Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1462/2023 04.09.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanov Elçin Firudin oğlunun sədrliyi, Qəniyev Nurlan Mehman oğlunun katibliyi, İddiaçı, Cavabdeh,nümayəndəsi və vəkili Vəkil1, Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X3, X5, X4, X10 və X6 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı miras əmlakda payların vərəsələr arasında bərabər bölünməsinə dair iddia tələbinə,Cavabdeh İddiaçı qarşı vəsiyyət üzrə miras əmlak üzərində tam həcmdə payın müəyyən edilməsi qarşılıqlı iddia tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X2na məxsus Göyçay şəhəri, Əli Kərim küçəsi, dalan 2, ev 15 ünvanda yerləşən ümumi sahəsi 63,5 kv.metr, yaşayış sahəsi 44 kv.metr olan evin və torpaq sahəsinin qanunvericiliyə uyğun olaraq vərəsələr arasında bərabər bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi verərək ilkin iddianın təmin edilməməsi, X7 miras qalmış və ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi üzərində vəsiyyət üzrə onun tam həcmdə payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Göyçay şəhəri, Əli Kərim küçəsi, dalan 2, ev 15 ünvanda yerləşən və Göyçay rayon Mənzil istismar Sahəsinin balansında olan 4 otaq, hamam və bir seyvandan ibarət olan ev mərhum X1nun adına olub. Atası dünyasını dəyişdikdən sonra həmin ev mərhum X2nın adına keçmişdir. Atası ilə anasının birgə nikahından 6 bacı, 4 qardaş olmaqla 10 uşaq dünyaya gəlmişdir. Hazırda bacılarının altısı da ailəlidir və öz ailələri ilə birlikdə ayrı ünvanlarda yaşayırlar. Qardaşlarından biri rəhmətə gedib, digər qardaşı İsmayılov Mehmana ayrı ev aldığından başqa yerdə yaşayır. Cavabdeh-Cavabdeh adlı qardaşı hazırda mərhum anasının adına olan Göyçay şəhəri, Əli Kərim küçəsi, dalan 2, ev 15 ünvanda yerləşən evdə yaşayır. X1 21 sentyabr 1986-cı ildə, X2 12 dekabr 2021-ci il tarixdə vəfat etmişlər. Hazırda mərhum anasının adına olan Göyçay şəhəri, Əli Kərim küçəsi, dalan 2, ev 15 ünvanda yerləşən miras əmlak vərəsələr tərəfindən qəbul edilməmişdir. Kiçik qardaşı Cavabdeh ailə həyatı qurduqdan sonra evdə darısqallıq olduğundan həyətdə yeni yaşayış evi tikilənə qədər o, ailə üzvləri ilə kirayəşin çıxmaq məcburiyyətində qalmışdır. Anasının sağlığında həyətin digər hissəsində yaşayış evi tikildi. X2 dünyasını dəyişdikdən sonra cavabdeh anasından qalmış köhnə evi vərəsələrin heç birinin razılığı olmadan özbaşına sökmüşdür. O, dəfələrlə anasından miras qalmış evə ailəsi ilə köçmək isdədikdə cavabdeh ona icazə verməmiş və bildirmişdir ki, «sənə burda ev düşmür, ev mənimdir və s.» Halbuki, cavabdehin hazırda ailəsi ilə oturduğu həmin evi anası sağlığında o və cavabdehə tikdirmişdir ki, iki qardaş bir həyətdə yaşasın. Lakin qeyd etdiyi kimi, anası dünyasını dəyişdikdən sonra cavabdeh onu anasından miras qalmış evə buraxmır. O, cavabdehin qanunsuz hərəkətlərindən Göyçay Rayon Polis Şöbəsinə və Göyçay RİH başçısının Göyçay şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyə müraciət etdikdə həmin qurumlardan ona tələbimin mülki xarakterli olduğundan aidiyyatı üzrə məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. 12 dekabr 2021-ci il tarixdə vəfat etmiş X2ndan miras qalmış ünvan 3 ünvanda yerləşən yaşayış evinə və torpaq sahəsinə dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə 14 aprel 2023-cü il tarixdə Göyçay rayon notariat ofisinə ərizə ilə müraciət etmiş və ona notariat ofisindən cavab məktubu göndərildi ki, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi barədə ixtilaf olduqda mübahisəyə məhkəmə baxır. Miras şəriki olan Cavabdeh ilə aralarında həmin əmlaka dair mirasın bölüşdürülməsi haqqında ixtilafı həll etmək üçün ona Göyçay Rayon Məhkəməsinə müraciət etmək tövsiyyə olunmuşdur. 28 aprel 2023-cü il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX-i Daşınmaz Əmlakın Dövlət Kadastr və X50 Şəxsin 16 saylı ünvan 4 ünvanda yerləşən həmin evin özəlləşdirmədən sonra qeydiyyata alınarkən mövcud olmuş vəziyyətinin planının (layihəsinin) və hal- hazırda həmin plandakı evin sökülüb-sökülməməsi, sökülübsə tam və ya qismən sökülüb- sökülməməsi, qismən sökülübsə nə qədərinin sökülməsi barədə məlumatın ona göndərilməsi barədə 11/2023 saylı vəkil sorğusuna 16 saylı Ucar Ərazi İdarəsinin rəisi cənab Qərib Həsənov “X15 məxsus Göyçay şəhəri, Əli Kərim küçəsi, dalan 2, ev 15 ünvanda yerləşən ümumi sahəsi 63,5 kv.metr, yaşayış sahəsi 44 kv.metr olan mənzilə **********75-05101-093001 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış və texniki pasportun verilməsi, 16 saylı Ucar Ərazi İdarəsində X30ma məxsus Göyçay şəhəri, Əli Kərim küçəsi, dalan 2, ev 15 ünvanda yerləşən ümumi sahəsi 63,5 kv.metr, yaşayış sahəsi 44 kv.metr olan mənzilə **********75-05101-093001 reyestr nömrəli mənzilin sökülməsi, məhv edilməsi barədə hər hansı məlumatın mövcud olmaması barədə” 23 may 2023-cü il tarixli, 27/1384 saylı məktubla cavab verilmişdir Cavabdehdən başqa digər vərəsə olan bacı-qardaşları anasından qalan miras əmlakdan özlərinə düşən paydan imtina etməklə miras əmlakın cavabdehlə onun arasında bərabər bölünməsini istəsələr də cavabdeh buna razı olmamışdır. Cavabdeh qarşılıqlı iddia tələbini belə əsaslandırmışdır ki, mərhum X26 xx.xx.2021 -ci il tarixdə vəfat etmiş və ondan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi miras qalmışdır. Miras açıldığı vaxtdan qanunla müəyyən edilmiş qaydada və müddətdə İ növbəli vərəsələrdən o istisna olmaqla heç biri mirası istər notariat kontoruna ərizə verməklə, istərsə də mirası faktiki idarə etmək yolu ilə qəbul etməmişlər. İlkin iddia üzrə iddiaçı Cavabdeh miras açıldığı vaxtdan 1 il 4 ay keçdikdən sonra notariat kontoruna ərizə ilə müraciət edərək, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir.Hazırda iddia ərizəsinə əlavə etdiyi vəsiyyətnamənin təsdiq edilmiş surətindən görünür ki, mərhum anası Fəzilə İsmayılova mülkiyyətində olan və ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evini xx.xx.2014-cü il tarixdə ona vəsiyyət etmişdir. Həmin vəsiyyətnamə də hazırda qüvvədədir. Lakin buna baxmayaraq Cavabdeh məhkəməyə miras əmlakın qanun üzrə vərəsələr arasında bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qeyd etməyi zəruri hesab edir ki, miras açıldığı vaxtdan mirası əmlakı qanunla müəyyən edilmiş qaydada və müddətdə faktiki olaraq qəbul edib, idarə etməyə başlamışdır. Həmin miras əmlaka dair kommunal ödənişləri, vergiləri və.s ödənişləri o, ödəyir. Miras əmlaka ağalıq edərək, faktiki olaraq mülkiyyəti kimi idarə edir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdi, qarşılıqlı iddianı etiraf etmədi, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək iddianın təmin edilməsi və qarşılıqlı iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etmədi, qarşılıqlı iddianı müdafiə etdi, izahat verərək bildirdi ki, iddiaçı Cavabdeh miras açıldığı vaxtdan 1 il 4 ay keçdikdən sonra notariat kontoruna ərizə ilə müraciət edərək, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir.Hazırda iddia ərizəsinə əlavə etdiyi vəsiyyətnamənin təsdiq edilmiş surətindən görünür ki, mərhum anası Fəzilə İsmayılova mülkiyyətində olan və ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evini xx.xx.2014-cü il tarixdə ona vəsiyyət etmişdir. Həmin vəsiyyətnamə də hazırda qüvvədədir. Lakin buna baxmayaraq Cavabdeh məhkəməyə miras əmlakın qanun üzrə vərəsələr arasında bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Miras açıldığı vaxtdan mirası əmlakı qanunla müəyyən edilmiş qaydada və müddətdə faktiki olaraq qəbul edib, idarə etməyə başlamışdır. Həmin miras əmlaka dair kommunal ödənişləri, vergiləri və.s ödənişləri o, ödəyir. İddianın təmin edilməməsini,qarşılıqlı iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Vəkil1 iddianı etiraf etmədi, qarşılıqlı iddianı müdafiə etdi və Cavabdeh izahatına oxşar izahat verib iddianın təmin edilməməsini,qarşılıqlı iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X16 izahat verərək bildirdi ki, miras əmlakdan pay istəmir. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X21 izahat verərək bildirdi ki, miras əmlakdan pay istəmir. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X17 izahat verərək bildirdi ki, məcburi payın verilməsi ilə əlaqədar ərizə verməmişdir. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X27 izahat verərək bildirdi ki, miras əmlakdan pay istəmir. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs İsmayılova (Muxdərova) İradə Yediyar qızı izahat verərək bildirdi ki, mərhum X2ndan miras qalmış Göyçay şəhəri Əli Kərim küçəsi dalan 2, 15 saylı evi varıdr. O, anasından qalmış bütün miras əmlakından ona çatası payı qəbul etməmiş, etmir. Mirasın bir hissəsindən imtinanın bütövlükdə mirasdan imtina ilə eyni olması və imtina ərizəsinin geri götürülməsinin mümkün olmamasını bilir. Müvafiq qaydada məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X18, X22, Göyçay rayon Notariat Ofisinin və Göyçay rayon İcra Hakimiyyəti yanında “Şəhər Təsərrüfat Birliyi” –nin nümayəndəsi məhkəməyə gəlməmişlər, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Tərəflərin izahatlarını dinləyib,təqdim edilmiş sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia və qarşılıqlı iddia qismən təmin edilməlidir. Mülki işdə olan sənədlər: İşə əlavə edilmiş Ucar rayon Qeydiyyat Şöbəsinin 02 mart 2023-cü il tarixli çıxarışından görünür ki, X25 ilə X36 arasında nikah 15 fevral 1964-cü il tarixdə Ucar rayon Qulubənd kəndində bağlanmışdır. İşə əlavə edilmiş Göyçay rayon Qeydiyyat Şöbəsinin arayışlarından,doğum haqqında şəhadətnamələrin surətindən,Göyçay rayon İcra Hakimiyyəti Başçısının Göyçay şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, X17- 01 iyun 1962-ci ildə,X22 1964-cü ildə, X28 18 fevral 1966-cı ildə, X13 – 05 iyun 1967-ci ildə,X23 1968-ci ildə,İddiaçı 1970-ci ildə, X24 - 10 noyabr 1971-ci ildə, X16 - 19 iyun 1973-cü ildə, , X21- 11 iyul 1975-ci ildə,Cavabdeh 1978-ci ildə anadan olmuş, X1, X2dır. İşə əlavə edilmiş Göyçay rayon Qeydiyyat Şöbəsinin 02 mart 2023-cü il tarixli arayışlarından görünür ki, X31 xx.xx.1986-cı il tarixdə, X26 xx.xx.2021-ci il tarixdə ölmüşdür. İşə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2008-ci il tarixli ******* saylı çıxarışdan görünür ki, Göyçay şəhəri, Ə.Kərim küçəsi 2-ci dalanda istifadədə olan 0,1072 ha torpaq sahəsində yerləşən 15 nömrəli, 1 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində 63,5 kv.m ümumi, 44 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 1 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə X12 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2008-ci ildə 2 nömrəli reyestr kitabının 132 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşə əlavə edilmiş xx.xx.2014-cü il tarixli vəsiyyətnamənin surətindən görünür ki, Göyçay şəhəri, Ə.Kərim küçəsi dalan 2, ev 15-də yaşayan İsmayılovaFəzilə Kərim qızı ölən günədək ona məxsus olan Göyçay şəhəri, Ə.Kərim küçəsi dalan 2, 15 saylı evini Cavabdeh vəsiyyət etmişdir. İşə əlavə edilmiş Göyçay rayon Notariat Ofisinin 14 avqust 2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.2014-cü il tarixli 2V-350 reyestr nömrəli vəsiyyətnamə halhazırda qüvvədədir. İşə əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsinin 23 may 2023-cü il tarixli məktubundan görünür ki, X15 məxsus ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 63,5 kv.metr, yaşayış sahəsi 44 kv.metr olan mənzilə **********75-05101-093001 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və texniki pasport verilmiş, 16 saylı Ucar Ərazi İdarəsində X15 məxsus ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 63,5 kv.metr, yaşayış sahəsi 44 kv.metr olan **********75-05101- 093001 reyestr nömrəli mənzilin sökülməsi, məhv edilməsi barədə hər hansı məlumat mövcud deyil. İşə əlavə edilmiş Göyçay rayon Notariat Ofisinin 14 aprel 2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı Cavabdeh ilə aralarında əmlaka dair mirasın bölüşdürülməsi haqqında ixtilafı həll etmək üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İşə əlavə edilmiş X8 xx.xx.2023-cü il tarixli notariat qaydasında təsdiq edilmiş ərizəsindən görünür ki, X22 xx.xx.2021-ci il tarixdə vəfat etmiş X2ndan qalmış bütün miras əmlakından ona çatası payı qəbul etməmiş, etmir. Mirasın bir hissəsindən imtinanın bütövlükdə mirasdan imtina ilə eyni olması və imtina ərizəsinin geri götürülməsinin mümkün olmamasını bilir. İşə əlavə edilmiş İsmayılova (Muxdərova) İradə Yediyar qızının xx.xx.2023-cü il tarixli notariat qaydasında təsdiq edilmiş ərizəsindən görünür ki, İsmayılova (Muxdərova) İradə Yediyar qızı xx.xx.2021-ci il tarixdə vəfat etmiş X2ndan qalmış bütün miras əmlakından ona çatası payı qəbul etməmiş, etmir. Mirasın bir hissəsindən imtinanın bütövlükdə mirasdan imtina ilə eyni olması və imtina ərizəsinin geri götürülməsinin mümkün olmamasını bilir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından,həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Həmin Məcəllənin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Həmin Məcəllənin 1194-cü maddəsinə əsasən məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. Həmin Məcəllənin 1196-cı maddəsinə əsasən vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı,miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır.Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. Həmin Məcəllənin 1202.1-ci maddəsinə əsasən məcburi pay almaq hüququ olan vərəsə onu qəbul etməkdən imtina edə bilər,lakin bu imtina digər vərəsələrin məcburi payının artmasına səbəb olmur.Onun payı vəsiyyət üzrə vərəsələrə keçir. Həmin Məcəllənin 1202.2-ci maddəsinə əsasən məcburi payın qəbul edilməsi və ya ondan imtina olunması mirasın qəbul edilməsi və ya ondan imtina olunması üçün müəyyənləşdirilmiş vaxt ərzində həyata keçirilməlidir. Həmin Məcəllənin 1243.2-ci və 1243.3-cü maddələrinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki,mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq,o,mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1262-ci maddəsinə əsasən əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. «Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair»Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 oktyabr 2020-ci il tarixli qərarına görə mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. “C. Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Mülki qanunvericiliyinin tələbinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.(Mülki Məcəllənin 1151.1-ci maddəsi).Miras qoyan X20 ümumi sahəsi 63,5 kv.metr, yaşayış sahəsi 44 kv.metr olan,4 otaqlı Göyçay şəhəri, Ə.Kərim küçəsi dalan 2, 15 saylı evin 1 nömrəli mənzili məxsusdur,mirasa istifadədə olan 0,1072 ha torpaq sahəsi daxil deyildir. Miras qoyan X29 özünə məxsus olan əmlakını oğlu Cavabdeh vəsiyyət etməsi barədə notariat qaydada təsdiq edilmiş 09 dekabr 2014-ci il tarixli vəsiyyətnamə qoymuş, vəsiyyətnamə qüvvədə olmuş, ona görə də miras qoyanın əmlakının vəsiyyət üzrə başqa şəxsə keçməsinin qanuni əsasları yoxlanılmışdır. Vəsiyyətnamə olmasaydı miras xx.xx.2021-ci ildə açıldıqdan sonra miras qoyanın qanun üzrə vərəsəlik zamanı 10 vərəsəsi olacaq idi.X22 və qızı İsmayılova (Muxdərova) İradə Yediyar qızı miras əmlakı qəbul etməmələri barədə notariat qaydasında təsdiq edilmiş ərizə verdiklərindən,mirası qəbul etməkdən imtina etmişlər.Digər vərəsələr X16, X21, X17, X27, X13 və miras açılanadək ölmüş X14 vərəsələri miras əmlakda məcburi payı tələb etməmişlər. Cavabdeh miras əmlaka miras açıldıqdan sonra sahiblik etməyə faktiki başladığından mirası qəbul etmiş sayılmalıdır.Eyni qaydada Cavabdeh miras açıldıqdan sonra Göyçay şəhəri,Ə.Kərimov küçəsi dalan 2, 15 saylı evin 1 nömrəli mənzilində yaşayaraq, mirası qəbul etdiyini şəksiz nümayiş etdirmişdir.Vəsiyyətnamə ilə miras əmlakın tam olaraq Cavabdeh vəsiyyət edilməsinə baxmayaraq İddiaçı mirasda məcburi payı mövcud olmuşdur. Belə ki,məlum olduğu kimi,Mülki Məcəllənin 1193-cü maddəsinə görə ,vəsiyyət edənin uşaqlarının,valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmumnundan asılı olmayaraq mirasda məcburi payı vardır.Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir.Göründüyü kimi mülki qanunu miras qoyanın öz əmlakını istədiyi şəxsə vəsiyyət etmək hüququnu sadalanan şəxslərin almalı olduqları və qanunla müəyyən edilmiş həddə məhdudlaşdırır.Beləliklə ,miras qoyan arzu etsə də ölümündən sonra qanunun müəyyənləşdirdyi yaxınlarına çatmalı olan miras dəyərlərini başqa şəxslərə verə və ya qanunun nəzərdə tutduğundan fərqli nisbətdə paylaşdıra bilməz. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu da «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair»xx.xx.2021-ci il tarixli qərarında məcburi pay institutunun mahiyyəti ilə bağlı vurğulamışdır ki,»Vətəndaş cəmiyyətinin özəyini təşkil edən ailə üzvlərinin mənafeyini digər şəxslərin mənafeyindən üstun olması ailə-təminat prinsipindən irəli gəlir.Bu prinsipə əsasən,mülkiyyətçiyə yaşadığı dövrdə məxsus olan əmlakın (əmlakın müəyyən hissəsinin) iqtisadi təminatı vəfatından sonra əsasən onun yaxın ailə üzvlərinə məxsus olmalıdır.Mülkiyyətçi yaşadığı dövrdə ona məxsus olan əmlak üzərində sərəncam vermək hüququna malik olmaqla yanaşı,öz övladları,habelə digər yaxın ailə üzvləri qarşısında müəyyən qədər cavabdehlik daşıyır. Mülkiyyətçinin bu cavabdehliyi onun ölümündən sonra vərəsəlik hüququnda öz təsbitini tapmış mirasda məcburi pay institutu ilə təmin edilmiş olur.Bu zaman yaxın qohumluqla (uşaq,ər,arvad,valideynlər) miras qoyana bağlı olan şəxslərə miras qoyanın iradəsindən asılı olmayaraq mirasda məcburi pay ayrılır.Beləliklə,qanunverici mirasda məcburi pay institutunu təsbit etməklə,ailə münasibətlərini bir ailə üzvünün düşünülməmiş,digər ailə üzvlərinin mənafelərini nəzərə almadan ,bununla da etibarlı və sağlam ailə münasibətlərinə və təminatına zərər verə bilən qərarından qorumaq məqsədi daşıyır». İddiaçı mirasda məcburi payının müəyyənləşdirilməsinə gəldikdə, məhkəmə hesab edir ki,vəsiyyətnamə olmasaydı miras almağa çağırıla biləcək qanun üzrə 10 vərəsənin hamısı nəzərə alınmaqla,bu pay qanun üzrə vərəsəlik zamanı cavabdehə çatası 1/10 payın yarısı,yəni 1/20 məcburi pay təşkil etməlidir.O ki qaldı X8 və İsmayılova (Muxdərova) İradə Yediyar qızının mirasdan imtina etmələri ilə bağlı ərizələrinə,habelə X16, X21, X17, X27, X13 və X9 vərəsələrinin miras əmlakda məcburi payı tələb etməmələrinə məhkəmə qeyd edir ki,bu imtina digər vərəsənin və ya vərəsələrin məcburi payının artmasına səbəb olmadığından,onların payı vəsiyyət üzrə vərəsə Cavabdeh keçməlidir. Beləliklə məhkəmə qeyd olunanları nəzərə alıb hesab edir ki, Göyçay şəhəri Ə.Kərim küçəsi dalan 2, 15 saylı evin 1 nömrəli mənzili üzərində İddiaçı 1/20 məcburi payı müəyyən edilməli, vəsiyyət üzrə vərəsəlik zamanı Cavabdeh 19/20 payı müəyyən olunmalı,evin yerləşdiyi torpaq sahəsi miras əmlaka daxil edilmədiyindən torpaq sahəsinin bölünməsi hissədə iddia təmin olunmamalı, bununla da iddia və qarşılıqlı iddia qismən təmin olunmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq, Göyçay Rayon Məhkəməsi qət etdi: İddia qismən təmin edilsin. İddiaçı Göyçay şəhəri Ə.Kərim küçəsi dalan 2, 15 saylı evin 1 nömrəli mənzili üzərində 1/20 məcburi payı müəyyən edilsin. Qalan hissədə iddia təmin edilməsin. Qarşılıqlı iddia ərizəsi qismən təmin edilsin. Cavabdeh vəsiyyət üzrə Göyçay şəhəri Ə.Kərim küçəsi dalan 2, 15 saylı evin 1 nömrəli mənzili üzərində 19/20 payı müəyyən edilsin. Qalan hissədə qarşılıqlı iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov
Məhkəmə qərarları › İş №2(046)-1462/2023
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1462/2023
04.09.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver