Məhkəmə qərarları › İş №2(046)-1261/2021

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1261/2021

20.12.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1261/2021 20.12.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı iştirakı ilə, Cavabdeh1 qarşı qızıl-ziynət əşyaları tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDI: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 qızıl-ziynət əşyalarının alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddianı müdafiə edərək tələbini belə əsaslandırmışdır ki, Cavabdeh1 ilə 2020-ci ilin may ayında faktiki ailə quraraq Bakı şəhərinə getmişdir. Bundan əvvəl cavabdeh ilə nişan mərasimləri olmuş, həmin mərasimdə cavabdehin yaxın qohumları tərəfindən ona qızıl-ziynət əşyaları hədiyyə edilmişdir. Cavabdeh ilə Bakı şəhərində yaşayarkən aralarında mübahisələr baş vermiş, 09.06.2020-ci il tarixdə cavabdeh onu evdən döyərək qovmuş, məcbur olaraq Göyçay rayonuna qayıtmışdır. Bundan sonra cavabdeh onunla barışaraq Bakı şəhərinə cavabdehin əmisigilə getmişdir. Cavabdeh ilə 11.08.2021-ci il tarixdə cavabdeh ilə nikahlarını rəsmiləşdirmişlər. 2020-ci ilin avqust ayında cavabdeh yenidən onu döyərək evdən qoymuşdur. Həmin vaxtdan cavabdehlə münasibətləri pozulmuşdur. Nikahları Göyçay rayon məhkəməsində pozulmuşdur. Bu günədək cavabdehdən qızıl-ziynət əşyalarını tələb etmiş, lakin cavabdeh qızılları qaytarmaqdan imtina etmişdir. Ona məxsus 3500 manat dəyərində oberçeynoe brilyant dəsti və 01 ədəd 400 manat dəyərində qızıl üzük cavabdehin qanunsuz sahibliyindədir. Buna görə iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh1 iddia ərizəsinə etiraz ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, İddiaçı ondan tələb etdiyi qızı-ziynət əşyaları onun və yaxın qohumları tərəfindən iddiaçıya hədiyyə edilməmişdir. Həmin qızıl-ziynət əşyaları mövcud olmamışdır. Buna görə də iddianın rədd edilməsini xahiş etmişdir. İş üzrə iddiaçını dinləyən, tədqiq edilmiş sübutlara qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhəkəmə baxışı zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh1 faktiki olaraq ailə qurmuşlar və Bakı şəhərində yaşamışlar. Bundan əvvəl nişan mərasımləri olmuş, nişan mərasimində İddiaçı bir ədəd qızıl üzük hədiyyə edilmişdir. Tərəflər arasında yaranmış mübahisə zamanı münasibətləri pozulmuş, cavabdeh təfərindən iddiaçı qovularaq valideyinlərinə məxsus Göyçay rayonu Məlikkənd kəndində yerləşən evə qayıtmışdır. İddiaçıya məxsus qızıl-ziynət əşyası cavabdehin qanunsuz sahibliyində qalmışdır. Məhkəməyə təqdim edilmiş DVD disk görüntülərindən görünür ki, cavabdeh tərəfindən iddiaçıya qızıl üzük hədiyyə edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34-cü maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəkilində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə baxışı zamanı İddiaçı cavabdeh Cavabdeh1 3500 manat dəyərində brilyant dəstin alınıb verilməsinə əsas ola bilən heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Cavabdeh1 qızıl ziynət əşyalarının alınaraq ona verilməsi barədə tələbi qismən təmin edilməli, Cavabdeh1 01 ədəd qızıl üzük, mövcud olmadığı halda həmin qızıl-ziynət əşyasının dəyəri olan 400 manat məbləğində pul Cavabdeh1 alınaraq İddiaçı verilməlidir. İddiaçı məhkəməyə müraciət etdiyi zaman 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiacı İddiaçı məxsus bir ədəd qızıl üzük, mövcud olmadığı halda həmin qızılziynət əşyasının dəyəri olan 400 manat pul Cavabdeh1 alınaraq İddiaçı verilsin. Ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh1 alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar