Məhkəmə qərarları › İş №2(046)-1105/2021

Göyçay Rayon Məhkəməsi Qərardad — İş №2(046)-1105/2021

08.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 2(046)-1105/2021 08.10.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutulmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı QSC cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutulmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı QSC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin geri qaytarılması və mülki işin baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasında iştirak etməmiş, işin mahiyyəti üzrə baxılmasını tələb etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 259.0.11 iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdehlər işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutulmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 260, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutulmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi iddiaçının ərizəsinə əsasən baxılmamış saxlansın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətdə Göyçay Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov № 2(046)-602/2020 MƏHKƏMƏ HAZİRLİQ İCLASİNİN PROTOKOLU Göyçay Rayon Məhkəməsi 18 iyun 2020-ci il Göyçay şəhəri Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məmmədov Səbuhi Məltəb oğlunun katibliyi ilə İddiaçı QSC-nin cavabdehlər X2, X4 və X1 qarşı kredit borcunun qaytarılması tələbinə qarşı dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxılır. Sədrlik edən saat 11:30-da məhkəmə iclasını açır və baxılacaq işi elan edir. Tərəflər məhkəmə iclasında iştirak etmirlər. Sədrlik edən iddia ərizəsini və iş materiallarını araşdırır. Sədrlik edən müşavirə otağına gedir, müşavirə otağından qayıtdıqdan sonra qərardadı elan edir, qərardadın məzmununu, ondan şikayət etmə müddəti və qaydalarını izah edir. Məhkəmə iclası saat 11:35-də bağlı elan olunur. Protokol 18 iyun 2020-ci il tarixdə tərtib olundu. Sədrlik edən: Katib:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar