Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1362/2024 26.07.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, Ərizəçi iştirakı ilə, ölüm faktının qeydə alınması tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək mərhum X1n xx.xx.2019-cu il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni müdafiə edərək göstərmişdir ki, X9 atasıdır. X9 18 aprel 1957-ci il tarixdə anadan olmuş, 18 may 2019-cu il tarixdə ölmüşdür. X1 Göyçay şəhər qəbiristanlığında dəfn etmişlər. X4 18 may 2019-cu il tarixdə ölməsini Göyçay TTTYS tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xəbərdarlıq vərəqəsi və məzarın şəkilləri təsdiq edir. Mərhum atası X6 veriləcək ölüm haqqında şəhadətnaməni ala bilmir. Qeyd edilən şəhadətnamə ona atasından miras əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün lazımdır.Buna görə də ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə maraqlı tərəf Maraqlı şəxsnə məhkəmənin yeri və vaxtı barədə məlumat verilmiş, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə Qeydiyyat Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Ərizəçini dinləyən və iş üzrə təqdim edilmiş sübutlara qiymət verən məhkəmə hesab edir ki, ərizə əsaslıdır və aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş X3 surətindən görünür ki, Ərizəçi xx.xx.1990-cı il tarixdə anadan olmuşdur. X2r. Məhkəməyə təqdim edilmiş TTTYS-nın X8 vərəqəsindən görünür ki, X9 xx.xx.2019cu il tarixdə həkimə qədər vəfat etmişdir. Məhkəməyə təqdim edilmiş Göyçay rayon rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, X4 ölümünün qeydə alınması üçün ölüm haqqında tibbi şəhadətnamə Qeydiyyat Şöbəsinə təqdim olunmalıdır. Ölüm haqqında tibbi şəhadətnamə olmadığı halda isə ölüm haqqında akt qeydinin qeydə alınması mümkün deyildir. Bu səbəbdən məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilir ki, Ərizəçi mərhum atası xx.xx.2019-cu il tarixdə vəfat etmiş X4 ölümünün qeyd edilməsini başqa qaydada əldə edə bilməz. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə əsasən ölümün qeyd edilmə faktı məhkəmə tərəfindən müəyyən oluna bilər. Sadalananlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi X1n xx.xx.2019-cu il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə ərizəsi təmin edilməlidir. Yuxarıda şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216, 220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Ərizəçi X1n xx.xx.2019-cu il tarixdə Göyçay şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə ərizəsi təmin edilsin. Bu qətnamə X4 ölümünün qeydiyyat orqanında qeydə alınaraq, ölüm haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamənin icrası Göyçay rayonu Qeydiyyat Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-1362/2024
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1362/2024
26.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver