Məhkəmə qərarları › İş №2(046)-123/2020

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-123/2020

28.07.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-123/2020 28.07.2020 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məmmədov Səbuhi Mətləb oğlunun katibliyi, İddiaçı, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin X12 İdarəsinin sahə rəisi X3 və maraqlı tərəf Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 16 saylı X11 nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılması və torpaq sahəsinin boşaldılması tələbinə dair mülki işə Göyçay şəhərində xx xxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Göyçay rayonu Potu kəndində yerləşən 0.06 hektar torpaq sahəsinindən Cavabdeh çıxarılması və həmin torpaq sahəsinin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək göstərmişdir ki, Göyçay rayonu keçmiş Əli Kərim adına kolxozun xx.xx.1997-ci il tarixli 10 nömrəli müvəkkillər yığıncağının qərarı ilə ona Göyçay rayon Potu kəndi ərazisindən 0.06 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. Həmin yığıncağın qərarı ilə ayrılmış 0.06 ha həyətyanı torpaq sahəsi yer üzərində ölçülmüş, sözügedən torpaq sahəsinin şimaldan Cavabdeh, şərqdən nar bağı, cənubdan nar bağı, qərbdən isə yol yeri ilə həmsərhəd olması müəyyən edilmiş, DT və XK-nın Göyçay rayon şöbəsi və Göyçay rayon Potu Bələdiyyəsi tərəfindən həmin torpaq sahəsinin yerquruluşu planı təsdiq edilmişdir. 0.06 ha həyətyanı torpaq sahəsi yer üzərində ölçülüb tanıdıldıqdan sonra, bir müddət həmin torpaq sahəsindən təyinatı üzrə istifadə etsə də, sonralar həmin torpaq sahəsinə gedə bilməmişdir. Bundan istifadə edən Cavabdeh ona verilmiş 0.06 ha torpaq sahəsini zəbt edərək ətrafını çəpərləmişdir. Dəfələrlə cavabdehə istifadəsində olan torpaq sahəsini boşaltmasını, torpaqdan istifadə etməyinə maneə yaratmamasını tələb etsə də heç bir nəticəsi olmamış, cavabdeh qanunsuz hərəkətlərini davam etdirmişdir. Buna görə də tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsin xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək mülki işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə müətəxəssis qismində izahat vermiş X12 İdarəsinin sahə rəisi X6 göstərmişdir ki, hazırkı iş üzrə verilmiş mütəxəssis rəyinə əlavə edilmiş sxemdə iddiaçının naturada göstərdiyi torpaq sahəsi elektron baza məlumatlarında JN-106A, 104F, 103F, 105F saylı şəhadətnamələrə əsasən başqa şəxslərin xüsusi mülkiyyətində digər hissəsi isə 342BB, 349BB, 350BB və 329BB kimi göstərilən bələdiyyə mülkiyyətində olan torpaqlara aiddir. İş üzrə maraqlı tərəf Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 16 saylı X11 nümayəndəsi X4 izahat verərək göstərmişdir ki, İddiaçı mübahisələndirdiyi torpaq sahəsi dövlət qeydiyyatına alınmadığından qeyd edilən torpaq sahəsinin hansı ərazidə yerləşdiyi barədə reyestr xidmətində hər hansı məlumat yoxdur. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestr Xidməti “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC Ağsu Layihə-Tədqiqat İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli rəy və sxem mülki işə əlavə edilmişdir. Mübahisəli torpaq sahəsinin inventarlaşdırılmasına dair ekspertiza xərci 90.75 manat təşkil edir. Məhkəməyə təqdim edilmiş Torpağın Mülkiyyətə Verilməsinə dair JN-103F saylı şəhadətnamədən görünür ki, Göyçay rayon X5 xx.xx.1998-ci il tarixli 39 saylı qərarına əsasən 0.22 ha torpaq sahəsi Cavabdeh və X2 mülkiyyətinə verilmişdir. Məhkəməyə təqdim edilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2020-ci il tarixli 32411 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestr Xidməti “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC Ağsu Layihə-Tədqiqat İdarəsinin mütəxəssis rəyinə əsasən, Göyçay rayon Potu kəndində İddiaçı istifadəsinə verilmiş həyətyanı torpaq sahəsinin DT və XK Göyçay rayon Şöbəsi tərəfindən tərtib edilmiş sxematik planı və yerquruluşu planında istinad nöqtələri olmadığından, həmçinin elektron baza məlumatlarında qeyd edilmədiyindən həmin torpaq sahəsinin naturada yerini müəyyən etmək mümkün deyildir. Torpaq sahəsinin yerini müəyyən etmək mümkün olmadığından həmin torpaq sahəsinin Cavabdeh tərəfindən istifadə edilib-edilməməsini müəyyən etmək mümkün olmamışdır. Aparılmış ekspertizanın dəyəri 100 manat təşkil edir. İş üzrə tərəflərin izahatlarını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Məhkəməyə təqdim edilmiş Əli Kərim adına kolxozun xx.xx.1997-ci il tarixli 10 saylı müvəkillər iclasının protokolundan çıxarışdan görünür ki, kolxozun azad torpaq fondu hesabına İddiaçı 0.06 ha torpaq sahəsi verilməsi qərara alınmışdır. İddiaçı tərəfindən həmin torpaq sahəsini Dövlət Qeydiyyatına alınmasına dair reyestrdən çıxarışı, eləcə də həmin torpaq sahəsinin naturada hansı ərazidə yerləşdiyini təsdiq edən sxemi məhkəməyə təqdim edə bilməmişdir. Mütəxəssisin və ekspertin rəyindən görünür ki, mübahisəli torpaq sahəsinin koordinatlar üzrə iddiaçıya təhkim edilməsini təsdiq edən müvafiq sənədlər olmadığından, qeyd edilən torpaq sahəsinin naturada yerini müəyyən etmək mümkün olmamışdır. İddiaçı Cavabdeh tərəfindən ona məxsus 0.06 ha torpaq sahəsinin zəbt edildiyini göstərsə də, araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçının ona verilmiş torpaq sahəsi kimi göstərdiyi həmin torpaq sahəsi 0.22 ha torpaq sahəsi kimi Cavabdeh və X2 paylı mülkiyyətindədir. Məhkəmə baxışı zamanı müəyyən edilir ki, İddiaçı onun istifadəsinə verilmiş 0.06 ha torpaq sahəsindən Cavabdeh çıxarılmasını və həmin torpaq sahəsinin boşaldılmasını tələb edir. Məhkəmə baxışı zamanı İddiaçı istifadəsinə verilmiş Göyçay rayonu Potu kəndində yerləşən 0.06 hektar torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt edildiyini təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma və torpaq sahəsinin boşaldılması tələbi tam əsassızdır və iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı xx xxxx 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçı aid edilməli, mütəxəssis rəyinin verilməsinə çəkilmiş 90.75 manat məhkəmə xərci İddiaçı tutularaq Kadastr və X7 Mərkəzinin hesabına keçirilməli, iş üzrə ekspertiza xərcləri olan 100 manat İddiaçı tutularaq məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. İddiaçı Cavabdeh qarşı Göyçay rayonu Potu kəndində yerləşən 0.06 hektar torpaq sahəsindən Cavabdeh çıxarılması və həmin torpaq sahəsinin boşaldılması barədə tələbi əsassız olduğundan təmin edilməsin. İş üzrə mütəxəssis rəyinin verilməsinə çəkilmiş 90.75 manat məhkəmə xərci İddiaçı alınaraq Kadastr və X7 Mərkəzinin VÖEN **********, AZ 37NABZ******************** nömrəli hesabına keçirilsin. İş üzrə ekspertiza xərci olan 100 manat İddiaçı alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********1, AZ 34CTRE******************** nömrəli hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar