Məhkəmə qərarları › İş №2(046)-1450/2024

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1450/2024

04.11.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1450/2024 04.11.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Giriş Hissə: Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Əliyeva Leyla Bəhər qızının katibliyi, Cavabdeh nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı üzərinə cehiz əşyalarının götürülməsi vəzifəsinin qoyulması tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus olan ünvan 1 ünvanında yerləşən 70 saylı mənzildən Cavabdeh üzərinə ona məxsus cehiz əşyalarının götürülməsi vəzifəsinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, oğlu X11 ilə X3 arasında 02 iyul 2013-cü il tarixdə Göyçay rayonu Ərəb Cəbirli kənd İcra Nümayəndiliyində rəsmi nikah bağlanmışdır. Tərəflər arasındakı nikah Göyçay Rayon Məhkəməsinin 2(046)-1075/2015 saylı qətnaməsi ilə pozulmuşdur. Həmin vaxtdan X1 məxsus cehiz əşyaları onlara məxsus mənzildə qalıb. Dəfələrlə müraciət etməklərinə baxmayaraq həmin şəxs özünə məxsus cehiz əşyalarını götürməkdən imtina edir. Bu isə onların mənzildə sərbəst hərəkət etməklərinə maneə yaradır. Həmin əşyaları təsadüfən yararsız hala düşməsi riski ilə üzləşirlər. Mübahisənin medisasiya vasitəsi ilə həll edilməsi üçün qarşı tərəfə mediasiya təklifi göndərdi. Lakin qarşı tərəf təklifə cavab vermədi. Bundan sonra o Şəki 1 saylı Mediasiya Təşkilatınammüraciət etdi. Lakin razılıq əldə olunmadı. Mediasiya üçün tələb olunan məbləğ onlar tərəfindən ödənildi. Bundan sonra cehiz əşyalarının götürülməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qaldılar. Cehiz əşyaları aşağıdakilərdən ibarətdir: yataq dəsti, televizor, televizor altlığı, tozrosan, qazan dəsti, qaşıq dəsti, çılçıraq (1 ədə), dğşək (1 ədəd), yorğan (3 ədəd), tastıq (6 ədəd), elektrik soba, yorğan (1 ədə), xalça 3 metrlik (1 ədəd), xalça 1 metrlik (1 ədəd). Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş İddiaçı məhkəməyə gəlməmiş, nümayəndəsi və vəkili Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək iddianı müdafiə etdiklərini, işə onların iştirakı olmadan mahiyyəti üzrə baxılaraq iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X4 iddianı qəbul etmədi və izahatında göstərdir ki, qızının cehiz əşyalarının çoxu mövcud deyil, ne vaxt cavabdeh hamısı yerinə qoyub tamamlayacaq onda da qızı ilə biryerdə gedib götürəcəklərlər. Məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş: Şəki 1 saylı Mediasiya Təşkilatının MŞŞ/2024-MT00572 saylı, xx.xx.2024-cü il tarixli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışa əsasən İddiaçı mediasiya sessiyasında iştirak etmiş, Cavabdeh isə iştirak etməmişdir. 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinin 137 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 31 saylı, xx.xx.2024-cü il tariixli arayışa əsasən Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, C.Qurbanov küçəsi ev 95 mənzil 70 dair 137 saylı MKİS arxivində olan şəxsi hesab təqdim olunmuşdur. Həmin şəxsi hesab vərəqəsində sözügedən mənzildə yaşanlar kimi İddiaçı, X5, X11 və X9 qeyd olunmuşdur. İçarəçinin ailə üzvünün tələbi ilə yaşayış sahəsinin icarəsi haqqında müqaviləyə edilmiş dəyişikliyə əsasən Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Kirov küçəsi (indi C.Qurbanov) ev 95 mənzil 70 İddiaçı icarəsinə verilmişdir. ARDİN Yaşayış yeri üzrə qeydiyyyat haqqında ******* saylı arayışa əsasən İddiaçı xx.xx.2007-ci il tarixdən Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, C.Qurbanov küçəsi ev 95 mənzil 70 qeydiyyatdadır. Əsaslandırıcı hissə: Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İ bəndində əsasən hər kəsin mülkiyyət hüququ vardır. 29-cu maddəsinin İİ bəndinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. 29-cu maddəsinin İİİ bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 43-cü maddəsinin İ bəndinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. 43-cü maddəsinin İİ bəndinə əsasən dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında 195-ci il Avropa Konvensiyası: Hər kəs öz şəxsi və ailə həyatına, evinə və yazışma sirrinə hörmət hüququna malikdir. Milli təhlükəsizlik, ictimai asayiş və ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaş və ya cinayətin qarşısını almaq üçün, sağlamlığı, yaxud mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, bu hüququn həyata keçirilməsinə dövlət hakimiyyəti orqanları tərəfindən müdaxiləyə yol verilmir. 2009-cu ilin oktyabr ayının 01-dək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: 53-cü maddəsinin İ hissəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. 53-cü maddəsinin İİİ hissəsinə əsasən icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. 54-cü maddəsinə əsasən icarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir. 135.4-cü maddəsinə əsasən əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. 135.10-cu maddəsinə əsasən adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir. 152.1-ci cü maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci cü maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmənin mövqeyi: İşin faktiki halları ondan ibarətdir ki, İddiaçı icarə müqaviləsinə əsasən dövlət və ictimai mənzil fonduna aid olan ünvan 1 ünvanında yerləşən 70 saylı mənzildə yaşayır. Cavabdeh onun keçmiş gəlinidir. Nikah pozulmadan əvvəl eyd olunan ünvanda biryerdə yaşamışlar. Hal-hazırda oğlu ilə cavabdehin nikahı pozulsa da, sonuncunun cehiz əşyaları hələ də iddiaçının yaşadığı evdədir. Məhkəmə qeyd edir ki, Cavabdeh ilə iddiaçının oğlu X6 nikahı 2013-cü il tarixində bağlanmışdır. İstifadə hüququn yaranması ilə bağlı münasibətlərə 2000-ci ilin 1 sentyabr tarixində qüvvəyə minmiş Mülki Məcəllə tətbiq olunmalıdır. Yəni həmin Məcəllənin 228.1 və 228.2-ci maddələrinə əsasən, yaşayış binasının tərkib hissədindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Bu hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır. Tərəflərin təqdim etdiyi və məhkəmə iclasında tədqiq edildiyi sübutlardan görünür ki, Cavabdeh ünvan 1 ünvanında yerləşən 70 saylı mənzilə istifadə hüququ yaranmamışdır. İddiaçı həmin mənzilin mülkiyyətçisi olmasa da, icarə müqaviləsində nəzərdə tutulan əsasla əmlaka sahiblik edir və Mülki Məcəllənin tələbinə əsasən mülkiyyətçiyə mənsub hüquqlardan istifadə edir. Bu əsasla məhkəmə hesab edir ki, iddia təmin edilməli və Cavabdeh üzərinə özünə məxsus cehiz əşyalarının (yataq dəsti, televizor, televizor altlığı, tozrosan, qazan dəsti, qaşıq dəsti, çılçıraq (1 ədə), dğşək (1 ədəd), yorğan (3 ədəd), tastıq (6 ədəd), elektrik soba, yorğan (1 ədə), xalça 3 metrlik (1 ədəd), xalça 1 metrlik (1 ədəd).) İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən 70 saylı mənzildən götürülməsi vəzifəsi qoyulmalıdır. Nəticə: Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh üzərinə ona məxsus cehiz əşyalarının (yataq dəsti, televizor, televizor altlığı, tozrosan, qazan dəsti, qaşıq dəsti, çılçıraq (1 ədə), dğşək (1 ədəd), yorğan (3 ədəd), tastıq (6 ədəd), elektrik soba, yorğan (1 ədə), xalça 3 metrlik (1 ədəd), xalça 1 metrlik (1 ədəd) İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən 70 saylı mənzildən götürülməsi vəzifəsi qoyulmalıdır. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Göyçay rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar