Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1268/2021 05.11.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, qızıl-ziynət əşyaları tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDI: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh qızıl-ziynət əşyalarının alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddianı müdafiə edərək tələbini belə əsaslandırmışdır ki, X1 ilə aralarında bağlanmış nikah pozulduqdan sonra özünə məxsus qızıl-ziynət əşyalarını götürərək anasının yaşadığı evə gəlmişdir. Bir müddət sonra Vüqar onlara gələrək ondan qızıl-ziynət əşylarını tələb etmişdir. Bu barədə Vüqarın yaxın qohumlarına məlumat vermiş və Vüqarın qohumu Famil onlara gələrək saxlamaq üçün ona məxsus dörd ədəd qızıl üzüyü, bir ədəd nazik boyunbağını, iki ədəd klonu və bir ədəd tək sırğanı vermişdir. Daha sonra həmin qızılları Famil Cavabdeh vermişdir. Məhkəmə baxışı zamanı cavabdeh həmin qızıllardan bir ədəd üzüyü ona qaytarmışdır. Hal-hazırda ona məxsus üç ədəd qızıl üzük, bir ədəd nazik boyunbağı, iki ədəd klon və bir ədəd tək sırğa cavabdehin qanunsuz sahibliyindədir. Buna görə də üç ədəd qızıl üzüyün, bir ədəd nazik boyunbağının, iki ədəd klonun və bir ədəd tək sırğanın olmadıqda isə onların ümumi dəyəri olan 2000 manat pulun cavabdehdən alınaraq ona verilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh iddianı qəbul edərək göstərmişlər ki, iddiaçının tələb etdiyi qızılziynət əşyaları olan dörd ədəd qızıl üzüyü, bir ədəd nazik boyunbağını, iki ədəd klonu və bir ədəd tək sırğadan bir ədəd üzüyü məhkəmə baxışı zamanı iddiaçıya vermişdir. Qalan qızıl-ziynət əşyalarını maddi imkanı olmadığından satmışdır. Həmin qızıl-ziynət əşyalarının dəyəri 2000 manat təşkil edir. Qızıl-ziynət əşyalarını iddiaçıya qaytarmağa etiraz etmir. İş üzrə tərəfləri dinləyən, tədqiq edilmiş sübutlara qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Məhəkəmə baxışı zamanı Cavabdeh iddia ərizəsində qeyd edilmiş qızıl-ziynət əşyaların dəyəri və mövcudluğu ilə bağlı göstərdikləri xüsusatlar İddiaçı tərəfindən mübahisələndirmədiyindən qətnamə qəbul edilərkən bu xüsusatlar nəzərə alınmalıdır. Məhkəmə baxışı zamanı cavabdehin etirafedici izahatı ilə müəyyən edilmişdir ki, İddiaçı hədiyyə edilmiş 3 ədəd qızıl üzüyü, bir ədəd nazik boyunbağını, iki ədəd klonu və bir ədəd tək sırğanı cavabdeh maddi imkanı olmadığı üçün satmışlar. Cavabdeh qeyd edilən qızıl-ziynət əşyalarının dəyərinin iddiaçıya qaytarılmasına etiraz etmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34-cü maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəkilində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Cavabdeh qızıl ziynət əşyalarının alınaraq ona verilməsi barədə tələbi təmin edilməli, Cavabdeh üç ədəd qızıl üzük, bir ədəd nazik boyunbağı, iki ədəd klon və bir ədəd tək sırğa, mövcud olmadığı halda həmin qızıl-ziynət əşyalarının ümumi dəyəri olan 2000 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı verilməlidir. İddiaçı məhkəməyə müraciət etdiyi zaman 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiacı İddiaçı məxsus üç ədəd qızıl üzük, bir ədəd nazik boyunbağı, iki ədəd klon və bir ədəd tək sırğa, mövcud olmadığı halda həmin qızıl-ziynət əşyalarının ümumi dəyəri olan 2000 manat pul Cavabdeh alınaraq İddiaçı verilsin. Ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-1268/2021
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1268/2021
05.11.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver