Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1413/2023 23.06.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanov Elçin Firudin oğlunun sədrliyi, Qəniyev Nurlan Mehman oğlunun katibliyi ilə, Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi və Maraqlı şəxs arasında mediasiya reyestrində M-00069 nömrəsi ilə qeydiyyatdan keçmiş mediator X1 iştirakı ilə bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsini məhkəmədən xahiş etmişdir. İşin halları: Ərizə onunla əsaslandırmışdır ki, Ərizəçi (bundan sonra “Birinci tərəf’) və Maraqlı şəxs (bundan sonra “İkinci tərəf’) (bundan sonra “Birinci tərəf’ və “İkinci tərəf’ birlikdə ismin müvafiq hallarında “Tərəflər” adlanacaq) aralarındakı fikir ayrılığı və mübahisəni qarşılıqlı razılıqla həll etmək üçün mediasiya reyestrində M-00069 nömrəsi ilə qeydiyyatdan keçmiş mediator X1 (bundan sonra “Mediator”) iştirakı ilə aşağıdakı şərtlər barədə Barışıq Sazişi imzalanmışdır: Nikahın pozulması, Uşağın ananın yanında qalması aliment, uşağın ölkə hüdudundan giriş çıxışına icazə verilməsi, atanın uşaqla ünsiyyət hüququnun təmin edilməsi, əmlak və evdən çıxarılma tələbi. Barışığın şərtləri: ikinci (Maraqlı şəxs) tərəf saziş imzalandıqdan sonra xx.xx.2023-cü il tarixdən başlayaraq, hər ay 220 (iki yüz iyirmi) manat məbləğində alimenti birinci (Ərizəçi) tərəfə ödəyəcəkdir. Tərəflər arasında bağlanmış və mediator tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli barışıq sazişi könüllü icra müddətində sazişin ikinci tərəfi Maraqlı şəxs tərəfindən qərəzli olaraq icra edilmir, ödəməyi öhdəsinə götürdüyü aliment məbləğini ödəməkdən yayınır. Əksinə ona uşaqla ünsiyyətdə olması üçün heç bir problem yaratmır, ikinci tərəfin istədiyi vaxt uşağın mənafelərinə uyğun olaraq görüşmələri üçün şərait yaradır. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Ərizəçi məhkəməyə gəlməmiş, ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılaraq ərizənin təmin edilməsini xahiş etdiyindən işə ərizəçinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş Maraqlı şəxs məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, ərizə təmin olunmalıdır. Mülki işdə olan sənədlər: İşə əlavə edilmiş doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2010-cu il tarixdə X8 adlı uşaqları anadan olmuşdur. İşə əlavə edilmiş Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(046)- 796/2023 saylı qətnaməsinin surətindən görünür ki, iddia təmin edilmiş, iddiaçı Ərizəçi ilə cavabdeh Maraqlı şəxs xx.xx.2004-cü il tarixdə Bakı şəhər Nəsimi rayon Qeydiyyat şöbəsində 121 №-li qeyd ilə bağlanmış nikah pozulmuşdur. İşə əlavə edilmiş Ərizəçi ilə Maraqlı şəxs oglu arasında bağlanmış və mediator X3 tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli barışıq sazişindən görünür ki, 1. Ərizəçi və Maraqlı şəxs 24 fevral 2004-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayon VVADQ şöbəsində 121 nömrə ilə qeydə alınmış nikahın pozulmasına razıdırlar və nikahın məhkəmə qaydasında pozulmasına etiraz etmirlər. 2. Maraqlı şəxs birgə nikahdan anadan olmuş X4 Ərizəçi himayəsinə verilməsinə razılıq verdi.3. Maraqlı şəxs birgə nikahdan anadan olmuş xx.xx.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün 10 may 2023-cii ildən hər ay 220 manat məbləğində alimenti X2 ödəməyi öhdəsinə götürdü.4. Ərizəçi xx.xx.2010-cu il təvəllüdlü X8 ilə hər həftənin bazar ertəsi səhər saat 10:00-dan axşam saat 17:00-dək atası Maraqlı şəxs ilə sərbəst görüşməsinə razılıq verdi.5. Maraqlı şəxs birgə nikahdan anadan olmuş X4 yetkinlik yaşına çatanadək anası Ərizəçi ilə müvəqqəti olaraq Azərbaycan Respublikası ərazisindən kənara gedib-qayıtmasına razılıq verdi.6. Əzizov X7 rayonu X12 kəndində xüsusi mülkiyyət kimi Ərizəçi adına xx.xx.2020-ci il tarixdə qeydə alınmış 51,4 kv metr fərdi yaşayış evinin və 0,0150 ha torpaq sahəsinin Ərizəçi adında qalmasına etiraz etmir və bununla bağlı gələcəkdə hər hansı iddia və tələbinin olmayacağı barədə razılıq verdi.7. Əzizov X5 rayonu, Mehdiabad qəsəbəsi 28 May küçəsi, ev 37, 92 nömrəli mənzilində olan payını Ərizəçi verilməsinə razılıq verdi. Əzizov X5 rayonu, Mehdiabad qəsəbəsi 28 May küçəsi, ev 37, 92 nömrəli mənzilinə dair gələcəkdə hər hansı iddia və tələbinin olmayacağını bildirdi.8. Ərizəçi Maraqlı şəxs Göyçav rayonu, 1-ci Ərəbcəbirli kəndi ünvanında qeydiyyatda qalmasına razılıq verdi. 9. Maraqlı şəxs hal hazırda vaşadığı Abşeron rayonu, Mehdiabad qəsəbəsi 28 May küçəsi,ev 37, 92 nömrəli mənzilindən barışıq sazişinin imzalandığı tarixdən 1 ay sonra yəni 10 mart 2023-cü il tarixdə çıxacağı ilə bağlı razılıq verdi. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən "Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1 -ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. "Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 34.1 -ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.3 və 34.4-cü maddələrinə əsasən, əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2023-cü il tarixində barışıq sazışı imzalanmışdır. Həmin sazişin şərtlərinə Maraqlı şəxs tərəfindən könüllü icrasından imtina edilmişdir. Məhkəmə yuxarıda istinad edilən qanunvericilik normalarını nəzərə alaraq və işdə iştirak edən şəxslər tərəfindən imzalanmış xx.xx.2023-cÜ il tarixli barışıq sazişinin müddəalarını təhlil edərək belə qənaətə gəlir ki, barışıq sazişinin təsdiq edilməsindən imtina üçün Mülki-Prosessual Məcəllənin 355-26.1-ci maddəsində göstərilən hallar mövcud deyil. Belə olan halda, Maraqlı şəxs barışıq sazişi üzrə öhdəliklərini qanunla müəyyən edilmiş müddətdə könüllü olaraq icra etmədiyinə görə, sazişin məcburi icrasının təmin edilməsi məqsədilə barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməlidir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə qeyd olunanları və Azərbaycan Respublikası MPM-nin 216-220,234.2-ci maddələrini rəhbər tutaraq, qət etdi: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanılmış və xx.xx.2023-cü il tarixli barışıq sazişinin aşağıdakı şərtləri təsdiq edilsin:
1. Ərizəçi və Maraqlı şəxs 24 fevral 2004-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayon VVADQ şöbəsində 121 nömrə ilə qeydə alınmış nikahın pozulmasına razıdırlar və nikahın məhkəmə qaydasında pozulmasına etiraz etmirlər.
2. Maraqlı şəxs birgə nikahdan anadan olmuş X4 Ərizəçi himayəsinə verilməsinə razılıq verdi.
3. Maraqlı şəxs birgə nikahdan anadan olmuş xx.xx.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün 10 may 2023-cii ildən hər ay 220 manat məbləğində alimenti X2 ödəməyi öhdəsinə götürdü.
4. Ərizəçi Haxerdi qızı xx.xx.2010-cu il təvəllüdlü X8 ilə hər həftənin bazar ertəsi səhər saat 10:00-dan axşam saat 17:00-dək atası Maraqlı şəxs ilə sərbəst görüşməsinə razılıq verdi.
5. Maraqlı şəxs birgə nikahdan anadan olmuş X4 yetkinlik yaşına çatanadək anası Ərizəçi ilə müvəqqəti olaraq Azərbaycan Respublikası ərazisindən kənara gedibqayıtmasına razılıq verdi.
6. Əzizov X7 rayonu X12 kəndində xüsusi mülkiyyət kimi Ərizəçi adına xx.xx.2020ci il tarixdə qeydə alınmış 51,4 kv metr fərdi yaşayış evinin və 0,0150 ha torpaq sahəsinin Ərizəçi adında qalmasına etiraz etmir və bununla bağlı gələcəkdə hər hansı iddia və tələbinin olmayacağı barədə razılıq verdi.
7. Əzizov X5 rayonu, Mehdiabad qəsəbəsi 28 May küçəsi, ev 37, 92 nömrəli mənzilində olan payını Ərizəçi verilməsinə razılıq verdi. Əzizov X5 rayonu, Mehdiabad qəsəbəsi 28 May küçəsi, ev 37, 92 nömrəli mənzilinə dair gələcəkdə hər hansı iddia və tələbinin olmayacağını bildirdi.
8. Ərizəçi Maraqlı şəxs Göyçav rayonu, 1-ci Ərəbcəbirli kəndi ünvanında qeydiyyatda qalmasına razılıq verdi.
9. Maraqlı şəxs hal hazırda vaşadığı Abşeron rayonu, Mehdiabad qəsəbəsi 28 May küçəsi,ev 37, 92 nömrəli mənzilindən barışıq sazişinin imzalandığı tarixdən 1 ay sonra yəni 10 mart 2023-cü il tarixdə çıxacağı ilə bağlı razılıq verdi. Aliment tutulması hissədə qətnamə dərhal icra edilsin. Qətnamədən bir ay müddətində Göyçay rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Elçin Qurbanov