Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1100/2022 18.11.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı qızıl-zinət əşyaları tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1800 manat dəyərində çəkisi 18 qram olan 1 ədəd damcı formalı boyunbağı, 700 manat dəyərində çəkisi 7 qram olan 1 ədəd damcı formalı qolbaq, 1100 manat dəyərində çəkisi 11 qram olan 1 dəst damcı formalı sırğa-üzük, 600 manat dəyərində çəkisi 5,6 qram olan 1 ədəd nişan üzüyünün, mövcud olmadığı halda ümumi dəyəri olan 4200 manat pulun, ona və qızı X5 məxsus olan ümumvətəndaş pasportunun, mediasiya xərci olaraq ödənilən 50 manat və dövlət rüsumu olaraq ödənilən 12 manat məbləğində pulun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, cavabdeh X7 ilə 08 fevral 2013-cü il tarixdə nikah bağlayaraq ailə qurmuşlar. Göyçay Rayon Məhkəməsinin 03 iyul 2015-ci il tarixli, 2(046)-1069/2015-ci il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuşdur. 17 may 2017-ci il tarixdə tərəflər barışaraq, yenidən birgə yaşamışlar. Məişət zorakılığı zəmnində (2-ci övladının da qız olması səbəbindən) tərəflər yenidən ayrılmışlar və o gündən də ayrı yaşayırlar (İkinci qız övladı xx.xx.2018-ci il tarixdə doğulmuşdur). İddiaçı toy günündə 1800 manat dəyərində çəkisi 18 qram olan 1 ədəd damcı formalı boyunbağı, 700 manat dəyərində çəkisi 7 qram olan 1 ədəd damcı formalı qolbaq, 1100 manat dəyərində çəkisi 11 qram olan 1 dəst damcı formalı sırğaüzük, 600 manat dəyərində çəkisi 5,6 qram olan 1 ədəd nişan üzüyü hədiyyə edilmişdir.Sözügedən zinyət əşyalarının çəkisi həmin məmulatların üzərində olan qəbzlərdə qeyd edilmişdir. Cavabdehlə ayrıldıqdan sonra yuxarıda sadalanan heç bir zinət əşyasını həmin evdən götürə bilməmişdir. Bundan əlavə İddiaçı və tərəflərin övladı olan X5 məxsus ümum vətəndaş pasportları da cavabdeh tərəfdə qalmışdır. İddiaçı ərizədə qeyd edilənləri dəfələrlə cavabdehdən istəsə də, sadalananların heç biri ona bugünə qədər qaytarılmamışdır. Buna görə də məhkəməyə müraciət etmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək göstərmişdir ki, özünə məxsus qızıl-zinət əşyaları cavabdeh tərəfindən lombarda qoyularaq pul götürülmüşdür. Bundan sonra cavabdeh həmin pulu ödəmiş, qızılları özündə saxlamışdır. Buna görə də iddianın təmin edilməsini xahiş edir. İş üzrə Cavabdeh Şərəfəddin qızı iddianı qəbul etməyərək göstərmişdir ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi nişan üzüyünü 380 manata,1 ədəd damcı formalı boyunbağını, 1 ədəd damcı formalı qolbağı və 1 ədəd damcı formalı sırğa-üzüyü 1500 manata almışlar. İddiaçının qeyd etdiyi qızıl-zinət əşyaları oğlu İddiaçı anası X2 tərəfindən lombarda qoyulmuş, daha sonra lombarda onun tərəfindən 1400 manat pul ödəyərək qeyd edilən qızıl-zinət əşyalarını girovdan götürmüşdür. Məleykə və Famil Rusiya Federasiyana yaşamaq üçün getmək istədiklərindən həmin qızılları 900 manata sataraq, oğlu X3 vermişdir. Bundan başqa iddiaçıya və X5 məxsus ümumivətəndaş pasportu onda qalmamışdır. Buna görə də iddianın rədd edilməsini xahiş edir. İş üzrə tərəfləri dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki işdə olan sənədlər: Məhkəməyə təqdim edilmiş Göyçay rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah pozulmuşdur. Məhkəməyə təqdim edilmiş Foto Şəkillərin surətindən görünür ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi qızıl-zinət əşyaları foto şəkillərdə öz əksini tapmışdır. E-məhkəmə sistemi çıxarışından görünür ki, X2, İddiaçı anasıdır. Məhkəməyə təqdim edilmiş ASEL Kredit BOKT MMC tərəfindən məhkəməyə verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, xx.xx.2018-ci il tarixdə X2 ilə ASEL Kredit BOKT MMC arasında 12 ay müddətinə kredit müqavilə bağlanmış, X2 tərəfindən 16.23 qram cəkidə 583 əyyar olan qızıl-zinət əşyaları girov qoyulmuş, X1 580 manat kredit verilmişdir. Həmin kredit xx.xx.2019-cu il tarixdə X2 tərəfindən bağlanmışdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2021-ci il tarixdə mediator Akif Kərimov tərəfindən verilmiş İMS iştirak edilməməsi barədə arayışdan görünür ki, 50 manat mediasiya xərci X6 tərəfindən ödənilmişdir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 3-cü bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusiyanın 71-ci maddəsinin 2-ci bəndinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34-cü maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəkilində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq "affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. "Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə "əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin halları ilə müəyyən olunur ki, İddiaçı məxsus qızıl-zinət əşyaları Cavabdeh Şərəfəddin qızının qanunsuz sahibliyindədir. Belə ki, məhkəmə baxışı zamanı iddiaçıya məxsus qızıl-zinət əşyaları iddiaçının anası X2 tərəfindən ASEL Kredit BOKT MMC-yə girov qoyularaq kredit götürüldüyü, həmin kredit müqaviləsi üzrə borcun cavabdeh tərəfindən ödənildiyini, Daha sonra qeyd edilən qızıl-zinət əşyalarının cavabdeh tərəfindən 900 manata satılaraq iddiaçı və keçmiş əri X3 verdiyi müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilmiş hallardan göründüyü kimi iddiaçıya məxsus qızıl-zinət əşyaları cavabdeh tərəfindən satılmışdır. Cavabdehin məhkəmə baxışı zamanı bu cür izahat verməsi, ididaçıya məxsus qızıl-zinət əşyaları hal-hazırda Cavabdeh Şərəfəddin qızının qanunsuz sahibliyində qaldığına ehtiva edir. Məhkəmə baxışı zamanı İddiaçı özünə məxsus qızıl-zinət əşyalarının iddia ərizəsində qeyd edilən məbləğdə olduğuna, eləcə də özünə və qızı X5 məxsus ümumvətəndaş pasportunun cavabdehin qanunsuz sahibliyində qaldığına dair heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçıya məxsus qızıl-zinət əşyalarının dəyəri cavabdehin məhkəmə baxışı zamanı göstərdiyi həddə təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iddiaçı tərəfindən ödənilmiş 12 manat dövlət rüsumu Cavabdeh Şərəfəddin qızına aid edilməli, 50 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı iddiası qismən təmin edilməli, İddiaçı məxsus ümumi dəyəri 1500 manat olan çəkisi 18 qram olan 1 ədəd damcı formalı boyunbağı, çəkisi 7 qram olan 1 ədəd damcı formalı qolbaq, çəkisi 11 qram olan 1 dəst damcı formalı sırğa-üzük və dəyəri 380 manat olan çəkisi 5,6 qram olan 1 ədəd nişan üzüyü, həmin əşyalar mövcud olmadığı halda onların ümumi dəyəri olan 1880 manat Cavabdeh Şərəfəddin qızından alınaraq İddiaçı verilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Dəyəri 1500 manat olan çəkisi 18 qram olan 1 ədəd damcı formalı boyunbağı, çəkisi 7 qram olan 1 ədəd damcı formalı qolbaq, çəkisi 11 qram olan 1 dəst damcı formalı sırğa-üzük və dəyəri 380 manat olan çəkisi 5,6 qram olan 1 ədəd nişan üzüyü, həmin əşyalar mövcud olmadığı halda onların ümumi dəyəri olan 1880 manat Cavabdeh Şərəfəddin qızından alınaraq İddiaçı verilsin. 12 manat dövlət rüsumu və 50 manat mediasiya xərci Cavabdeh Şərəfəddin qızından alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-1100/2022
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1100/2022
18.11.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver