Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1289/2021 29.11.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, Ərizəçi iştirakı ilə, ölüm faktının qeydə alınması tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək mərhum anası X1 1992-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni müdafiə edərək göstərmişdir ki, anası X4 1992-ci il tarixdə rayonu 1ci Ərəbcəbirli kəndində vəfat etmiş və həmin kənddə dəfn edilmişdir. Mərhum qardaşından qalan miras əmlakı qəbul etmək üçün Göyçay rayon Notariat kontoruna müraciət edərək məlkum olmuşdur ki, Anasının ölümü qeydə alınmamışdır. Anasının ölümünü qeydə almaq qeydiyyat şöbəsinə müraciət etmiş, lakin qeydiyyat şöbəsi anasının ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı təqdim edilmədiyindən imtina etmişdir. Buna görə də ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə maraqlı tərəf Maraqlı şəxsnə məhkəmənin yeri və vaxtı barədə məlumat verilmiş, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə Qeydiyyat Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Ərizəçini dinləyən və iş üzrə təqdim edilmiş sübutlara qiymət verən məhkəmə hesab edir ki, ərizə əsaslıdır və aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş X3 surətindən görünür ki, Ərizəçi xx.xx.1966-cı il tarixdə anadan olmuşdur. Atası – X6, anası X2r. Göyçay rayon Ərəbcəbirli kənd Bələdiyyəsinin 33 saylı arayışdan görünür ki, X4 1992-ci il tarixdə Göyçay şəhərində vəfat etmiş, Göyçay rayon 1-ci Ərəbcəbirli kənd qəbiristanlığında dəfn edilmişdir. Göyçay rayon Ərəbcəbirli kənd Bələdiyyəsinin 29.11.2021-ci il tarixli 56 saylı arayışdan görünür ki, Ərizəçi Əslan qızının mərhum qardaşı X5 1020 nömrəli Dövlət aktına əsasən 0.32 ha torpaq sahəsi verilmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilir ki, Ərizəçi mərhum anası 1992-ci il tarixdə vəfat etmiş X1 ölümünün qeyd edilməsini başqa qaydada əldə edə bilməz. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə əsasən ölümün qeyd edilmə faktı məhkəmə tərəfindən müəyyən oluna bilər. Sadalananlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi anası X1 1992-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə ərizəsi təmin edilməlidir. Yuxarıda şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216, 220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi anası X1 1992-ci il tarixdə Göyçay şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə ərizəsi təmin edilsin. Bu qətnamə X1 ölümünün qeydiyyat orqanında qeydə alınaraq, ölüm haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamənin icrası Göyçay rayonu Qeydiyyat Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-1289/2021
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1289/2021
29.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver