Məhkəmə qərarları › İş №2(046)-1323/2022

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1323/2022

09.09.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1323/2022 09.09.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, Ərizəçi nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, ölüm faktının qeydə alınması tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək əri cnun ölüm faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi nümayəndəsi (vəkili) Vəkil ərizəni müdafiə edərək göstərmişdir ki, iddiaçı 10 yanvar 2014-cü il tarixdə Nümayəndə ilə nigah münasibətlərinə girərək ailə qurmuş, birgə nikahlarından xx.xx.2015-ci il tarixdə X2 doğulmuşdur. 2017-ci ilin fevral ayında Nümayəndə evdən çıxaraq bir daha geri qayıtmamışdır. Evi tərk edəndən təqribən 2 ay sonra naməlum şəxs tərəfindən onlara xəbər gəlmişdir ki, X5 Respublikasında hərbi əməliyyatlar zamanı həlak olmuşdur. Bu günə kimi ərizəçinin mərhum əri barəsində ölüm haqqında şəhadətnamə ala bilmir. 19 mart 2022-ci il tarixdə Maraqlı şəxsnə müraciət edərək əri Nümayəndə ölmü haqqında şəhadətnamənin verilməsini xahiş etsə də Qeydiyyat şöbəsi 19 mart 2022-ci il tarixli məktubla ölüm haqqında həkim şəhadətnaməsi olmadığından ölüm faktı məhkəmə tərəfindən müəyyən edilməmişdir. Əri Nümayəndə ölmüm faktının müəyyən olunması, ona sosial yardım, müavinət, ailə başçısını itirməyə görə pensiya almaq üçün lazımdır. Buna görə də əri xx.xx.1993-cü il təvəllüdlü Nümayəndə ölüm faktının müəyyən edilməsi məqsədi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Buna görə də ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə şahid qismində izahat vermiş X1 göstərmişdir ki, Nümayəndə onun oğludur. Fərahim 2017-ci il tarixdə ölkəni tərk etmiş, daha sonra ondan məlumat ala bilməmişlər. İş üzrə maraqlı tərəf Maraqlı şəxsnə məhkəmənin yeri və vaxtı barədə məlumat verilmiş, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə Qeydiyyat Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahıtını dinləyən və iş üzrə təqdim edilmiş sübutlara qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş Nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Nümayəndə ilə Ərizəçi xx.xx.2014-cü il tarixdə nikah bağlamışlar. Məhkəməyə təqdim edilmiş Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Nümayəndə ölüm haqqında akt qeydi Maraqlı şəxs arxivində aşkar olunmamışdır. Nümayəndə ölümünün qeydə alınması üçün ölüm haqqında tibbi şəhadətnamə Maraqlı şəxsnə təqdim olunmalıdır. Ölüm haqqında tibbi şəhadətnamə olmadığı halda isə ölüm haqqında akt qeydinin qeydə alınması mümkün deyildir. Bu səbəbdən Yasamal Rayon Məhkəməsinə müraciət edilməsi tövsiyə edilmişdir. E-məhkəmə sistemi çıxarışından görünür ki Nümayəndə xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikasını tərk etmiş, geri qayıtmamışdır. Məhkəmə baxışı zamanı müəyyən edilir ki, Nümayəndə xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikasını tərk etmiş, Suriya Ərəb Respublikasına getmiş və geri qayıtmamışdır. Həmin vaxtdan keçən müddət ərzində onun sağ olması barədə heç bir məlumat olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.1-ci maddəsinə əsasən əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Həmin Məcəllənin 41.3-cü maddəsinə əsasən şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə əsasən ölümün qeyd edilmə faktı məhkəmə tərəfindən müəyyən oluna bilər. Sadalananlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi əri xx.xx.1993-ci il tarixdə anadan olmuş Nümayəndə ölmüş elan edilməsi barədə ərizəsi təmin edilməlidir. Yuxarıda şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216, 220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. xx.xx.1968-ci il tarixdə Göyçay rayonu Çayarxı kəndində anadan olmuş Nümayəndə ölmüş elan edilsin. Bu qətnamə Nümayəndə ölümünün qeydə alınması üçün əsasdır. Qətnamənin icrası Göyçay rayonu Qeydiyyat Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar