Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 2(046)-1236/2020 30.09.2020 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məmmədov Səbuhi Mətləb oğlunun katibliyi ilə, Ərizəçi ölümün qeyd edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəyə xx xxxxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1983-cü il tarixdə anadan olmuş oğlu X2 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində ölüm faktının təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Təqdim edilmiş iddia ərizəsindən və iddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, Ərizəçi, oğlu X2 xx.xx.2020-ci il tarixdə vəfat etməsinə dair xx.xx.2020-ci il tarixdə TTTYS-nın ölüm haqqında xəbərdarlıq vərəqəsini əldə etmişdir. Həmin xəbərdarlıq vərəqəsində X2 iki tərəfli pnevmoniya kəskin tənəffüs çatışmamazlığı səbəbindən xx.xx.2020-ci il tarixdə vəfat etdiyi qeyd edilmişdir. Göründüyü kimi ərizəçi ölüm haqqında xəbərdarlıq vərəqəsini vəfat edənin qeydiyyatda olduğu yer üzrə Göyçay Rayon Polilklinikasına müraciət edərək ölüm aktı almalı olduğu halda, məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Təqdim edilmiş sənədlərdən görünür ki, X2 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində vəfat etməsinə dair sənədlər mövcuddur. Buna görə də məhkəmə hesab edir ki, ərizə məhkəmə qaydasında baxılmalı deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.4.-cü maddəsinə əsasən, ərizəyə əlavə olunmuş bütün sənədlər iddiaçıya qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2.3, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ : Ərizəçi Qəribov X1 Rüstəm Lyəmiyas oğlunun ölümünün qeyd edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan verildiyi gündən 10 gün müddətinə Göyçay Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-1236/2020
Göyçay Rayon Məhkəməsi Qərardad — İş №2(046)-1236/2020
30.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver