğanı, (ümumi dəyəri) 70 manat olan 1 ədəd asılqan saat divar üçün, (ümumi dəyəri) 40 manat olan 2 ədəd naçnik gecə işığı, (ümumi dəyəri) 80 manat olan 1 ədəd toz-soran, (ümumi dəyəri) 20 manat olan 1 ədəd tefal çanik, (ümumi dəyəri) 100 manat olan 2 dəst qazan dəsti, (ümumi dəyəri) 200 manat olan 300 ədəd boşqab, (ümumi dəyəri) 150 manat olan 50 ədəd su stəkanı xurustal, (ümumi dəyəri) 100 manat olan 50 ədəd nəlbəki stəkan altına qoyulan şüşə qab, (ümumi dəyəri) 70 manat olan 1 ədəd qaşıq naboru balaca, (ümumi dəyəri) 50 manat olan 1 ədəd qaşıq dəsti böyük, (ümumi dəyəri) 400 manat olan 1 ədəd obedni servis qabqacaq, (ümumi dəyəri) 100 manat olan 1 ədəd çanik (modona), (ümumi dəyəri) 100 manat olan 1 ədəd kofe dəsti, (ümumi dəyəri) 300 manat olan 3 dəst bakal xurustal, (ümumi dəyəri) 100 manat olan 1 ədəd bogima dəsti qablar, (ümumi dəyəri) 240 manat olan 8 ədəd vaz meyvə qabı, (ümumi dəyəri) 50 manat olan 1 ədəd güldan sadə gülqabı, (ümumi dəyəri) 150 manat olan 3 ədəd güldan xurustal gülqabı, (ümumi dəyəri) 30 manat olan 2 dəst qəndqabı, (ümumi dəyəri) 30 manat olan 1 ədəd çanik dəsti, (ümumi dəyəri) 20 manat olan 1 ədəd tək çanik, (ümumi dəyəri) 50 manat olan 1 ədəd qazan dəsti çuğun, (ümumi dəyəri) 200 manat olan 4 ədəd pastel dəsti, dəyəri 2000 manat olan kore sep 20 qram 750 əyarlı, dəyəri 1000 manat olan qolbağı 15 qram, 750 əyarlı, dəyəri 1200 manat olan konplekt, 12 qram, 750 əyarlı, dəyəri 650 manat olan nişan üçün üzük 8 qram, 750 əyarlı, dəyəri 200 manat olan fantaziya üzük 2 qram, dəyəri 300 manat olan uşağ üçün bilərzik 2 qram, dəyəri 300 manat olan brliyant sep 3 qram, dəyəri 400 manat olan üzük fantaziya 5,5 qram, 400 əyarlı, dəyəri 500 manat olan sepi də qızıl olan qızıl saat 20 qram, cəmi 20.320 manat dəyərində olan cehiz əmlakların, birgə nikah dövründə əldə olunmuş ümumi dəyəri 500 manat olan 1 ədəd böyük çilçıraq, ümumi dəyəri 250 manat olan 2 ədəd kiçik çilçıraq, ümumi dəyəri 70 manat olan uşaq otağı üçün çilçıraq, (ümumi dəyəri) 300 manat olan iran sobası, (ümumi dəyəri) 600 manat olan qaz sobası, (ümumi dəyəri) 650 manat olan paltaryuyan maşın, (ümumi dəyəri) 250 manat olan soba, (ümumi dəyəri) 2500 manat olan 2 ədəd plazma televizor, (ümumi dəyəri) 500 manat olan 2 ədəd uşaq üçün çarpayı, (ümumi dəyəri) 1200 manat olan mətbəx mebeli, (ümumi dəyəri) 1800 manat olan pərdələr, (ümumi dəyəri) 150 manat olan aspirator hava təmizləyən, (ümumi dəyəri) 700 manat olan soyuducu cəmi 8970 manat dəyərində olan əmlakların yarısının 4485 manat dəyərində olan əmlaklarını, həmin əmlaklar mövcud olmadıqda ümumilikdə 24855 manat pulun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianın həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək 2000 manat dəyəri olan 20 qr 750 əyar kore boyunbağının, 1000 manat dəyəri olan 15 qr 750 əyar qolbağın, 1200 manat dəyəri olan 12 qr 750 əyar komplekt (sırqa, üzük), 650 manat dəyəri olan 8 qr 750 əyar nişan üzüyünun, 200 manat dəyəri olan 2 qr fantaziya üzüyün, 100 manat dəyəri olan 2 qr uşaq üçün bilərziyin, 280 manat dəyəri olan 3 qr uşaq üçün boyunbağının, 500 manat dəyəri olan qızıl saatın, həmin qızıl-ziynət əşyaları mövcud olmadıqda dəyəri olan 5930 manatın Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh ilə 21 iyul 2007-ci il tarixdə rəsmi nikah bağlamışlar. Birgə nikahlarından xx.xx.2008-ci il tarixdə Siyarə və xx.xx.2009cu il tarixdə Cümşüd adlı uşaqları anadan olmuşdur. 21 iyul 2007-ci il tarixdən 2022-ci ilin əvvəllərinədək cavabdehlə birgə yaşayaraq, ailə münasibətləri davam etdirmişdir. Sonradan münasibətləri pisləşmiş və cavabdehə qarşı «nikahın pozulması və aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göyçay rayon Məhkəməsinin 31 mart 2022-ci il tarixli 2(046)-597/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, onunla cavabdeh arasında xx.xx.2007-ci il tarixdə Göyçay RİHB-nin Çərəkə kənd nümayəndəliyində 19 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, nikah pozulandan sonra yetkinlik yaşına çatmamış uşaqların onun yanında saxlanılmaları, həmçinin onların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən xeyriə aliment tutulması qət edilmişdir. Nikahları pozulduqdan sonra cavabdehdən qızıl-zinət əşyalarının qaytarılmasını tələb etsə də, bu günədək həmin əşyalar ona qaytarılmamışdır. Cavabdeh tərəfindən iddiaya etiraz: İddia ərizəsində göstərilən və toy zamanı iddiaçıya hədiyyə olunmuş qızıl-zinət əşyalarından çəkisi 20 qram olan 1 ədəd kore sep (böyunbağı) və çəkisi 15 qram olan qolbağının çəkiləri qeyd edilən qədər olmamış, həmin boyunbağı 12 qram qızıl və qolbağı 7 qram qızıl olmuşdur. 10 il bundan əvvəl ailənin maddi vəziyyəti ilə əlaqədar şəxsən iddiaçının özünün razılığı ilə 970 manata satılmışdır. Digər qızıl-zinət əşyalarını iddiaçı evdən gedərkən özü ilə aparmışdır. Ailədə qızıl-zinət əşyaları daim iddiaçını özündə olmuş, həmin əşyaları heç kim ondan almamış, iddiaçıda qızılların saxlanc yeri olmuş və daimi olaraq özündə saxlamışdır. Cavabdeh nümayəndəsi (vəkili) Vəkil xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Cavabdeh iddianı qismən qəbul edir. Belə ki, iddiaçının, iddia ərizəsində qeyd etdiyi 2000 manat dəyəri olan 20 qr çəkidə 750 əyyarlı kore boyunbağı və 1000 manat dəyəri olan 15 qr çəkidə 750 əyyarlı qolbaq 10 il əvvəl iddiaçının razılığı ilə 970 manata satılmışdır. 1200 manat dəyərində komplekt (sırğa, üzük) olmamışdır. Cavabdeh iddianın 650 manat dəyəri olan 8 qr 750 əyar nişan üzüyünü, 200 manat dəyəri olan 2 qr fantaziya üzüyü, 100 manat dəyəri olan 2 qr uşaq üçün bilərziyi, 280 manat dəyəri olan 3 qr uşaq üçün boyunbağını və 500 manat dəyəri olan qızıl saat hissədə qəbul edir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərdiyi xüsusatlara uyğun izahat verərək göstərmişdir ki, ona məxsus olan qızılları cavabdeh özündə saxlamışdır. Hazırda mülkiyyəti sayılan qızıl-ziynət əşyaları cavabdehin qanunsuz istifadəsindədir. Buna görə də iddianın təmin edilməsini xahiş edir. İş üzrə Cavabdeh nümayəndəsi (vəkili) Vəkil iddianı qismən qəbul edərək göstərmişdir ki, iddiaçının, iddia ərizəsində qeyd etdiyi 2000 manat dəyəri olan 20 qr çəkidə 750 əyyarlı kore boyunbağı və 1000 manat dəyəri olan 15 qr çəkidə 750 əyyarlı qolbaq 10 il əvvəl, yəni 2015-ci il tarixdə iddiaçının razılığı ilə 970 manata satılmışdır. 1200 manat dəyərində komplekt (sırğa, üzük) olmamışdır. Cavabdeh 650 manat dəyəri olan 8 qr 750 əyar nişan üzüyünü, 200 manat dəyəri olan 2 qr fantaziya üzüyü, 100 manat dəyəri olan 2 qr uşaq üçün bilərziyi, 280 manat dəyəri olan 3 qr uşaq üçün boyunbağını və 500 manat dəyəri olan qızıl saatı iddiaçıya qaytarmağa etiraz etmir. İş üzrə tərəfləri dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Mülki işdə olan sənədlər: Məhkəməyə təqdim edilmiş Göyçay rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah pozulmuşdur. Məhkəməyə təqdim edilmiş foto şəkillərdən görünür ki, İddiaçı tələb etdiyi dəyəri 2000 manat - 20 qr 750 əyarlı kore boyunbağı, 1000 manat dəyəri - 15 qr 750 əyar qolbaq, 1200 manat dəyəri - 12 qr 750 əyar komplekt (sırqa, üzük), 650 manat dəyəri - 8 qr 750 əyar nişan üzüyü, 200 manat dəyəri -2 qr fantaziya üzüyü foto şəkillərdə öz əksini tapmışdır. Məhkəmə-əmtəəşunaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli 9/4555 saylı ekspert rəyindən görünür ki, cavabdeh tərəfindən dəyəri mübahisələndirilən 1 ədəd 20 qr 750 əyarlı kore boyunbağının orta bazar qiyməti - 2200 manat və 1 ədəd 15 qr 750 əyarlı qolbağın orta bazar qiyməti -1650 manat, ümumi dəyəri təxminən 3850,65 manat müəyyən edilir. Zərgərlik məmulatlarının üzərində olan brilyant qaşların qiymətini müəyyən etmək üçün həmin brilyant qaşlara baxış keçirmədən onların keyfiyyətini müəyyən etmək mümkün deyildir. Bu səbəbdən də brilyant qaşlar üzrə qiymətləndirmə aparmaq mümkün olmadı.Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 3-cü bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusiyanın 71-ci maddəsinin 2-ci bəndinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Həmin Məcəllənin 36.9-cu maddəsinə əsasən nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq "affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. "Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə "əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin halları ilə müəyyən olunur ki, İddiaçı özünə məxsus qızıl-zinət əşyalarının Cavabdeh qanunsuz sahibliyindən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı tərəflərin verdiyi izahatla, eləcə də tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı məxsus dəyəri 2000 manat olan 20 qr 750 əyar kore boyunbağı, dəyəri 1000 manat olan 15 qr 750 əyar qolbağ, dəyəri 1200 manat olan 12 qr 750 əyar komplekt (sırqa, üzük), dəyəri 650 manat olan 8 qr 750 əyar nişan üzük, dəyəri 200 manat olan 2 qr fantaziya üzük, dəyəri 100 manat olan 2 qr uşaq üçün bilərzik, dəyəri 280 manat olan 3 qr uşaq üçün boyunbağı və dəyəri 500 manat olan qızıl saat Cavabdeh qanunsuz sahibliyində qalmışdır. Belə ki, məhkəmə iclasında cavabdehin nümayəndəsi tərəfindən mübahisələndirilən iddia ərizəsində dəyəri 2000 manat kimi qeyd edilmiş 20 qr 750 əyar kore boyunbağının və iddia ərizəsində dəyəri 1000 manat kimi qeyd edilmiş 15 qr 750 əyar qolbağın cəmi dəyərinin 970 manat olması barədə cavabdeh tərəfin göstərdiyi xüsusatlar ekspert rəyi ilə təkzib edilmişdir. Belə ki, ekspert rəyinin tədqiqat hissəsində iddia ərizəsində dəyəri 2000 manat kimi qeyd edilmiş - 20 qr 750 əyarlı kore boyunbağının hazırki dövrə olan təxmini dəyəri 2200 manat, iddia ərizəsində dəyəri 1000 manat kimi qeyd edilmiş - 15 qr 750 əyar qolbağın təxmini dəyəri isə 1650 manat müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, qeyd edilən iki çeşiddə qızıl-ziynət əşyalarının dəyəri iddiaçı tərəfindən iddia ərizəsində cəmi 3000 manat qeyd edildiyindən və iddiaçı həmin qızıl-ziynət əşyalarının dəyərinin cavabdehdən tutulmasını tələb etdiyindən, bu halda ekspertiza rəyində qeyd edilən məbləğ iddia tələbindəki məbləğdən yüksək olduğundan, iddiaçının tələbi bu hissədə məhkəmə baxışı zamanı müdafiə etdiyi həddə, yəni 3000 manat həddində təmin edilməlidir. Bundan başqa cavabdehin nümayəndəsi tərəfindən məhkəmə baxışı zamanı mübahisələndirilən 1200 manat dəyəri olan komplekt (sırğa üzük) dəstinin mövcudluğu ilə bağlı göstərdiyi xüsusatlar, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş foto şəkillərlər təkzib edildiyindən, iddia tələbi bu hissədə də təmin edilməlidir.Məhkəmə baxışı zamanı cavabdehin nümayəndəsi iddiaçının tələb etdiyi dəyəri 650 manat dəyəri olan 8 qr 750 əyar nişan üzüyünun, dəyəri 200 manat dəyəri olan 2 qr fantaziya üzüyün, dəyəri 100 manat olan 2 qr uşaq üçün bilərziyinin, dəyəri 280 manat olan 3 qr uşaq üçün boyunbağısının, dəyəri 500 manat olan qızıl saatın iddiaçıda qaldığını etiraf etmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iddiaçı tərəfindən ödənilmiş 165 manat dövlət rüsumunun, iddianın təmin edildiyi həddə 79.3 manatı Cavabdeh alınaraq, iddiaçıya verilməli, 50 manat ekspertiza xərci cavabdehdən alınaraq ekspertiza mərkəzinin hesabına keçirilməlidir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı iddiası təmin edilməli, İddiaçı məxsus dəyəri 2000 manat olan 20 qr 750 əyar kore boyunbağı, dəyəri 1000 manat olan 15 qr 750 əyar qolbağ, dəyəri 1200 manat olan 12 qr 750 əyar komplekt (sırqa, üzük), dəyəri 650 manat olan 8 qr 750 əyar nişan üzük, dəyəri 200 manat olan 2 qr fantaziya üzük, dəyəri 100 manat olan 2 qr uşaq üçün bilərzik, dəyəri 280 manat olan 3 qr uşaq üçün boyunbağı, dəyəri 500 manat olan qızıl saat, həmin qızıl-ziynət əşyaları mövcud olmadıqda dəyəri olan 5930 manat Cavabdeh alınaraq İddiaçı verilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. İddiaçı məxsus dəyəri 2000 manat olan 20 qr 750 əyar kore boyunbağı, dəyəri 1000 manat olan 15 qr 750 əyar qolbağ, dəyəri 1200 manat olan 12 qr 750 əyar komplekt (sırqa, üzük), dəyəri 650 manat olan 8 qr 750 əyar nişan üzük, dəyəri 200 manat olan 2 qr fantaziya üzük, dəyəri 100 manat olan 2 qr uşaq üçün bilərzik, dəyəri 280 manat olan 3 qr uşaq üçün boyunbağı, dəyəri 500 manat olan qızıl saat, həmin qızıl-ziynət əşyaları mövcud olmadığı təqdirdə həmin qızıl-ziynət əşyalarının ümumi dəyəri olan 5930 manat Cavabdeh alınaraq İddiaçı verilsin. 79.3 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı verilsin. İş üzrə ekspertiza xərci olan 50 manat məbləğində pul Cavabdeh alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********1, AZ 34CTRE******************** nömrəli hesabına keçirilsin Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar