Məhkəmə qərarları › İş №2(046)-1381/2021

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1381/2021

26.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1381/2021 26.08.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, Ərizəçi iştirakı ilə, ölüm faktının qeydə alınması tələbinə dair mülki işə Göyçay şəhərində 26 avqust 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək mərhum X2nın 1971-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni müdafiə edərək göstərmişdir ki, 21.01.1971-ci il tarixdə anadan olmuş X2 1971-ci il tarixdə 3 aylıq körpə olarkən Göyçay şəhərində vəfat etmişdir. Bacısı X1 rayonu Qaraxıdır kəndində dəfn etmişdir. X3 18.11.2020-ci il tarixdə, anası X8 29.03.2021ci il tarixdə vəfat etmişlər. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün notariat ofisinə təqdim etmək məqsədi ilə sənədləri hazırlayarkən ona məlum olmuşdur ki, mərhum X2nın ölümü Maraqlı şəxsndə qeydə alınmamışdır. Hazırda bacısının ölümünü təsdiq edən sənədi almaq istəyir, lakin bacısının ölümü Maraqlı şəxsndə qeydə alınmadığı üçün həmin sənədi əldə edə bilmir. Buna görə də ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə maraqlı tərəf Maraqlı şəxsnə məhkəmənin yeri və vaxtı barədə məlumat verilmiş, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə Qeydiyyat Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid göstərmişdir ki, ərizəçi Ərizəçi anası X9 ilə qonşuluqda yaşamışlar. Haşxanımın 1971-ci il tarixdə bir qız övladı anadan olmuş, uşaq 3 aylıq olarkən xəstəlikdən vəfat etmiş, Göyçay rayon Qaraxıdır kənd qəbirstanlığında vəfat etmişdir. Ərizəçini dinləyən və iş üzrə təqdim edilmiş sübutlara qiymət verən məhkəmə hesab edir ki, ərizə əsaslıdır və aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş Doğum Haqqında çıxarışlardan görünür ki, X7 21.01.1971-ci il tarixdə, Ərizəçi isə xx.xx.1969-cu il tarixdə anadan olmuşdur. Ataları – X10, anaları X5r. Məhkəməyə təqdim edilmiş X6 surətindən görünür ki, X10 25.08.2016-cı il tarixdə və X8 29.03.2021-ci il tarixdə vəfat etmişdir. Maraqlı şəxs tərəfindən verilmiş 02.06.2021-ci il tarixli məktubdan görünür ki, X4 ölüm haqqında akt qeydi Maraqlı şəxs arxivində aşkar olunmamışdır. X4 ölümünün qeydə alınması üçün ölüm haqqında tibbi şəhadətnamə Maraqlı şəxsnə təqdim olunmalıdır. Ölüm haqqında tibbi şəhadətnamə olmadığı halda isə ölüm haqqında akt qeydinin qeydə alınması mümkün deyildir. Bu səbəbdən Göyçay Rayon Məhkəməsinə müraciət edilməsi tövsiyə edilmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilir ki, Ərizəçi mərhum bacısı 1971-ci il tarixdə vəfat etmiş X4 ölümünün qeyd edilməsini başqa qaydada əldə edə bilməz. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə əsasən ölümün qeyd edilmə faktı məhkəmə tərəfindən müəyyən oluna bilər. Sadalananlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi X2nın 1971-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə ərizəsi təmin edilməlidir. Yuxarıda şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216, 220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi X2nın 1971-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə ərizəsi təmin edilsin. Bu qətnamə X4 ölümünün qeydiyyat orqanında qeydə alınaraq, ölüm haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamənin icrası Göyçay rayonu Qeydiyyat Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar