Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1250/2023 28.08.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanov Elçin Firudin oğlunun sədrliyi, Qəniyev Nurlan Mehman oğlunun katibliyi, İddiaçı Məmmədəli oğlunun nümayəndəsi X8,vəkili Vəkil iştirakı ilə, İddiaçı Məmmədəli oğlunun cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X20 və Göyçay Rayon Notariat Ofisinə qarşı vərəsəlik hüququnun tanınması, vərəsəlikdə miras payının müəyyən edilməsi, vərəsəlik şəhadətnaməsinin verilməsi,müqavilələrin etibarsız hesab edilməsi və çıxarışın ləğv olunması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Məmmədəli oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Göyçay şəhəri X19 ev 8 ünvanında yerləşən yaşayış sahəsinə İddiaçı Məmmədəli oğlunun vərəsəlik hüququnun tanınması, Göyçay şəhəri X19 ev 8 ünvanında yerləşən yaşayış sahəsinə ½ hissəsinə İddiaçı Məmmədəli oğlunun miras payının müəyyən edilməsi, həmin yaşayış sahəsinə dair Göyçay Rayon noratiat ofisinin xüsusi notariusu X12 xx.xx.2008-ci il tarixdə vəfat etmiş X13 vərəsəsi X6 miras əmlakda tam hissədə pay ayrılmasına dair 07 iyun 2021-ci il tarixli “vərəsəlik hüququ haqqında şəhadətnamə”nin qismən, yəni ½ hissədə etibarsız hesab edilməsi, X4 adına vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən həmin fərdi yaşayış evinin xx.xx.2021 -ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış qismən, ½ hissədə ləğv olunması, Bakı şəhəri 35 saylı Notariat ofisi tərəfindən X4 Göyçay şəhəri X19 ev 8 ünvanında yerləşən fərdi yaşayış evinə dair sərəncam hüququ barədə xx.xx.2022-ci ildə Nisə Həbibovaya verilmiş etibarnamə və yaşayış sahəsinin Cavabdeh5 satılmasına dair xx.xx.2021-ci il tarixli, 4Ə-304 saylı alqı-satqı müqaviləsinin (X11 anlaqsız olmuşdur) tam etibarsız hesab olunması, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə dair alqı- satqı müqaviləsi əsasında Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 adına xx.xx.2022-ci il tarixli **********, **********, ********** qeydiyyat nömrəli çıxarışların ləğv olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, İddiaçı Məmmədəli oğlu və X11 mərhum X13 övladlarıdır (qanun üzrə vərəsələrdir). İddiaçı ailə üzvləri ilə birlikdə Göyçay şəhəri X19 ev 8 ünvanında yerləşən fərdi yaşayış evində yaşamışlar. Göyçay şəhəri X19 ev 8 ünvanında yerləşən fərdi yaşayış evi X13 xüsusi mülkiyyətində olmuşdur. İddiaçı Göyçay şəhəri X19 ev 8 ünvanında yerləşən yaşayış evində pasport qeydiyyatındadır. X27 xx.xx.2008-ci il tarixdə vəfat etmişdir. İddiaçı anasının üzüründə iştirak etmiş və dəfn xərclərini özü çəkmiş, daha sonra işləmək üçün Ukrayna Respublikasına getmişdir. Analarının ölümündən sonra vərəsəlik hüququ haqqında şəhadətnamə almadan iddiaçı və bacısı miras əmakı faktiki qəbul və idarə etmişdir. İddiaçı Məmmədəli oğlu sözügedən yaşayış evinin damını tam təmir etdirmişdir. Göyçay rayon Notariat Ofisində vərəsələrin dairəsi tam müəyyən olunmamışdır. xx.xx.2023-cü il tarixdə mərhuma məxsus olan, Göyçay şəhəri X19 ev 8 ünvanında yerləşən fərdi yaşayış evinə dair Göyçay Notariat Ofisində, X6 xx.xx.2021-ci il tarixli 2v-322 reyster nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. X11 şizofreniya xəstəsi idi və bu xəstəliyi ilə əlaqədar 2- ci dərəcəli əlilliyi müəyyən olunmuşdur. Xəstəliyi üzündən ailə həyatı qurmamışdır. Şərqiyyə daima psixoloji gərgin olurdu, etdiyi hərəkətlərin nəticəsini dərk etmirdi. Bu halı məhkəmə iclasında şahidlər təsdiq edə bilər. Şizofreniya xəstəsi X11 tək yaşadığı üçün qohumu X30 ona nəzarət edirdi. Necə olur ki, X11 xx.xx.2022-ci ildə mirası qəbul etmiş və Göyçay şəhəri X19 ev 8 ünvanında yerləşən fərdi yaşayış evinə dair sərəncam hüququ barədə xx.xx.2022-ci ildə X34 rayon notariat ofisində etibarnamə vermişdir. Nisə Həbibova isə notarial qaydada bağlanmış alqı-satqı müqaviləsinə əsasən yaşayış evini öz oğlu Cavabdeh5 satmışdır. Bakı şəhər 51 saylı notariat ofisinin xüsusi notariusu X28 tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli, 4 Ə- 304 saylı alqı- satqı müqaviləsinə əsasən Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 satılmışdır. Alqı- satı müqaviləsi əsasında sözü gedən fərdi yaşayış evi xx.xx.2022-ci il tarixli , **********, **********, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Cavabdeh2, Cavabdeh3 Sadiq oğlunun, Cavabdeh4 adına qeydiyyata alınmışdır. Göyçay şəhəri X19 8 saylı fərdi yaşayış evi əvvəlcədən planlı olaraq bir neçə şəxslər tərəfindən X4 xəstə olması halından istifadə edilərək özgəninkiləşdirilmişdir. X11 xx.xx.2022-ci il öldüyü tarixə qədər Göyçay şəhəri X19 8 saylı fərdi yaşayış evində yaşamışdır və bu evdən dəfn olunmuşdur. Lakin işdə olan sənədlərdən görünür ki, xx.xx.2021-ci il tarixdə özgəninkiləşdirilmişdir. Belə olan halda sual olunur ki, necə ola bilər ki, Şərqiyyə evini satır, lakin öldüyü günə qədər yəni, bir il həmin evdə yaşayır. Ona əmlakın özgəninkiləşdirilməsi X4 dəfnindən sonra məlumatı olmuşdur. Göyçay Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2023-cü il tarixli PHŞ-6-40/2- 185/2023 saylı məktubundan görünür ki, X11 “Şizofreniya, paranoid forma” diaqnozu ilə Göyçay RMX publik hüquqi şəxsində psixiatrik həkimin qeydiyyatında olmuşdur. Bundan başqa Göyçay Rayon Mərkəzi Xəstəxanasının 07 mart 2023-cü il tarixli məktubuna əlavə olunmuş ambulator kitabçadan görünür ki, “Şizofreniya, paranoid forma” xəstəliyindən əziyyət çəkən X11 mütamadi olaraq həkim nəzarətində olmuş və psixoloji durumunda problemlər müşahidə olunmaqda idi. Belə ki, Şərqiyyə əsəbi və psixoloji gərgin olmuş, həkimə həqiqətə uyğun olmayan, uydurma və ağılasığmaz sözlər danışırmış. Bu barədə ambulator kitabçada qeydlər aparılıb. Ən əsası psixoloji durumu yerində olmayan X11 dərman içərək zəhərlənmiş və bu barədə rayon prokurorluğunda araşdırma aparılmışdır. Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma zamanı X4 “Şizofreniya, paranoid forma” xəstəliyindən əziyyət çəkdiyi məlum olmuş və Şərqiyyənin müalicəsi ilə əlaqədar prokurorluq tərəfindən Göyçay Rayon Mərkəzi Xəstəxanasına müvafiq tövsiyyələr verilmişdir. Cavabdehin iddiaya qarşı etirazları: Cavabdeh5 iddiaya qarşı etiraz vermişdir. Etirazda göstərmişdir ki, hazırkı iddia ərizəsindən İddiaçı Məmmədəli oğlu xəbərsizdir. Hətta onun vəfat etməsi barədə məlumatlar da mövcuddur. Öncə iddiaçının vəkili kimi özünü təqdim edən şəxsə kim tərəfindən və nə vaxt etibarnamə verilməsi və bu vəkilin kiminlə müqavilə bağlaması müəyyən olunmalıdır. Əgər həqiqətən də bu iddia ərizəsini İddiaçı Məmmədəli oğlu irəli sürübsə onda aşağıdakıları məhkəmənin diqqətinə çatdırır və ərizənin əsassız olmasını bildirir. Həmçinin onun şəxsən məhkəmədə iştirak etməsi və bəzi məqamların dəqiqləşdirilməsi zərurəti vardır. Belə ki, mübahisə edilən Göyçay rayonu X19 8 saylı fərdi yaşayış evi əvvəllər anasının xalasının (X10) əri Şiralı adlı şəxsin mülkiyyətində olmuşdur. İddiaçı ilə anasının xalası mərhum Şərqiyyə ögey bacı qardaş olmuşlar. Mahmudəli uzun illər xarici ölkədə yaşamışdır. Şiralı kişi vəfat etdikdən sonra sözügedən fərdi yaşayış evi onun arvadı X13 adına keçmişdir. Yəni, iddiaçı və Şərqiyyə Abuzərovanın anasının mülkiyyətinə keçmişdir. X35 2008-ci ildə vəfat etmişdir. Mahmudəli, anasının 40 mərasimindən sonra hüzürə gəlmiş və təxminən 3 gün sonra iddiaçı yenidən xarici ölkəyə qayıdıb getmişdir. Mahmudəli getməmişdən öncə onu da bildirmişdir ki, anasının adına olan mülkdən heç bir tələbi yoxdur. Mahmudəli yaxşı bildirdi ki, hər zaman onun anasının qayğısına onlar qalmışlar. Türfə xanım xəstə olarkən onun qayğısına qalmaq, xərclərini ödəmək və hüzür xərclərini də onlar qarşılamışlar. Qeyd etdyi kimi Mahmudəli 2008-ci ildə hüzürə gələrkən mirasdan heç bir tələbinin olmadığını bildirib getmişdir. Buna görə də həmin miras əmlakını iddiaçının bacısı, yeganə vərəsə olaraq X10 qəbul etmiş və evə dair çıxarış onun adına verilmişdir. Bu hadisədən tam 15 il vaxt keçmişdir. Əgər iddiaçının vərəsəlik və əmlak hüquqları pozulmuşdursa bəs bu 15 il ərzində niyə bir xəbər və tələb irəli sürülməmişdir? Mərhum Şərqiyyə, anasının xalasıdır. Anası və onlar ailəvi olaraq Şərqiyənin vəfat etməsinədək qayğısına qalmış və bütün xərclərini qarşılamışlar. Şərqiyə vəfat etməmişdən öncə notarial qaydada miras əmlakını ona vəsiyyət etmişdir. Bütün bunlar tam qanun çərçivəsində olmuşdur. Bunu məhkəmə araşdırmasında da müəyyən etmək mümkündür. Məhkəmədən İddiaçı Məmmədəli oğlunun cavabdehlər Cavabdeh2, Cavabdeh5 və başqalarına qarşı “vərəsəlik hüququnun tanınması, vərəsəlikdə miras payının müəyyən olunması, vərəsəlik haqqında şəhadətnamənin və müqavilələrin etibarsız hesab edilməsi” tələbi əsassız olduğundan rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı Məmmədəli oğlunun nümayəndəsi X33 iddianı müdafiə etdi, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 ,X20 qeydiyyatda olduqları ünvana göndərilmiş məhkəmə bildirişi həmin ünvanda yaşamaması qeydi ilə geri qaytarılmış,cavabdehlər Cavabdeh3 və Cavabdeh4 faktiki yaşadıqları ünvanın düzgün olmaması və natamam olması qeydi ilə məhkəmə bildirişi geri qaytarılmış,Cavabdeh2 faktiki yaşadığı ünvana məhkəmə bildirişi göndərilməsinə baxmayaraq cavabdeh məhkəməyə gəlməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş cavabdeh Göyçay Rayon Notariat Ofisinin nümayəndəsi məhkəməyə gəlməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinə əsasən işə nümayəndənin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Müvafiq qaydada məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi ƏMDX-nin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 16 saylı Ərazi Darəsinin nümayəndəsi məhkəməyə gəlməmişdir. İşə nümayəndənin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X21 göstərdi ki, Şərqiyə qonşusu olmuş, əqli cəhətdən qüsurlu olub. Şərqiyənin anası vəfat edəndən sonra maddi cəhətdən çətinliklə yaşamışdır. Əqli qüsuruna görə hər hansı sənədləşmə işi apara bilməzdi. Şərqiyə sadəlövh olmuş və həmişə ona evi satıb pulunu kimsəsizilər evinə verəcəyini demişdir. Nisənin Şərqiyəyə məxsus olan evin sənədlərinin düzəltdirməsindən məlumatı olmuşdur. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X31 göstərdi ki, Şərqiyənin əqli problemi olmuşdur. Əqli problemi olduğu üçün küçələrdə özbaşına gəzirdi. Onlara yaxın yerdə tikinti işləri gedirdi. Şərqiyə həmin tikinti sahəsindən tullantı olan boya qablarını evə gətirib yığmış və həmin əşyaların ona məxsus olmasını hamıya bildirmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını, vəkilin çıxışını, şahidlərin ifadələrini dinləyib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia təmin olunmamalıdır. Mülki işdə olan sənədlər: İşə əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1955-ci il tarixdə Göyçay şəhərində anadan olmuş, atası X5, anası X22r. İşə əlavə edilmiş 29 iyun 2021-ci il tarixli etibarnamənin surətindən görünür ki, X14 tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli (Reyestr nömrəsi **********24-10301, Qeydiyyat nömrəsi **********) Hüquqlarının Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış əsasən ünvan 2 ünvanda 0,0203 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 37,2 kv.m. olan yaşayış evinə və torpaq sahəsinə sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı, bu tapşırığın yerinə yetirilməsilə əlaqədar adından ərizə verməyi, DƏDRX-nin 16 saylı ərazi idarəsindən arayış, çıxarış, şəhadətnamə və digər sənədləri almağı, rüsumlar ödəməyi, ərizə imzalamağı, sənədləri imzalamağı, Bankda depozit hesabdan evin alqı-satqısına dair pulu çıxarmağı və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar olan bütün hərəkətləri etməyi X23 etibar edir. Etibarnamə 10 il müddətinə verilmiş və xx.xx.2031-ci il tarixədək qüvvədə olması qeyd edilmişdir. İşə əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X27 xx.xx.2008-ci il tarixdə ölmüşdür. İşə əlavə edilmiş xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2008-ci il tarixdə ölmüş X13 vərəsəsi qızı X1 şəhəri, N.Nərimanov küçəsi ev 8 ünvanında 0,0204 ha torpaq sahəsindən və onun üzərində yerləşən ümumi sahəsi 37.2 kv/m, yaşayış sahəsi 26.2 kv/m, yardımçı sahəsi 11 kv/m, 2 otaqlı olan fərdi yaşayış evində tam hissədə pay almalıdır. İşə əlavə edilmiş Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında xx.xx.2013-cü il tarixli çıxarışından görünür ki, ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X13 adına daşınmaz əmlakın dövlət reyestrində 16 nömrəli reyestr kitabının 40 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşə əlavə edilmiş Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında xx.xx.2021-ci il tarixli çıxarışından görünür ki, ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh5 adına daşınmaz əmlakın dövlət reyestrində 16 nömrəli reyestr kitabının 40 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşə əlavə edilmiş 05 avqust 2022-ci il tarixli AN-l № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı Cavabdeh5 ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 37.2 kv/m olan fərdi yaşayış evinin və həmin ünvanda yerləşən 0,020359 ha torpaq sahəsinin 1/3 hissəsini X16, Cavabdeh3 və Cavabdeh4 satmışdır. İşə əlavə edilmiş Göyçay rayon Notariat Ofisinin 31 yanvar 2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.2008-ci il tarixdə vəfat etmiş X13 vərəsəsi olan X9 xx.xx.2021-ci il tarixdə 2 V-322 reyetr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İddiaçı məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İşə əlavə edilmiş Göyçay rayon Prokurorluğunun 02 avqust 2023-cü il tarixli məktubundan görünür ki, X4 dərman içib zəhərlənməsi ilə bağlı rayon prokurorluğunda toplanmış material xx.xx.2018-ci il tarixli akta əsasən məhv edilmişdir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Həmin Məcəllənin 182.1-ci maddəsinə əsasən əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 57-ci maddəsinə əsasən mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməlidir. Həmin Qanunun 58-ci maddəsinə əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş qaydada mirası qəbul etmiş vərəsələrin yazılı ərizəsi ilə bütün vərəsələrə və ya onların arzusundan asılı olaraq hər birinə ayrılıqda verilir. Həmin Qanunun 59-cu maddəsinə əsasən notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır.Etibarsız əqdlər mübahisə edilən və ya əhəmiyyətsiz əqdlər ola bilər. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1 -ci maddəsi ilə əlaqədar Avropa İnsan Hüquqları Məhkəməsi «Şporrong və Lonrotun İsveçə qarşı məhkəmə işində qeyd etmişdir ki, həmin norma özündə:1) mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququnu; 2) mülkiyyətdən məhrum edilmənin yolverilməzliyini; 3) mülkiyyətdən istifadəyə nəzarəti itirmənin qadağan olmasını ehtiva edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun S.N.Məmmədovanın şikayəti üzrə 2004-cü il 27 oktyabr tarixli qərarında göstərilmişdir ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı, vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Konstitusiya Məhkəməsi Plenumunun H.Cəfərovun şikayəti üzrə 2014-cü il 15 sentyabr tarixli qərarında göstərilmişdir ki, mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alqı-satqı müqaviləsinin və onun alıcı üçün verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürülürsə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edilirsə, iddianın təmin olunmasından imtina edilməlidir. N.Hacıyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 7 avqust 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 10 mart 2020-ci il tarixli qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 140-cı maddəsi, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun) 16.6-cı maddəsində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası öz əksini tapmışdır. Belə ki, reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir. Bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 18 iyul tarixli Qərarı). Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı, vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir (Konstitusiya Məhkəməsi Plenumunun S.N.Məmmədovanın şikayəti üzrə 2004-cü il 27 oktyabr tarixli Qərarı). Mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alqı-satqı müqaviləsinin və onun alıcı üçün verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürülürsə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edilirsə, iddianın təmin olunmasından imtina edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun H.Cəfərovun şikayəti üzrə 2014-cü il 15 sentyabr tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İş üzrə tədqiq edilmiş sübutlardan müəyyən edilmişdir ki, X17 məxsus olmuş ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.2021-ci il tarixli, 2V-322 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2021-ci il tarixdə xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində X7 adına qeydiyyata alınmışdır. xx.xx.2020-ci il tarixdə il tarixdə X14 10 il müddətinə X23 etibarnamə vermişdir.Bakı şəhəri 35 saylı notariat ofisinin xüsusi notariusu X24 tərəfindən təsdiq edilmiş xx.xx.2021ci il tarixli, 4Ə-304 saylı alqı-satqı müqaviləsinə əsasən X2 Şərqiyə Şiralı qızının adından həmin evi oğlu Cavabdeh5 satmışdır. Cavabdeh5 həmin ev üzərində xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci ıl tarixdə qeydiyyata alınmışdır. Bakı şəhəri 51 saylı notariat ofisinin xüsusi notariusu X28 tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci ii tarixli, 4Ə-1423 saylı alqı-satqı müqaviləsinə əsasən Cavabdeh5 ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evinin və torpaq sahəsinin 1/3 hissəsini müvafiq olaraq Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 satmış,xx.xx.2022-ci ildə onların hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Beləliklə tədqiq edilmiş sübutlardan müəyyən edilmişdir ki, ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsini alqı-satqı müqaviləsi əsasında əldə edən cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 vicdanlı alıcıdırlar,əmlak üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı Məmmədəli oğlu tərəfindən cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 vicdanlı alıcı olmaması qənaətinə gəlmək üçün hər hansı bir sübutu məhkəməyə təqdim etməmiş,bununla da iddiasının əsası kimi istinad etdiyi halı sübut edə bilməmişdir. Belə olan halda məhkəmə yuxarıda qeyd olunmuş Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşdığı hüquqi mövqeyini,daşınmaz əmlakın dövlət reyestrin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyasını, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 vicdanlı alıcı olmalarını nəzərə alıb hesab edir ki,iddianın təmin olunmasından imtina edilməli,ödənilmiş dövlət rüsumu iddiaçıa aid edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq,Göyçay Rayon Məhkəməsi qət etdi: İddiaçı Məmmədəli oğlunun cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X20 və Göyçay Rayon Notariat Ofisinə qarşı vərəsəlik hüququnun tanınması, vərəsəlikdə miras payının müəyyən edilməsi, vərəsəlik şəhadətnaməsinin verilməsi,müqavilələrin etibarsız hesab edilməsi və çıxarışların ləğv olunması tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov
Məhkəmə qərarları › İş №2(046)-1250/2023
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1250/2023
28.08.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver