Məhkəmə qərarları › İş №2(046)-1349/2021

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1349/2021

15.10.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1349/2021 15.10.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X2 iştirakı ilə, əmlak tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDI: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X1 müştərək qaydada qızıl-zynət əşyalarının və bir ədəd televizorun alınması, olmadıqda isə həmin əmlakların ümumi dəyəri olan 3904 manat pulun ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddianı müdafiə edərək tələbini belə əsaslandırmışdır ki, Cavabdeh1 ilə 05 may 2019-cu il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar, birgə nikahdan uşaqları anadan olmamışdır. Cavabdeh1 ilə evlənəndən sonra aralarında münasibətlər pozulduğundan nikahın pozulması ilə bağlı məhkəməyə müraciət etmiş, nikahları məhkəmə qaydasında pozulmuşdur. Nikahın pozulması barədə məhkəmədə iddia qaldırdıqdan sonra cavabdehlərin tələbinə və razılığına əsasən 10 may 2021-ci il tarixdə cehiz əmlaklarının bir hissəsini cavabdehlərə məxsus evdən çıxarmışdır. Lakin cavadehlər toy zamanı hədiyyə edilmiş qızıl-ziynət əşyalarının və cehiz əmlak olan Samsung markalı televizoru qaytarmaqdan imtina edərək şərt qoymuşlar ki, bazarlıqda verdikləri 1000 manatı onlara qaytardıqdan sonra qızılları və televizoru qaytaracaqlar, onların tələblərini yerinə yetirmədikləri üçün televizoru və bütün qızılları qaytarmaqdan imtina etmişlər. Halhazırda ona məxsus olan dəyəri 1700 manat olan bir dəst komplekt (qızıl ağ qaşlı üzük, yarı ağ qaşlı qızıl boyunbağı, yarı ağ qaşlı qızıl bilərzik və ağ qaşlı qızıl sirğa), dəyəri 250 manat olan bir ədəd ağ qaşlı qızıl üzük,dəyəri 180 manat olan bir ədəd ağ qaşlı qızıl üzük, dəyəri 235 manat olan bir ədəd ağ qaşlı qızıl üzük, dəyəri 200 manat olan bir ədəd sadə qızıl boyunbağı, dəyəri 270 manat olan bir ədəd ağ qaşlı qızıl üzük,dəyəri 170 manat olan bir ədsfesadə qızıl üzük və dəyəri 899 manat olan Samsung markalı bir ədəd televizor cavabdehlərə məxsus evdə qalmışdır. Buna görə də iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X4 iddianı qismən qəbul edərək göstərmişlər ki, iddiaçının onlardan tələb etdiyi Samsung markalı televizor onlara məxsus evdə qalmışdır. Həmin televizoru iddiaçıya qaytarmağa etiraz etmirlər. Bundan başqa iddiaçının iddia ərizəsində qeyd etdiyi bir toy zamanı iddiaçıya hədiyyə edilmiş (qızıl ağ qaşlı üzük, yarı ağ qaşlı qızıl boyunbağı, yarı ağ qaşlı qızıl bilərzik və ağ qaşlı qızıl sirğa) dəstinin dəyəri 1700 manat deyil, 1100 manat olmuşdur. İddiaçıya toy zamanı hədiyyə edilmiş və iddia ərizəsində qeyd edilmiş digər qızıl-ziynət əşyalarını isə onların yaxın qohumları toy zamanı hədiyyə etmişlər. Həmin əmlakları iddiaçı evdən çıxıb gedərkən özü ilə aparmışdır. İddiyaçıya məxsus cehiz əmlak olan Samsung markalı televizoru iddiaçıya ona görə qaytarmamışlar ki, bazarlıq zamanı iddiaçı tərəfə 1000 manat pul vermişlər. Buna görə də iddianın rədd edilməsini xahiş etmişlər. İş üzrə şahid qismində ifadə verən X3 göstərmişdir ki, iddiaçı onun qızıdır. Qızı Adilə 27.01.2021-ci il tarixdə ona zəng vuraraq səhətində problemıər olduğunu, özünü yaxşı hiss etmədiyini bildirmiş, cavabdehlərə məxsus evdən onun aparılmasını xahiş etmişdir. Həmin vaxt qızı Adiləni yaşadığı Bığır kəndindən öz yaşadığı evlərinə gətirmişdir. Qızı Adilənin halı pis olduğundan təcili tibbi yardım çağırılmış, Adiləyə tibbi yardım göstərilmişdir. Adilə evdən çıxarkən qızıl-ziynət əşyaları və cehiz əmlakı cavabdehlərə məxsus evdə qalmışdır. Bundan sonra razılıq əsasında cehiz-əmlakın bir qismini götürmüşlər. Lakin qızıl-ziynət əşyaları və bir ədəd Samsung markalı televizor cavabdehlərdə qalmışdır. İş üzrə şahid qismində ifadə verən Şahid Nərman qızı göstərmişdir ki, Cavabdeh1 onun ərinin qardaşı oğludur. 27.01.2021-ci il tarixdə İddiaçı anası, dayısı, nənəsi və bibisi taksi ilə gələrək Adiləni aparmışlar. Lakin Həmin vaxt cavabdehlər evdə olmamışdır. Adiləyə məxsus qızıl-ziynət əşyalarının aparıldığını görməmişdir. İş üzrə tərəfləri dinləyən, tədqiq edilmiş sübutlara qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə baxışı zamanı İddiaçı, cavabdehlərin bir dəst komplektin (qızıl ağ qaşlı üzük, yarı ağ qaşlı qızıl boyunbağı, yarı ağ qaşlı qızıl bilərzik və ağ qaşlı qızıl sirğa) qiymətinin 1100 manat olduğu ilə bağlı göstərdikləri xüsasat, eləcə də cavabdehlər iddia ərizəsində qeyd edilmiş qızıl-ziynət əşyalarının çeşidi, dəyəri və televizorun dəyərini mübahisələndirməmişlər. Məhkəmə hesab edir ki, İddiaçı məxsus dəyəri 1100 manat olan bir dəst (qızıl ağ qaşlı üzük, yarı ağ qaşlı qızıl boyunbağı, yarı ağ qaşlı qızıl bilərzik və ağ qaşlı qızıl sirğa), dəyəri 250 manat olan bir ədəd ağ qaşlı qızıl üzük,dəyəri 180 manat olan bir ədəd ağ qaşlı qızıl üzük, dəyəri 235 manat olan bir ədəd ağ qaşlı qızıl üzük, dəyəri 200 manat olan bir ədəd sadə qızıl boyunbağı, dəyəri 270 manat olan bir ədəd ağ qaşlı qızıl üzük,dəyəri 170 manat olan bir qızıl üzük və dəyəri 899 manat olan Samsung markalı bir ədəd televizor cavabdehlərin qanunsuz sahibliyindədir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34-cü maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəkilində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı məxsus 1100 manat dəyərində bir dəst (qızıl ağ qaşlı üzük, yarı ağ qaşlı qızıl, yarı ağ qaşlı qızıl bilərzik və ağ qaşlı qızıl sirğa), dəyəri 250 manat olan bir ədəd ağ qaşlı qızıl üzük,dəyəri 180 manat olan bir ədəd ağ qaşlı qızıl üzük, dəyəri 235 manat olan bir ədəd ağ qaşlı qızıl üzük, dəyəri 200 manat olan bir ədəd sadə qızıl boyunbağı, dəyəri 270 manat olan bir ədəd ağ qaşlı qızıl üzük,dəyəri 170 manat olan bir qızıl üzük və dəyəri 899 manat olan Samsung markalı bir ədəd televizor, mövcud olmadığı təqdirdə onların ümumi dəyəri olan 3304 manat pul cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X1 müştərək qaydada alınaraq İddiaçı verilməlidir. İddiaçı məhkəməyə müraciət etdiyi zaman 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdeh Cavabdeh1 aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiacı İddiaçı məxsus 1100 manat dəyərində bir dəst (qızıl ağ qaşlı üzük, yarı ağ qaşlı qızıl, yarı ağ qaşlı qızıl bilərzik və ağ qaşlı qızıl sirğa), dəyəri 250 manat olan bir ədəd ağ qaşlı qızıl üzük,dəyəri 180 manat olan bir ədəd ağ qaşlı qızıl üzük, dəyəri 235 manat olan bir ədəd ağ qaşlı qızıl üzük, dəyəri 200 manat olan bir ədəd sadə qızıl boyunbağı, dəyəri 270 manat olan bir ədəd ağ qaşlı qızıl üzük,dəyəri 170 manat olan bir qızıl üzük və dəyəri 899 manat olan Samsung markalı bir ədəd televizor, mövcud olmadığı təqdirdə onların ümumi dəyəri olan 3304 manat pul cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X1 müştərək qaydada alınaraq İddiaçı verilsin. Ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh1m alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar