Məhkəmə qərarları › İş №2(046)-1122/2020

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1122/2020

29.10.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1122/2020 29.10.2020 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məmmədov Səbuhi Mətləb oğlunun katibliyi, İddiaçı, nümayəndəsi (vəkili) Vəkil və Cavabdeh qızının iştirakı ilə, əmlak tələbinə dair mülki işə Göyçay şəhərində xx xxxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus olan və ona hədiyyə olunan 4160 (dörd min bir yüz altmış) manat dəyərində qızı-zinət əşyalarının və ya onların dəyərinin Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə İddiaçı tələbini müdafiə edərək göstərmişdir ki, cavabdeh, Cavabdeh ilə xx xxxxxx 2011-ci il tarixdə nikah bağlamış, birgə nikahdan iki uşaqları anadan olmuşdur. xx xxxx 2020-ci il tarixdə müəyyən səbəblərə görə nikahları Göyçay Rayon Məhkəməsinin qətnaməsi əsasında pozulmuşdur. Cavabdehin evinə gəlin köçərkən cavabdeh tərəfindən ona 4160 (dörd min bir yüz altmış) manat məbləğində qızıl-zinət əşyaları hədiyyə olunmuşdur. Həmin qızıl-zinət əşyaları olan 700 manat dəyərində çəkisi 10 qram olan 1 ədəd qızıl brilyant üzüyün, 350 manat dəyərində çəkisi 5 qram olan 1 ədəd qızıl ay-ulduz kulonu cavabdehin xalası hədiyyə etmiş, sonradan xalasına məxsus qızıllar geri qaytarılmışdır. Hal-hazırda digər hədiyyə olunan qızıl-zinət əşyaları cavabdehin yaşadığı Göyçay rayonu Kürd kəndindədir. Dəfələrlə cavabdehdən ona məxsus və ona hədiyyə olunan qızıl-zinət əşyalarının qaytarılması barədə müraciət etsə də lakin cavabdeh bundan imtina etmişdir. Buna görə də ona məxsus qızıl-zinət əşyaları olan 1400 manat dəyərində çəkisi 20 qram olan 1 ədəd qızıl tros boyunbağının, 1360 manat dəyərində çəkisi 26 qram olan 1 ədəd qızıl brilyant sırğanın, 700 manat dəyərində çəkisi 10 qram olan 1 ədəd qızıl brilyant üzüyün, 350 manat dəyərində çəkisi 5 qram olan 1 ədəd qızıl ayulduz kulonun, 350 manat dəyərində çəkisi 5 qram olan qızıl rus kulonu beşliyin Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsin xahiş etmişdir. İddiaçı nümayəndəsi (vəkili) Vəkil məhkəmə baxışı zamanı iddiaçının göstərdiyi xüsusatları müdafiə etmişdir. İş üzrə Cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, İddiaçı ilə xx.xx.2011-ci tarixdə ailə həyatı qurmuşdur. Birgə nikahdan iki uşaqları anadan olmuşdur. Nikahları xx.xx.2020-ci il tarixdə Göyçay Rayon Məhkəməsinin qətnaməsinə əsasən pozulmuşdur. İddiaçıya nişan dövründə dəyəri 1360 manat olan boyunbağı, dəyəri 1000 manat olan qızıl üzük-sırğa dəsti, dəyəri 600 manat olan brilyant qaşlı nişan üzüyü almış və dəyəri təxminən 150 manat olan qızıl rus kulonu beşlik anası hədiyyə etmişdir. Digər qızıl-zinət əşyaları xalası və xalası qızı tərəfindən verilmiş və sonradan geri qaytarılmışdır. Qeyd edilən qızıl-zinət əşyalarından 1360 manat dəyərində olan boyunbağını xəstəliyi ilə əlaqədar sataraq özünü müalicə etdirmişdir. Dəyəri 1000 manat olan qızıl üzük-sırğa dəsti və dəyəri 150 manat olan beşlik qızıl iddiaçı özü ilə aparmışdır. Hazırda iddiaçının onda heç bir qızıl-zinət əşyası qalmamışdır. Buna görə də iddianın rədd edilməsini xahiş emtişdir. İş üzrə tərəfləri dinləyən, tədqiq edilmiş sübutlara qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə baxışı zamanı müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh ilə xx.xx.2011-ci il tarixli nikah bağlayaraq ailə qurmuşlar. İddiaçı cavabdehin yaşadığı Göyçay rayonunun Kürd kəndinə gəlin köçmüşdür. Tərəflər arasında bağlanmış nikah Göyçay Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. İddiaçı iddia ərizəsində qeyd etdiyi 1400 manat dəyərində çəkisi 20 qram olan 1 ədəd qızıl tros boyunbağının qiymətinin 1360 manat olduğu Cavabdeh özünün müalicəsi üçün satdığını etiraf etmiş, dəyəri 1000 manat olan 1 ədəd qızıl brilyant sırğanı və dəyəri 150 manat olan beşlik qızıl rus kulonun isə hazırda Cavabdeh qaldığı müəyyən edilmişdir. İddia ərizəsində qeyd olunan 700 manat dəyərində çəkisi 10 qram olan 1 ədəd qızıl brilyant üzüyün, 350 manat dəyərində çəkisi 5 qram olan 1 ədəd qızıl ay-ulduz kulonu cavabdehin xalası və xalası qızı iddiaçıya hədiyyə etdiyi və sonradan həmin qızıl-zinət əşyalarının iddiaçı tərəfindən onlara qaytarıldığı müəyyən edilmişdir. Cavabdeh tərəfindən qızıl-zinət əşyalarının dəyəri barədə göstərilən xüsusatlar iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edilərkən qızıl-zinət əşylarının dəyəri cavabdehin etiraf etdiyi həddə əsas götürülməlidir. Məhkəmə hesab edir ki, İddiaçı 700 manat dəyərində çəkisi 10 qram olan 1 ədəd qızıl brilyant üzüyün, 350 manat dəyərində çəkisi 5 qram olan 1 ədəd qızıl ay-ulduz kulonunu Cavabdehun xalasına və xalası qızına qaytardığından cavabdehdən tələb etməkdə haqlı deyildir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçıya məxsus qızıl-zinət əşyaları olan 1360 manat dəyərində çəkisi 20 qram olan 1 ədəd qızıl tros boyunbağının, 1000 manat dəyərində çəkisi 26 qram olan 1 ədəd qızıl brilyant sırğanın, 150 manat dəyərində çəkisi 5 qram olan qızıl rus kulonu beşliyi, mövcud olmadığı halda onların dəyərini təşkil edən 2510 manat Cavabdeh alınaraq İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı iddia ərizəsində ödənilmiş dövlət rüsumunu cavabdehdən tələb etmədiyindən məhkəmə hesab edir ki, dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı məxsus qızıl-zinət əşyaları olan 1360 manat dəyərində çəkisi 20 qram olan 1 ədəd qızıl tros boyunbağı, 1000 manat dəyərində çəkisi 26 qram olan 1 ədəd qızıl brilyant sırğa, 150 manat dəyərində çəkisi 5 qram olan qızıl rus kulonu beşlik, mövcud olmadığı halda onların dəyərini təşkil edən 2510 manat Cavabdeh alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamənin icrası Göyçay rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar