Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1388/2023 31.07.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanov Elçin Firudin oğlunun sədrliyi, Qəniyev Nurlan Mehman oğlunun katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı əmlakın qanunsuz sahiblikdən geri alınması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan 1 ədəd 750 əyyarlı çəkisi 5 qram olan nişan üzüyü qiyməti 800 (səkkiz yüz) manat, 750 əyyarlı ümumi çəkisi 30 qram olan boyunbağı-qolbağı, sırğa və üzük dəsti qiyməti 4300 (dörd min üç yüz) manat, 1 ədəd 585 əyyarlı çəkisi 6 qram olan üzük qiyməti 400 (dörd yüz) manat, ümumi dəyəri 5500 (beş min beş yüz) manat olan qızıl zinət əşyalarının habelə özləri olmadıqda belə onların ümumi dəyəri olan 5500 manat pulun, habelə ödənilmiş 75 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 müştərək qaydada alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, onunla Cavabdeh1 arasında 21 aprel 2018-ci il tarixdə nikah bağlanmış və bu nikah Göyçay rayon Qeydiyyat şöbəsində 77 saylı akt qeydi ilə qeydə alınmışdır. Bu nikahdan övladı xx.xx.2018-ci il təvəllüdlü X2 anadan olmuşdur. Hazırda rəsmi qaydada nikahları pozulmuşdur, ailə münasibətləri dağılmışdır və o ailənin yaşadığı evə qayıtmışdır. Cavabdeh1 nikahın pozulması tələbinə dair ona qarşı Qazax Rayon Məhkəməsində iddia qaldırmışdır. Cavabdehlə nikah bağlandıqdan sonra nikaha daxil olmamışdan əvvəl əldə etdiyi müəyyən daşınar əmlakı, o cümlədən qızıl əşyaları özü ilə cavabdehin qeydiyyatda olduğu ünvan 1 ünvanında yerləşən mənzilə aparmışdır. Apardığı daşınar əmlakın siyahısı aşağıdakı kimidir: 1 ədəd 750 əyyarlı çəkisi 5 qram olan nişan üzüyü qiyməti 800 (səkkiz yüz) manat, 750 əyyarlı ümumi çəkisi 30 qram oian boyumbağı-qolbağı, sırğa və üzük dəsti qiyməti 4300 (dörd min üç yüz) manat, 1 ədəd 585 əyyarlı çəkisi 6 qram olan üzük qiyməti 400 (dörd yüz) manat, ümumi dəyəri 5500 (beş min beş yüz) manatdır. Cavabdeh göstərilən daşınar əmlak üzərində qanunsuz sahiblik edərək ona geri qaytarmaqdan imtina etmişdir. Hesab edir ki, onun mülkiyyətində olan daşınar əmlak cavabdehin qanunsuz sahibliyindən geri qaytarılmalıdır. Cavabdehlərin etirazları: Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 iddiaya qarşı etiraz vermişlər. Etirazda göstərmişlər ki, Cavabdeh1 İddiaçı ilə ailəli olduğu müddətdə iddiaçının atası qızının ad gününə gələcəyini bildirmiş, gələrkən həmin gün mübahisə yaranmış, dəfələrlə baş verən belə mübahisələrə baxmayaraq qızının ad günü daha təntərahlı keçirilmədiyi üçün mübahisə yaranmışdır. Həmin gün iddiaçı atası ilə və birgə nikahdan olan Məlahətlə birlikdə Göyçay rayonunda yaşayan Xalasıgilə getmişdir. Gedərkən qızıl-ziynət əşyaları üstündə aparmışdır. Sonra iddiaçı zəng vuraraq uşağın paltarları və uşaq yemini salafanda olduğunu və həmin salafanı ona gətirməyini bildirmişdir. Salafanı ona aparan vaxt ondan sənədlər olan çantanın yerini soruşmuşdur. Çünki, çantanın içində ailə üzvlərinə aid sənədlər, xüsusəndə Zeynalı Zeynala aid diplom, sertfikart, qızıl-qolbağ və qızıl sep vardı. İddiaçı həmin çantanı özü ilə apardığını bildirmişdir. Qızıl sırqa və qızıl üzük daimi üstündə olurdu, yəni daimi istifadə edirdi. Qızıl sepi isə istifadə etmirdi sənədlərlə birlikdə sözgedən çantada saxlayırdı. İddiaçı xalasıgildə bir neçə gün qaldıqdan sonra övladı Məlahətlə birlikdə Qazax rayonuna valideyinlərinə məxsus evə köçmüşdür. Bundan bir neçə müddət sonra iddiaçı iddia ərizəsi ilə Qazax Rayon Məhkəməsinə müraciət edərək 12 sentyabr 2018-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün aliment tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qazax Rayon Məhkəməsinin 2(023)- 651/2019 saylı 2019-cu il tarixli qətnaməsi ilə ondan hər ay sabit pul məbləğində 160 manat alimentin tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilmişdir. Aralarında olan mübahisələrə görə ailənin bərpa olunması mümkün olmadığı üçün 2019-cu ilin ortalarında iddiaçı ilə aralarında olan nikahın pozulmasına dair Cavabdeh1 iddia ərizəsi ilə məhkəməyə müraciət etdi və Qazax Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(023)-165/2020 nömrəli qətnaməsi ilə iddiaçı ilə Cavabdeh1 arasında olan nikah pozulmuşdur. İddiaçı ilə məhkəmədə nikahın pozulması vaxtı pandemiya dövrünə təsadüf etdiyi üçün nikahın pozulması vaxtın uzanmağına səbəb olmuşdur. İddiaçının özü ilə gətirdiyi cehiz əşyalarıda 2023-cii ilə kimi valideyinlərinə məxsus evdə qalmış, dəfələrlə onlarla danışıqlar aparsa da, həmin əmlakları evdən çıxarmamışlar. Ona görə də, atası Asif Zeynallı məcbur qalaraq həmin əmlakların evdən çıxarılması üçün iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Göyçay Rayon Məhkəməsinin qətnaməsi ilə iddia tələbi təmin olunmuş və icra olunması üçün Göyçay rayon İcra və Probasiya şöbəsinə yönləndirilmişdir. xx.xx.2023-cü il tarixdə iddiaçı öz əmlakını aparmışdır. Göründüyü kimi iddiaçı ilə münasibətlər 2019-cu ildən pozulmuş, məhkəmə qətnaməsi ilə nikah 2020-ci ildə pozulmuşdur. Lakin bu illər ərzində iddiaçı əmlak tələbi ilə bağlı məhkəmədə iddia qaldırmamışdır. Buda onu göstərir ki, iddia ərizəsində qeyd edilən şişirdilmiş qızıl-zinət əşyaları deyil, mövcud olan qızıl-zinət əşyaları özündə olmuşdur. İddiaçı ailə həyatı qurmağına görə ona və ailəsinə qərəzli şəkildə problemlər yaratmaq istəyir. Hesab edir ki, iddiaçının ona qarşı irəli sürdüyü tələb qanunun, maddi və hüquqi normalarını pozmuş, belə halda məhkəmə iddiaçının iddia tələbini təmin etmiş olarsa onun hüquqları hətta qanunun tələbləri pozulmuş olacaqdır. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdi, iddia ərizəsində göstərilən xüsusatları təsdiq etdi,əlavə olaraq bildirdi ki,ər-arvad münasibətləri 2019-cu ilin aprel ayında pozulmuş,evdə mübahisə olduğundan uşağı Məlahət Zeynallını götürüb Göyçay şəhərində yaşayan xalasıgilə getmişdir.Özü ilə bir çanta aparmış,çantada uşaqların paltarları olmuşdur.Sonradan çatışmayan paltarları da gətirmək üçün Cavabdeh1 demiş,o da həmin əşyaları gətirmişdir.İddia ərizəsində qeyd etdiyi qızıl əşyaları ona hədiyyə edilmiş,həmin əşyalardan istifadə etmişdir.Lakin 2019-cu ilin aprel ayında evi tərk edəndə qızılları özü ilə aparmamış,həmin əşyalar evdə qalmışdır.Qızılların geri qaytarılması ilə əlaqədar məhkəməyə ona görə müraciət etməmişdir ki,ümid edirdi cavabdehlə barışar.Çünki aradabir telefonla onunla əlaqə saxlayırdı.İddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı etiraf etmədi, izahat verərək birdirdi ki, İddiaçı onun xalası qızıdır.Onlar ailə qurandan sonra atasına məxsus olan Göyçay şəhəri Xaqani küçəsi 3 saylı evdə yaşamışlar.İddiaçı özünə məxsus olan əşyaları həmin evdə yerləşdirmişdir.İddiaçıya iddia ərizəsində qeyd edilən qızıl əşyaları hədiyyə edilmişdir. 2019-cu ilin aprel ayında iddiaçının ad gününün təntərahlı keçirilmədiyi üçün mübahisə yaranmışdır. Həmin gün iddiaçı atası ilə və birgə nikahdan olan Məlahətlə birlikdə Göyçay rayonunda yaşayan xalasıgilə getmişdir. Gedərkən qızıl-zinət əşyaları üstündə aparmışdır. Sonra iddiaçı zəng vuraraq uşağın paltarları və uşaq yemini salafanda olduğunu və həmin salafanı ona gətirməyini bildirmişdir. Salafanı ona aparan vaxt iddiaçıdan sənədlər olan çantanın yerini soruşmuşdur. Çünki, çantanın içində ailə üzvlərinə aid sənədlər, xüsusəndə ona aid diplom, sertfikart, qızıl-qolbağ və qızıl sep vardı. İddiaçı həmin çantanı özü ilə apardığını bildirmişdir. Qızıl sırğa və qızıl üzük daimi üstündə olurdu, yəni daimi istifadə edirdi. Qızıl sepi isə istifadə etmirdi sənədlərlə birlikdə sözgedən çantada saxlayırdı. İddiaçı xalasıgildə bir neçə gün qaldıqdan sonra övladı Məlahətlə birlikdə Qazax rayonuna valideyinlərinə məxsus evə köçmüşdür. Aralarında olan mübahisələrə görə ailənin bərpa olunması mümkün olmadığı üçün 2019-cu ilin ortalarında iddiaçı ilə aralarında olan nikahın pozulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Qazax Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(023)-165/2020 nömrəli qətnaməsi ilə iddiaçı ilə aralarında olan nikah pozulmuşdur. İddiaçı ilə məhkəmədə nikahın pozulması vaxtı pandemiya dövrünə təsadüf etdiyi üçün nikahın pozulması vaxtın uzanmağına səbəb olmuşdur. İddiaçının özü ilə gətirdiyi cehiz əşyalarıda 2023-cü ilə kimi valideyinlərinə məxsus evdə qalmış, dəfələrlə onlarla danışıqlar aparsa da, həmin əmlakları evdən çıxarmamışlar. Ona görə də, atası məcbur qalaraq həmin əmlakların evdən çıxarılması üçün iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Göyçay Rayon Məhkəməsinin qətnaməsi ilə iddia tələbi təmin olunmuş və icra olunması üçün Göyçay İcra Probasiya şöbəsinə yönləndirilmişdir. xx.xx.2023-cü il tarixdə iddiaçı öz əmlakını aparmışdır. İddiaçı ilə münasibətlər 2019-cu ildən pozulmuş, məhkəmə qətnaməsi ilə nikah 2020-ci ildə pozulmuşdur. Lakin bu illər ərzində iddiaçı əmlak tələbi ilə bağlı məhkəmədə iddia qaldırmamışdır. İddiaçı ilə «vatsab» sosial şəbəkəsi ilə qızı Məlahətlə canlı videogörüntü vasitəsilə ünsiyyətdə olmaq üçün əlaqə saxlamışdır.Onun barışmaq niyyəti olmamış,çünki ikinci dəfə ailə qurmuşdur.Odur ki, iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddianı etiraf etmədi,izahat verərək bildirdi ki,qızıl əşyalarının alınmasında o bir ana olaraq iştirak etmişdir.Lakin qızıl əşyalarının qiyməti iddia ərizəsində göstərildiyi məbləğdə olmamışdır.Belə ki,nişan üzüyü 585 əyyarında olmuş və qiyməti 200 manat olmuş,qızıl dəstin qiyməti 1200 manat olmuş,585 əyyarında olan qızıl üzüyün qiyməti isə 200 manat olmuşdur.Qızıl əşyaları iddiaçı üzərində gəzdirmiş,yalnız boyunbağını otağında çantanın içərisində saxlamışdır.2019-cu ilin aprel ayında mübahisədən sonra iddiaçı özünə məxsus olan bəzi əşyaları,həmçinin qızıl əşyaları özü ilə aparmışdır.Bu vaxtadək həmin qızıl əşyaların qaytarılması ilə əlaqədar onlara müraciət etməmişdir,çünki əşyalar özündə olmuşdur.İddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh3 iddianı etiraf etmədi, Cavabdeh1 izahatına oxşar izahat verib iddianın təmin olunmamasını xahiş etdi. İş üzrə tərəflərin izahatlarını dinləyib, təqdim edilmiş sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Mülki işdə olan sənədlər: İşə əlavə edilmiş Göyçay rayon Qeydiyyat Şöbəsinin çıxarışından görünür ki, Cavabdeh1 ilə X4 arasında nikah Göyçay rayon Qeydiyyat Şöbəsində 21 aprel 2018-ci il tarixdə 77 saylı aktla bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada Zeynallı soyadı verilmişdir. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 ilə İddiaçı birgə nikahlarından xx.xx.2018-ci il tarixdə X2 doğulmuşdur. İşə əlavə edilmiş Qazax Rayon Məhkəməsinin 10 iyun 2019-cu il tarixli 2(023)- 651/2019 saylı qətnaməsindən çıxarışdan görünür ki, iddia qismən təmin edilmiş, 12 sentyabr 2016-cı ildə anadan olmuş X1 yetkinlik yaşı çatana kimi saxlanılması üçün Cavabdeh1 10 may 2019-cu ildən başlayaraq ayda 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilməsi qət edilmişdir. İşə əlavə edilmiş Qazax Rayon Məhkəməsinin 09 iyun 2020-ci il tarixli 2(023)- 165/2020 saylı qətnaməsinin surətindən görünür ki, iddia təmin edilmiş, Cavabdeh1 İddiaçı Mashir qızı ilə Göyçay rayon Qeydiyyat Şöbəsində 21 aprel 2018-ci ildə 77 nömrə ilə qeydə alınmış nikah qeydi pozulmuş, tərəflərin birgə nikahından 12 sentyabr 2018-ci ildə anadan olmuş X2, İddiaçı himayəsində saxlanılması qət edilmişdir. İşə əlavə edilmiş Göyçay rayon Məhkəməsinin 16 fevral 2023-cü il tarixli 2(046)- 147/2023 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh3 cavabdehlər İddiaçı və X3 qarşı əmlakın çıxarılması tələbinə dair iddiası təmin edilmişdir. İşə əlavə edilmiş “Tural” adına olan mağazanın rəyindən görünür ki, 1 ədəd 750 əyyarlı çəkisi 5 qram olan nişan üzüyünün qiyməti 800 (səkkiz yüz) manat, 750 əyyarlı ümumi çəkisi 30 qram olan boyunbağı-qolbağı, sırğa və üzük dəstinin qiyməti 4300 (dörd min üz yüz) manat, 1 ədəd 585 əyyarlı çəkisi 6 qram olan üzüyün qiyməti 400 (dörd yüz) manat ümumi dəyəri 5500 (beş min beş yüz) manatdır. İşə əlavə edilmiş mediator tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak,habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında,digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin sahibliyindən öz əmlakını geri tələb edə bilər. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki,Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən,bir qayda olaraq,affirmanti,non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil,iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur.Sübut kifayət qədər güclü ,aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan,həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Tərəflərin mübahisə edilməyən iizahatlarından və işin faktiki hallarından müəyyən olunur ki,İddiaçı ilə Cavabdeh1 nikah münasibətlərinə daxil olduqdan sonra iddiaçıya iddia ərizəsində qeyd edilmiş 3 adda qızıl əşyaları hədiyyə edilmiş,bu səbəbdən iddiaçı həmin əşyaların mülkiyyətçisi olmuşdur. Mülki qanunvericiliyinin tələbinə görə mülkiyyətçi özgəsinin sahibliyindən o vaxt əmlakını geri tələb edə bilər ki:1) tələb olunan əmlak mülkiyyətçiyə məxsus olmalı,2) həmin əmlaklar özgəsinin qanunsuz sahibliyində olmalıdır. Məhkəməyə İddiaçı tərəfindən tələb etdiyi qızıl əşyalarının cavabdehlərdə qalmasını təsdiq edən hər hansı bir sübut təqdim edilməmiş,bununla da iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Bundan başqa məhkəmə onu da nəzərə alır ki,münasibətlərin 2019-cu ilin aprel ayında pozulmasından və İddiaçı yaşadığı Göyçay şəhəri Xəqani küçəsi 3 saylı evi həmin vaxt tərk etdikdən sonra iddia etdiyi qızıl əşyalarını cavabdehlərdən tələb etməmiş,bu barədə məhkəməyə müraciət etməmiş,baxmayaraq ki, Cavabdeh1 qarşı sabit pul məbləğində aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Qazax Rayon Məhkəməsinin 10 iyun 2019-cu il tarixli qətnaməsi ilə iddiası qismən təmin edilmiş,sonra Cavabdeh1 ona qarşı nikahın pozulması tələbinə dair iddiası Qazax Rayon Məhkəməsinin 09 iyun 2020-ci il tarixli qətnaməsi ilə təmin edilmişdir.Və yalnız Cavabdeh3 ona və X3 qarşı əmlakın çıxarılması tələbinə dair iddiası Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə təmin olunduqdan və İddiaçı cavabdehlərlə birgə yaşadığı evi tərk etdikdən təxminən 4 il sonra qızıl-zinət əşyalarının cavabdehlərdə qalmasını mübahisələndirmiş və bu barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək,İddiaçı cavabdehlərlə birgə yaşadığı evi tərk etmə şəraitini nəzərə alıb hesab edir ki, İddiaçı iddia etdiyi qızıl-zinət əşyalarının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qalmasını təsdiq edən sübutları təqdim etmədiyindən və bununla da öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilmədiyindən, cavabdehlərdən cəmi dəyəri 5500 manat olan 3 adda qızıl əşyalarının alınması tələbinə dair iddiası təmin olunmamalı,iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı 1 ədəd 750 əyyarlı çəkisi 5 qram olan nişan üzüyünün qiyməti 800 (səkkiz yüz) manat, 750 əyyarlı ümumi çəkisi 30 qram olan boyunbağı-qolbağı, sırğa və üzük dəstinin qiyməti 4300 (dörd min üç yüz) manat, 1 ədəd 585 əyyarlı çəkisi 6 qram olan üzüyün qiyməti 400 (dörd yüz) manat, ümumi dəyəri 5500 (beş min beş yüz) manat olan qızıl zinət əşyalarının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 alınaraq qaytarılması,bu mümkün olmadığı halda onların ümumi dəyəri 5500 manat pulun alınması tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov
Məhkəmə qərarları › İş №2(046)-1388/2023
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1388/2023
31.07.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver