Məhkəmə qərarları › İş №2(046)-1301/2023

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1301/2023

16.08.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1301/2023 16.08.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanov Elçin Firudin oğlunun sədrliyi, Qəniyev Nurlan Mehman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı qızıl-zinət və cehiz əşyalarının naturada qaytarılması, bu mümkün olmadığı halda onların dəyəri miqdarda pulun qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan 11957 (on bir min doqquz yüz əlli yeddi) manat dəyərində qızıl-zinət və 12253 (on iki min iki yüz əlli üç) manat cehiz əşyalarının və ya onların cəmi 24210 (iyirmi dörd min iki yüz on) manat olan pul dəyərinin və ödənilmiş 163 (bir yüz altmış üç) manat dövlət rüsumunun Cavabdeh alınaraq ona verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh ilə 16 noyabr 2019-cu il tarixdə nikahlarını rəsmi qeyd etdirməklə ailə qurmuşdur. Birgə nikahdan 02 noyabr 2020ci il tarixdə X4 adlı uşağı anadan olmuşdur. Ailə qurduqdan sonra cavabdehlə münasibətləri heç cür alınmamışdır. Nə qədər çalışmış ki, normal ailə olarlar və alınmamışdır. Öz ailəsinə qarşı etdiyi məsuliyyətsiz hərəkətlər və davranışlar aralarında olan bütün bağları tamamilə qoparıb atmışdır. Artıq bir aydan artıqdır ki, o, cavabdehdən ayrı yaşayır. Münasibətlərinin normallaşmasından da söhbət gedə bilməz. Cavabdeh hazırda uşağın saxlanmasında iştirak etmir. Çox çətinlik çəkir. Hələki valideynlərinin köməkliyi ilə uşağına həm atalıq edir, həm də analıq. Daha sonra cavabdehlə mediasıya prosesinə xitam verildiyindən məhkəməyə müraciət etmişdir. Belə ki, 14 mart 2023-cü il tarixli barışıq sazişinə əsasən cavabdehlə nikahın davam etdirilməməsi, azyaşlı uşağı 02 noyabr 2020-ci il tarixdə anadan olmuş X1 onun yanında qalması, cavabdeh qızı Ahunun yetkinlik yaşına çatanadək saxlanması üçün ona hər ay 200 (iki yüz) manat aliment ödəməyi öhdəsinə götürməsi, 30 aprel 2023-cü il tarixədək tələb etdiyi qızıl-zinət əşyalarını ona qaytarması öhdəsinə götürməsi barədə razılığa gəlmişlər. Lakin cavabdeh barışıq sazişindəki öhdəliklərini tam yerinə yetirmədiyinə görə məhkəməyə müraciət edir. Lakin toylarında ona hədiyyə edilən qızıl-zinət əşyaları, gəlin köçəndə apardığı cehiz hələ də cavabdehdədir. Dəfələrlə istəməyinə, getməyinə baxmayaraq öz qızılını ona vermir. Ona görə də məcbur olub qızıl-zinət və cehiz əşyalarının cavabdehdən alınaraq ona verilməsi tələbi ilə bağlı məhkəmədə iddia qaldırmışdır. Ona hədiyyə edilən qızıl-zinət əşyaları aşağıdakılardır. 01 ədəd çəkisi 5,68 qram, 585 əyarlı Türkiyə istehsalı qızıl nişan üzüyüdəyəri 1357 manat , 01 ədəd çəkisi 1,80 qram 583 əyarlı Rusiya İstehsalı sarı qızıl üzükdəyəri 150 manat, 01 ədəd çəkisi 3,20 qram, 583 əyarlı Rusiya istehsalı sarı qızıl boyunbağı- dəyəri 350 manat, 01 ədəd çəkisi 3,50 qram, 583 əyarlı Rusiya istehsalı sarı qızıl kulon- dəyəri 240 manat, 01 ədəd çəkisi 3,50 qram, 585 əyarlı, Türkiyə istehsalı sarıağ qızıl üzük-dəyəri 300 manat, 05 ədəd çəkisi 23 qram, 585 əyarlı Türkiyə istehsalı qızıl dəst (sırğa, üzük, qolbaq, boyunbağı)-dəyəri 7800 manat, 01 ədəd çəkisi 4,50 qram, 583 əyarlı, Rusiya istehsalı sarı qızıl üzük-dəyəri 400 manat, 01 ədəd çəkisi, 6,80 qram,583 əyarlı, Rusiya istehsalı sarı qızıl qolbaq-dəyəri 450 manat, çəkisi 2,25 qram, 585 əyarlı, Türkiyə istehsalı sarı qızıl boyunbağı-dəyəri 230 manat, 02 ədəd çəkisi 3,50 qram, 585 əyarlı, Türkiyə istehsalı, sarı qızıl uşaq sırğası- dəyəri 380 manat, 01 ədəd çəkisi 2,20 qram, 585 əyarlı, Türkiyə istehsalı ağ-sarı qızıl üzük-dəyəri 300 manat olmaqla, cəmi 11957 manatdır. Aşağıda göstərdikləri isə gəlin köçəndə cavabdehin evinə apardığı cehiz əmlaklarıdır. 01 ədəd künc divanı-dəyəri 1200 manat, 01 ədəd jurnal masası-dəyəri 200 manat, 01 ədəd yataq otağı mebeli, 01 ədəd qonaq otağı mebeli-dəyəri 4250 manat, 01 ədəd taxt döşəyi-dəyəri 155 manat, 01 ədəd taxt yorğanı-dəyəri 75 manat, 02 ədəd tək döşək-dəyəri 100 manat, 02 ədəd tək yorğan-dəyəri 80 manat, 04 ədəd yastıq-dəyəri 100 manat, 12 ədəd yastıq üzü-dəyəri 60 manat, 04 ədəd yataq dəsti-dəyəri 128 manat, 15 ədəd dəsmal dəsti-dəyəri 50 manat, 05 ədəd qətvə-dəyəri 70 manat, 02 ədəd süfrə -dəyəri 90 manat, 01 ədəd yemək dəsti-dəyəri 150 manat, 01 ədəd çay dəsti-dəyəri 170 manat, 01 ədəd çay dəsti –dəyəri 200 manat, 12 ədəd billur badə-dəyəri 130 manat, 07 ədəd billur su qabı 6 ədəd bakalı ilə-dəyəri 170 manat, 06 ədəd billur stəkan-dəyəri 60 manat, 06 ədəd billur armudu stəkan – dəyəri 50 manat, 02 ədəd billur meyvə qabı – dəyəri 135 manat, 06 ədəd billur bakal – dəyəri 80 manat, 02 ədəd billur tort qabı – dəyəri 100 manat, 03 ədəd padnos – dəyəri 60 manat, 01 ədəd ətçəkən maşın – dəyəri 270 manat, 01 ədəd mikser – dəyəri 55 manat, 01 ədəd elektrik sobası – dəyəri 175 manat, 01 ədəd paltaryuyan maşını – dəyəri 780 manat, 01 ədəd ütü – dəyəri 55 manat, 01 ədəd ütü altlığı – dəyəri 45 manat, 02 ədəd gecə lampası – dəyəri 40 manat, 12 ədəd boşqab servisi – dəyəri 40 manat, 01 ədəd samovar – dəyəri 700 manat, 06 ədəd çaynik – dəyəri 70 manat,01 ədəd qəhvədan – dəyəri 40 manat,12 ədəd billur duz qabı – dəyəri 30 manat, 06 ədəd şiş – dəyəri 15 manat, mətbəx dəsti – dəyəri 45 manat ,yemək qaşıq dəsti – dəyəri 150 manat,01 ədəd qırmızı qazan – dəyəri 80 manat, 02 ədəd tava – dəyəri 35 manat, qara qazan dəsti – dəyəri 175 manat, 01 ədəd uşaq beşiyi – dəyəri 400 manat, 01 ədəd uşaq arabası – dəyəri 300 manat, 01 ədəd çılçıraq – dəyəri 150 manat, 01 ədəd xalça – dəyəri 250 manat, 01 ədəd pərdə - dəyəri 100 manat, 03 ədəd yataq örtüyü dəsti – dəyəri 190 manat, 01 ədəd tozsoran – dəyəri 200 manat, cəmi 12253 manatdır. Cavabdehin etirazları: Cavabdeh iddiaya qarşı etiraz vermişdir. Etirazda göstərmişdir ki, İddiaçı ona qarşı qaldırdığı əmlak tələbi ilə bağlı bildirir ki, qızıl nişan üzüyü 2020-ci ildə satılıb, sarı qızıl üzük 2019-cu ildə satılıb, sarı qızıl boyunbağı 2019-cu ildə satılıb, sarı qızıl kulon 2019-cu ildə satılıb, sarı-ağ qızıl kulon üzük lombarddadır. Qızıl dəsti 2020-ci ildə satılıb, sarı qızıl üzük 2021-ci ildə satılıb, sarı qızıl qolbaq 2021-ci ildə satılıb, sarı qızııl boyunbagı 2021-ci ildə satılıb, sarı qızıl uşaq sırğası 2022-ci ildə satılıb, ağ sarı qızıl üzük lombarddadır. Künc divan 2020-ci ildə satılıb, jurnal masası 2020-ci ildə satılb,yataq otaq mebeli 2020-ci ildə satılıb. Samovar 2021-ci ildə satılıb, Bütün bu əşyalar və əmlakları İddiaçı deyib satmış, razılığı olmasa da ehtiyacdan məcbur olaraq satmışdır. Qonaq otağı mebeli, taxt döşəyi, taxt yorğanı, tək döşək, tək yorğan, yastıq, yastıq üzü, yataq dəsti, dəsmal dəsti, qətvə, süfrə, yemək dəsti, çay dəsti, billur badə, billur su qabı 6 ədəd bakalı ilə, billur stəkan, billur armudu stəkan, billur meyvə qabı,billur bakal,billur tort qabı, padnos, ətçəkən maşın, mikser, elektrik sobası, paltaryuyan, ütü, ütü altlığı, gecə lampası (sınıb), boşqab servisi, çaynik, qəhvədan, billur duz qabı, şiş, mətbəx dəsti, yemek qaşıq dəsti, qərməzə qazan, tava, qara qazan dəsti, uşaq beşiyi, uşaq arpabası,çılçıraq, xalça, pərdə, yataq örtüyü dəsti, tozsoran.Bu əmlaklar hamısı evdədir.İddiaçı istədiyi vaxt gəlib əşyalarını apara bilər. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdi, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş Cavabdeh məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İddiaçının izahatını dinləyib, təqdim edilmiş sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Mülki işdə olan sənədlər: İşə əlavə edilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X5 arasında nikah 16 noyabr 2019-cu il tarixdə Göyçay rayon Qeydiyyat Şöbəsində bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada Əfəndiyeva soyadı verilmişdir. İşə əlavə edilmiş qiymətləndirici X2 17 may 2023-cü il tarixli rəyindən görünür ki, 01 ədəd çəkisi 5,68 qram, 585 əyarlı Türkiyə istehsalı qızıl nişan üzüyü- dəyəri 1357 manat , 01 ədəd çəkisi 1,80 qram 583 əyarlı Rusiya İstehsalı sarı qızıl üzük-dəyəri 150 manat, 01 ədəd çəkisi 3,20 qram, 583 əyarlı Rusiya istehsalı sarı qızıl boyunbağı- dəyəri 350 manat, 01 ədəd çəkisi 3,50 qram, 583 əyarlı Rusiya istehsalı sarı qızıl kulon- dəyəri 240 manat, 01 ədəd çəkisi 3,50 qram, 585 əyarlı, Türkiyə istehsalı sarı-ağ qızıl üzük-dəyəri 300 manat, 05 ədəd çəkisi 23 qram, 585 əyarlı Türkiyə istehsalı qızıl dəst (sırğa, üzük, qolbaq, boyunbağı)-dəyəri 7800 manat, 01 ədəd çəkisi 4,50 qram, 583 əyarlı, Rusiya istesalı sarı qızıl üzük-dəyəri 400 manat, 01 ədəd çəkisi, 6.80 qram,583 əyarlı, Rusiya istesalı sarı qızıl qolbaq-dəyəri 450 manat, çəkisi 2,25 qram, 585 əyarlı, Türkiyə istehsalı sarı qızıl boyunbağı-dəyəri 230 manat, 02 ədəd çəkisi 3,50 qram, 585 əyarlı, Türkiyə istehsalı, sarı qızıl uşaq sırğası- dəyəri 380 manat, 01 ədəd çəkisi 2,20 qram, 585 əyarlı, Türkiyə istehsalı ağ-sarı qızıl üzük-dəyəri 300 manat olmaqla, cəmi əmlaklar 11957 manat qiymətləndirilmişdir. İşə əlavə edilmiş qiymətləndirici X3 17 may 2023-cü il tarixli rəyindən görünür ki, 01 ədəd künc divanı-dəyəri 1200 manat, 01 ədəd jurnal masası-dəyəri 200 manat, 01 ədəd yataq otağı mebeli, 01 ədəd qonaq otağı mebeli-dəyəri 4250 manat, 01 ədəd taxt döşəyidəyəri 155 manat, 01 ədəd taxt yorğanı-dəyəri 75 manat, 02 ədəd tək döşək-dəyəri 100 manat, 02 ədəd tək yorğan-dəyəri 80 manat, 04 ədəd yastıq-dəyəri 100 manat, 12 ədəd yastıq üzü-dəyəri 60 manat, 04 ədəd yataq dəsti-dəyəri 128 manat, 15 ədəd dəsmal dəstidəyəri 50 manat, 05 ədəd qətvə-dəyəri 70 manat, 02 ədəd süfrə -dəyəri 90 manat, 01 ədəd yemək dəsti-dəyəri 150 manat, 01 ədəd çay dəsti-dəyəri 170 manat, 01 ədəd çay dəsti –dəyəri 200 manat, 12 ədəd billur badə-dəyəri 130 manat, 07 ədəd billur su qabı 6 ədəd bakalı ilə-dəyəri 170 manat, 06 ədəd billur stəkan-dəyəri 60 manat, 06 ədəd billur armudu stəkan – dəyəri 50 manat, 02 ədəd billur meyvə qabı – dəyəri 135 manat, 06 ədəd billur bakal – dəyəri 80 manat, 02 ədəd billur tort qabı – dəyəri 100 manat, 03 ədəd padnos – dəyəri 60 manat, 01 ədəd ətçəkən maşın – dəyəri 270 manat, 01 ədəd mikser – dəyəri 55 manat, 01 ədəd elektrik sobası – dəyəri 175 manat, 01 ədəd paltaryuyan – dəyəri 780 manat, 01 ədəd ütü – dəyəri 55 manat, 01 ədəd ütü altlığı – dəyəri 45 manat, 02 ədəd gecə lampası – dəyəri 40 manat, 12 ədəd boşqab servisi – dəyəri 40 manat, 01 ədəd samovar – dəyəri 700 manat, 06 ədəd çaynik – dəyəri 70 manat,01 ədəd qəhvədan – dəyəri 40 manat,12 ədəd billur duz qabı – dəyəri 30 manat, 06 ədəd şiş – dəyəri 15 manat, mətbəx dəsti – dəyəri 45 manat ,yemək qaşıq dəsti – dəyəri 150 manat,01 ədəd qırmızı qazan – dəyəri 80 manat, 02 ədəd tava – dəyəri 35 manat, qara qazan dəsti – dəyəri 175 manat, 01 ədəd uşaq beşiyi – dəyəri 400 manat, 01 ədəd uşaq arabası – dəyəri 300 manat, 01 ədəd çılçıraq – dəyəri 150 manat, 01 ədəd xalça – dəyəri 250 manat, 01 ədəd pərdə - dəyəri 100 manat, 03 ədəd yataq örtüyü dəsti – dəyəri 190 manat, 01 ədəd tozsoran – dəyəri 200 manat, cəmi 12253 manat qiymətləndirilmişdir. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixdə mediator tərəfindən tərəflərin iştirakı ilə təsdiq edilmiş barışıq sazişindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixədək “İddiaçı tələb etdiyi qızıl-zinət(nişan üzüyü, 2 ədəd boyunbağı, kulonun, qolbaq, 4 ədəd qaşlı üzük, bir cüt sırğa, qolbaq, üzük və boyunbağıdan ibarət qızıl dəsti, bir cüt uşaq üçün qızıl sırğa) əşyalarını və cehiz əmlakı (divan, yataq dəsti, samovar qədimi) qaytarmağı öhdəsinə götürməsi barədə razılığa gəlmişlər. Bu öhdəliklər pozulduğu halda “Tərəflər” aidiyyatı üzrə məhkəməyə müraciət edə bilər. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.3-cü maddəsinə əsasən daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a.) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak,habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında,digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. "Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respkublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları - Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq, o cümlədən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin həmin hüquqların təmininə yönəlmiş qərarlarının icrası məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr konvensiya müddəalarını rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı ilk dəfə 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, “əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir. Məhkəmə “Sporronq və Lonnrot İsveçə qarşı” işdə qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İş üzrə tədqiq edilmiş sübutlardan müəyyən edilmişdir ki, İddiaçı cəmi dəyəri 11957 manat , 11 adda olan qızıl əşyaların,habelə cəmi dəyəri 12253 manat olan qalan 61 adda olan əşyaların hədiyyə şəklində verilməsi təsdiq olunduğundan, həmin əşyalar İddiaçı mülkiyyəti sayılmalıdır. Lakin qızıl əşyaların və əmlakların bir hissəsi İddiaçı razılığı olmadan satıldığından, qızıl əşyaların bir hissəsi isə lombarda qoyulduğundan həmin əşyalar üzərində iddiaçının mülkiyyət hüququ pozulmuşdur. İddiaçı əşyaların Cavabdeh alınmasını tələb edərək pozulmuş mülkiyyət hüququnun bərpasının təmin edilməsini xahiş etmişdir. Mülki qanunvericiliyinin tələbinə görə mülkiyyətçi özgəsinin sahibliyindən öz əmlakını o halda tələb edə bilər ki,1) tələb olunan əmlak mülkiyyətçiyə məxsus olmalı,2) həmin əmlak özgəsinin qanunsuz sahibliyində olmalıdır. Məhkəmə Cavabdeh etirazda göstərdiyi iddiaçının razılığı olmadan qızıl əşyalardan bir hissəsinin müəyyən vaxtlarda satılması,bir hissəsinin isə lombardda olması barədə dəlilini,habelə tərəflər arasında mediatorun iştirakı ilə tərtib edilmiş barışıq sazişinin qızıl əşyaların və cehiz əmlakın xx.xx.2023-cü il tarixədək qaytarmaq öhdəliyinin üzərinə götürməsi barədə şərtini nəzərə alıb,hesab edir ki,İddiaçı məxsus cəmi dəyəri 11957 manat olan 11 adda qızıl əşyaları və cəmi dəyəri 12253 manat olan 61 adda olan əmlaklar Cavabdeh qanunsuz sahibliyində olmuşdur.Ona görə də İddiaçı həmin əşyalarn üzərində olan mülkiyyət hüququ müdafiə olunmalı, tələb edilən əşyalar cavabdehdən alınaraq ona qaytarılmalı, əşyaların alınması mümkün olmadıqda onların dəyəri miqdarında pul cavabdehdən alınaraq iddiaçıya verilməli, bununla da iddia təmin edilməlidir. İşdə olan sənədlərə görə məhkəmə xərcləri 163 manat məbləğində ödənilmiş dövlət rüsumundan ibarətdir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia təmin edildiyindən, məhkəmə xərcləri cavabdehə aid edilməli, dövlət rüsumu üçün ödənilmiş 163 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı verilməlidir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh cəmi dəyəri 11957 manat , 11 adda olan 01 ədəd çəkisi 5,68 qram, 585 əyarlı Türkiyə istehsalı qızıl nişan üzüyü- dəyəri 1357 manat , 01 ədəd çəkisi 1,80 qram 583 əyarlı Rusiya İstehsalı sarı qızıl üzük-dəyəri 150 manat, 01 ədəd çəkisi 3,20 qram, 583 əyarlı Rusiya istehsalı sarı qızıl boyunbağı- dəyəri 350 manat, 01 ədəd çəkisi 3,50 qram, 583 əyarlı Rusiya istehsalı sarı qızıl kulon- dəyəri 240 manat, 01 ədəd çəkisi 3,50 qram, 585 əyarlı, Türkiyə istehsalı sarı-ağ qızıl üzük-dəyəri 300 manat, 05 ədəd çəkisi 23 qram, 585 əyarlı Türkiyə istehsalı qızıl dəst (sırğa, üzük, qolbaq, boyunbağı)-dəyəri 7800 manat, 01 ədəd çəkisi 4,50 qram, 583 əyarlı, Rusiya istehsalı sarı qızıl üzük-dəyəri 400 manat, 01 ədəd çəkisi, 6,80 qram,583 əyarlı, Rusiya istehsalı sarı qızıl qolbaq-dəyəri 450 manat, çəkisi 2,25 qram, 585 əyarlı, Türkiyə istehsalı sarı qızıl boyunbağı-dəyəri 230 manat, 02 ədəd çəkisi 3,50 qram, 585 əyarlı, Türkiyə istehsalı, sarı qızıl uşaq sırğasıdəyəri 380 manat, 01 ədəd çəkisi 2,20 qram, 585 əyarlı, Türkiyə istehsalı ağ-sarı qızıl üzük-dəyəri 300 manat qızıl əşyaları,cəmi dəyəri 12253 manat,61 adda olan 01 ədəd künc divanı-dəyəri 1200 manat, 01 ədəd jurnal masası-dəyəri 200 manat, 01 ədəd yataq otağı mebeli, 01 ədəd qonaq otağı mebeli-dəyəri 4250 manat, 01 ədəd taxt döşəyi-dəyəri 155 manat, 01 ədəd taxt yorğanı-dəyəri 75 manat, 02 ədəd tək döşək-dəyəri 100 manat, 02 ədəd tək yorğan-dəyəri 80 manat, 04 ədəd yastıq-dəyəri 100 manat, 12 ədəd yastıq üzüdəyəri 60 manat, 04 ədəd yataq dəsti-dəyəri 128 manat, 15 ədəd dəsmal dəsti-dəyəri 50 manat, 05 ədəd qətvə-dəyəri 70 manat, 02 ədəd süfrə -dəyəri 90 manat, 01 ədəd yemək dəsti-dəyəri 150 manat, 01 ədəd çay dəsti-dəyəri 170 manat, 01 ədəd çay dəsti –dəyəri 200 manat, 12 ədəd billur badə-dəyəri 130 manat, 07 ədəd billur su qabı 6 ədəd bakalı ilədəyəri 170 manat, 06 ədəd billur stəkan-dəyəri 60 manat, 06 ədəd billur armudu stəkan – dəyəri 50 manat, 02 ədəd billur meyvə qabı – dəyəri 135 manat, 06 ədəd billur bakal – dəyəri 80 manat, 02 ədəd billur tort qabı – dəyəri 100 manat, 03 ədəd padnos – dəyəri 60 manat, 01 ədəd ətçəkən maşın – dəyəri 270 manat, 01 ədəd mikser – dəyəri 55 manat, 01 ədəd elektrik sobası – dəyəri 175 manat, 01 ədəd paltaryuyan maşını – dəyəri 780 manat, 01 ədəd ütü – dəyəri 55 manat, 01 ədəd ütü altlığı – dəyəri 45 manat, 02 ədəd gecə lampası – dəyəri 40 manat, 12 ədəd boşqab servisi – dəyəri 40 manat, 01 ədəd samovar – dəyəri 700 manat, 06 ədəd çaynik – dəyəri 70 manat,01 ədəd qəhvədan – dəyəri 40 manat,12 ədəd billur duz qabı – dəyəri 30 manat, 06 ədəd şiş – dəyəri 15 manat, mətbəx dəsti – dəyəri 45 manat ,yemək qaşıq dəsti – dəyəri 150 manat,01 ədəd qırmızı qazan – dəyəri 80 manat, 02 ədəd tava – dəyəri 35 manat, qara qazan dəsti – dəyəri 175 manat, 01 ədəd uşaq beşiyi – dəyəri 400 manat, 01 ədəd uşaq arabası – dəyəri 300 manat, 01 ədəd çılçıraq – dəyəri 150 manat, 01 ədəd xalça – dəyəri 250 manat, 01 ədəd pərdə dəyəri 100 manat, 03 ədəd yataq örtüyü dəsti – dəyəri 190 manat, 01 ədəd tozsoran – dəyəri 200 manat,ümumilikdə 24210 manat dəyərində olan əşyalar alınaraq İddiaçı verilsin. Əşyaların alınması mümkün olmadıqda,onların dəyəri miqdarında pul Cavabdeh alınaraq İddiaçı verilsin. Məhkəmə xərcləri cavabdehə aid edilsin. Cavabdeh dövlət rüsumu üçün ödənilmiş 163 manat məbləğində pul alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar