Məhkəmə qərarları › İş №2(046)-1294/2023

Göyçay Rayon Məhkəməsi Qərardad — İş №2(046)-1294/2023

15.08.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 2(046)-1294/2023 15.08.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanov Elçin Firudin oğlunun sədrliyi, Qəniyev Nurlan Mehman oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlakın çıxarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Göyçay rayon Məhkəməsinə müraciət edərək Cavabdeh məxsus əşyaların Göyçay rayonu İ Ərəbcəbirli kəndində olan fərdi yaşayış evindən çıxarılmasını tələb etmişdir. Məhkəmə iclasında İddiaçı izahat verərək bildirdi ki, hazırda Cavabdeh ilə mübahisəni barışıq sazişi ilə məhkəmədən kənar qaydada həll etmişlər. Barışıq sazişinə əsasən onlar aşağıdakı öhdəlikləri üzərlərinə götürürlər. 1.Tərərflər “Göyçay Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(046)-1087/2013 saylı qətnaməsi ilə müəyyən edilmiş ”Cavabdeh azyaşlı uşaqları -xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2011-ci il təvəllüdlü X7 ilə birlikdə Göyçay rayonu 1-ci Ərəbcəbirli kəndində yerləşən cavabdehlər X1, X4, X2 və X3 yaşadığı evə köçürülməsi hüququnun pul kompensasiya ilə əvəz edilməsi barədə razılığa gəliblər. 2.”Birinci tərəf” Göyçay Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(046)-1087/2013 saylı qətnaməsi ilə müəyyən edilmiş ”Cavabdeh azyaşlı uşaqları -xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2011ci il təvəllüdlü X7 ilə birlikdə Göyçay rayonu 1-ci Ərəbcəbirli kəndində yerləşən cavabdehlər X1, X4,X2 və X3 yaşadığı evə köçürülməsi hüququndan “ikinci tərəf”in təklif etdiyi 4500 (dörd min beş yüz) manat pul kompensasiyası müqabilində imtina edir və 10 gün müddətində qeyd edilən evdən uşaqları ilə birgə qeydiyyatdan çıxmağı öhdəsinə götürur . 3.“İkinci tərəf” Göyçay Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(046)-1087/2013 saylı qətnaməsi ilə müəyyən edilmiş ”Cavabdeh azyaşlı uşaqları -xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2011-ci il təvəllüdlü X7 ilə birlikdə Göyçay rayonu 1-ci Ərəbcəbirli kəndində yerləşən cavabdehlər X1, X4,X2 və X3 yaşadığı evə köçürülməsi hüququndan imtina etməsi müqabilində “Birinci tərəfə” 4500 (dörd min beş yüz) manat pul ödəməyi öhdəsinə götürür. 4.Pul vəsaitinin ödənilməsi ilə bağlı “Tərəflər”in iştirakı ilə bağlı müvafiq qaydada akt tərtib edilir. 5.Sazişdə qeyd edilən şərtlərin icra müddəti üçün 10 gün vaxt müəyyən edilir. Odur ki, barışıq sazişini təsdiq edib, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahat verərək barışıq sazişini qəbul edib, təsdiq etməklə mülki işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, təqdim olunmuş barışıq sazişi təsdiq olunmalı, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Həmin Məcəllənin 261.0.5-ci maddələrinə əsasən tərəflər barışıq sazişini bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Məhkəmə barışıq sazişinin şərtlərini nəzərdən keçirib hesab edir ki, tərəflərin barışıq sazişi qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından təsdiq edilməli və bununla da iş üzrə icraata xitam verilməli, tərəflərə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikası MPM-nin 263, 264, 268-ci maddələrini rəhbər tutaraq , qərara aldı: Hazırki iş üzrə İddiaçı ilə Cavabdeh təqdim etdikləri aşağıda göstərilən barışıq sazişinin şərtləri təsdiq edilsin: 1.Cavabdeh Göyçay Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(046)-1087/2013 saylı qətnaməsi ilə müəyyən edilmiş ”Cavabdeh azyaşlı uşaqları -xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2011-ci il təvəllüdlü X7 ilə birlikdə Göyçay rayonu 1-ci Ərəbcəbirli kəndində yerləşən cavabdehlər X1, X4,X2 və X3 yaşadığı evə köçürülməsi hüququndan İddiaçı təklif etdiyi 4500(dörd min büş yüz) manat pul kompensasiyası müqabilində imtina edir və 10 gün müddətində qeyd edilən evdən azyaşlı uşaqları ilə birgə qeydiyyatdan çıxmağı öhdəsinə götürur.

2. İddiaçı Göyçay Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(046)-1087/2013 saylı qətnaməsi ilə müəyyən edilmiş ”Cavabdeh azyaşlı uşaqları -xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2011-ci il təvəllüdlü X7 ilə birlikdə Göyçay rayonu 1-ci Ərəbcəbirli kəndində yerləşən cavabdehlər X1, X4,X2 və X3 yaşadığı evə köçürülməsi hüququndan imtina etməsi müqabilində Cavabdeh 4500(dörd min beş yüz) manat pul ödəməyi öhdəsinə götürür. 3.Pul vəsaitinin ödənilməsi ilə bağlı “Tərəflər”in iştirakı ilə bağlı müvafiq qaydada akt tərtib edilir. 4.Sazişdə qeyd edilən şərtlərin icra müddəti üçün 10 gün vaxt müəyyən edilir. İş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan 10 gün müddətində Göyçay Rayon Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar