Məhkəmə qərarları › İş №2(046)-1117/2023

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1117/2023

04.05.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1117/2023 04.05.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, Ərizəçi Bahdur oğlunun, Maraqlı şəxs iştirakı ilə, barışıq sazişinin təsdiq edilməsinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi Bahdur oğlu ərizə ilə məhkəməyə müraciət edərək Maraqlı şəxs ilə aralarında bağlanmış xx.xx.2022-ci il tarixli MŞŞ/1/02223 saylı barışıq sazişinin təsdiq edilməsi və 50 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Ərizəçi Bahdur oğlu ərizəni müdafiə edərək tələbi belə əsaslandırmışlar ki, Maraqlı şəxs ilə xx.xx.2013-cı il tarixdə ailə qurmuş, birgə nikahlarından 07 iyul 2014-ci il tarixdə X2 və 14 aprel 2016-ci il tarixdə X3 anadan olmuşdur. Hal hazırda ailə münasibətləri pozulmuş, fərqli ünvanda yaşayırlar, Maraqlı şəxs “Nikahın pozulması, uşaqların yaşayış yerinin müəyyən edilməsi və aliment tələbi” barədə iddia qaldırmışdır. İddia hazırda Göyçay Rayon Məhkəməsinin İcraatındadır. X1 onun himayəsində yaşayır, X2 isə Maraqlı şəxs himayəsindədir. Məhkəməyə qədər olan Mediasiya mərhələsi zamanı aralarında razılıq eldə edilmiş və xx.xx.2022-ci il tarixli №-MŞŞ/1/02223 saylı barışıq sazişi bağlanmışdır. Həmin Barışıq sazişinin barışıq şərtlərinin 2 bəndinə əsasən: X3 ilə və X2 ilə tərəflər hər ayın 1-ci və 3-cü həftəsi, ikinci tərəfin yaşadığı ünvanda (Göyçay rayonu Alpoud kəndi), hər ayın 2-ci və 4-cü həftəsi birinci tərəfin yaşadığı ünvünda (Bakı şəhəri, Nizami rayonu Qara Qarayev pr. Ev 121, m. 76.) şənbə və bazar günləri saat 10:00-dan 18:00-dək ünsiyyətdə ola bilərlər. Həmin vaxt ərzində Tərəflər övladı ilə birlikdə parka, əyləncə yerinə və s. Digər ictimai yerlərə apara, gəzdirə bilər üzrə öhdəlikləri götürmüşdür. Hazırki vəziyyətdə isə Maraqlı şəxs xx.xx.2022-ci il tarixli №- MŞŞ/1/02223 saylı Barışıq sazişinin şərtlərinə əməl etməkdən boyun qaçırır və ümumiyyətlə keçən aylar ərzində uşaqla ünsiyyətə mane olur. Elə bu səbəbdən də hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Buna görə də məhkəmədən ərizəsinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Maraqlı şəxs göstərmişdir ki, ərizəçi ilə himayəsində olan azyaşlı uşağın görüşüb ünsiyyətdə olmasına heç bir etirazı yoxdur. Buna görə də qeyd edilən barışıq sazişinin təsdiq edilməsinə etiraz etmir. Bundan başqa yaşadığı ünvan ünvan 2çay rayon Bəydövül kəndi kimi göstərilmişdir. Ərizəçinin izahatını dinləyən, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan qismən təmin olunmalıdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli №-MŞŞ/1/02223 saylı barışıq sazişindən görünür ki, X3 ilə və X2 ilə tərəflər hər ayın 1-ci və 3-cü həftəsi, ikinci tərəfin yaşadığı ünvanda (Göyçay rayonu Alpoud kəndi), hər ayın 2-ci və 4-cü həftəsi birinci tərəfin yaşadığı ünvünda (Bakı şəhəri, Nizami ryonu Qara Qarayev pr. Ev 121, m. 76.) şənbə və bazar günləri saat 10:00-dan 18:00-dək ünsiyyətdə ola bilərlər. Həmin vaxt ərzində Tərəflər övladı ilə birlikdə parka, əyləncə yerinə və s. Digər ictimai yerlərə apara, gəzdirə bilər. Azərbaycan Respublikası Mlüki Prosessual: 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 55-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 55-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, hesab edir ki, Ərizəçi Bahdur oğlu ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2022-ci il tarixli №-MŞŞ/1/02223 saylı barışıq sazişi qanuni əsaslar bağlanmış, barışıq sazişi bağlandıqdan sonra, Maraqlı şəxs barışıq sazişində üzərinə götürdüyü öhdəlikləri icra etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, Ərizəçi Bahdur oğlu ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2022-ci il tarixli №-MŞŞ/1/02223 saylı barışıq sazişi təsdiq edilməlidir. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Maraqlı şəxs yaşadığı yer, ünvan 2çay rayon Bəydövül kəndi kimi qeyd edilmişdir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi Bahdur oğlunın ərizəsi qanuna uyğun olduğundan təmin edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 311, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDI: Ərizə təmin edilsin. Ərizəçi Bahdur oğlu ilə Maraqlı şəxs arasında baölanmış xx.xx.2022-ci il tarixli MŞŞ/1/02223 saylı barışıq sazişi təsdiq edilsin. Maraqlı şəxs yaşadığı yer, Göyçay rayon Alpout kəndi olması nəzərə alınsın. Qətnamənin icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Göyçay rayon məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya məhkəməsinə şikayət vermək olar. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar