Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1469/2022 05.12.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı və nümayəndəsi (anası) Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı qızıl-zinət əşyaları tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2 ədəd 230 manat dəyəri olan, 1.55 qr, 710 prob, italiyan (qaşlı)" üzüyün, 1 ədəd 1100 manat dəyəri olan 3.6 qr, 585 əyar, Do 45, ct-somrd (brliyant qaşlı) nişan üzüyün və 1 ədəd 2600 manat dəyəri olan “komplekt briliyant (sırqa,üzük,qolbağı,boyunbağı) dəstinin”, mövcud olmadığı halda qızıl-ziynət əşyalarının dəyərinin Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh ilə 08.01,2021-ci il tarixdə nikah bağlayaraq ailə qurmuşlar. Toy və nişan şənliklərində ona 2 ədəd 230 manat dəyəri olan, 1.55 qr, 710 prob, italiyan (qaşlı)” üzük, 1 ədəd 1100 manat dəyəri olan 3.6 qr, 585 əyar, Do 45, ct-somrd (brliyant qaşlı) nişan üzüyü və 1 ədəd 2600 manat dəyəri olan “konplekt briliyant (sırqa,üzük,qolbağı,boyunbağı) dəstini” hədiyyə edilmiş, həmin qızılzinət əşyaları ilə birlikdə cavabdehin yaşadığı Göyçay rayonu Ulaşlı-Şıxlı kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. Cavabdehlə ilk aylar münasibətləri normal olmuş, sonradan aralarında münaqişlər yaranmağa başlamış ki, bu da ailə münasibətlərinin soymasına səbəb olmuşdur. Bu barədə dəfələrlə valideyinləri ilə danışıqlar aparmış, sonuncu dəfə atası ilə əlaqə saxlayaraq artıq cavabdehlə birgə yaşamağın mümkün olmadığını bildirmişdir. Həmin gün atası cavabdehlə əlaqə saxlayaraq onlara gəlməyini xahiş etmişdir. Cavabdeh saat 16:00 radələrində onu valideyinlərinin yaşadığı evə aparsa da atası ilə görüşməkdən imtina edərək bu barədə onunla heç bir danışıq aparmamışdır. Cavabdehlə nikahın pozulması üçün Göyçay Rayon Məhkəməsinə müraciət etmiş və Göyçay rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(046)-578/2022 saylı qətnaməsi ilə nikahları pozulmuşdur. Bundan sonra cavabdehlə danışıqlar apararaq ona aid olan cehiz əşyalarımı və qeyd olunan qızıl-ziynət əşyalarımı qaytarmasını tələb etmiş, bir neçə müddətdən sonra cehiz əşyalarını onun yaşadığı ünvandan götürsə də cavabdehin ona toy vaxtı hədiyyə etdiyi 2 ədəd 230 manat dəyəri olan, 1.55 qr, 710 əyar, italiyan (qaşlı)” üzük, 1 ədəd 1100 manat dəyəri olan 3.6 qr, 585 prob, Do 45, ct-somrd (brliyant qaşlı) nişan üzük və 1 ədəd 2600 manat dəyəri olan ‘‘komplekt briliyant dəstini” "(sırqa,üzük,qolbağı,boyunbağı) qaytarmaqdan qəti olaraq imtina etmiş və məhkəmə qərarı əsasında onları verəcəyini bildirmişdir. Ona görə də, cavabdehlə aralarında razılığa gələ bilmədiklərindən qızıl-ziynət əşyalarımı geri almaq üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək göstərmişdir ki, 2022-ci ilin oktyabr ayında özünə məxsus cehiz əmlakları cavabdehin yaşadığı ünvandan götürmüş, amma cavabdeh və valideyinləri ona hədiyyə edilmiş qızıl-zinət əşyalarını ona qaytarmaqdan imtina etmişlər. Digər cehiz əmlaklarını cavabdehə məxsus evdən götürdüyü vaxt cavabdeh ona hədiyyə edilmiş nişan üzüyünü və ad günündə hədiyyə edilmiş bir ədəd üzüyü qaytarmışdır. Özünə məxsus qızıl-zinət əşyalarını isə cavabdeh qaytarmamışdır. Hal-hazırda iddia ərizəsində qeyd etdiyi qızıl-zinət əşyaları cavabdehin qanunsuz sahibliyində qalmışdır. Buna görə də iddianın təmin edilməsini xahiş edir. İş üzrə iddiaçının nümayəndəsi (anası) Nümayəndə iddia tələbini müdafiə edərək, iddiaçının göstərdiyi xüsusatlar üzrə tələbin təmin edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, iddiaçıya nişan və toy mərasimlərində hədiyyə edilmiş qızıl-ziynət əşyalarını 2022-ci ilin oktyabr ayında yaşadıqları evdən aparmışdır. Eləcə də ona nişan və ad günündə hədiyyə edilmiş iki ədəd üzüyü də iddiaçıya qaytarmışdır. İddiaçıya hədiyyə edilmiş, nişan üzüyünün dəyəri 500 manata, qızıl dəstinin isə dəyəri 2600 manat olmuşdur. Buna görə də iddianın rədd edilməsini xahiş edir. İş üzrə tərəfləri dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki işdə olan sənədlər: Məhkəməyə təqdim edilmiş foto şəkillərdən görünür ki, İddiaçı iddia ərizəsində qeyd etdiyi qızıl-ziynət əşyaları təqdim edilmiş görüntülərdə öz əksini tapmışdır. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34-cü maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəkilində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 3-cü bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusiyanın 71-ci maddəsinin 2-ci bəndinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq "affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. "Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə "əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə baxışı zamanı cavabdehin etirafedici izahatı ilə müəyyən edilmişdir ki, mübahisə predmenti olan qızıl-ziynət əşyaları iddiaçıya toy və nişan mərasimlərində hədiyyə edilmişdir. Cavabdeh iddiaçıya məxsus komplekt dəstin 2600 manat dəyərində, nişan üzüyünün isə dəyərinin 1100 manat deyil, 500 manat dəyərində olduğunu etiraf etmişdir. Digər qızıl-zinət əşyalarının dəyərini, əyarını və çəkisini mübahisələndirməmişdir. Tərəflər arasında bağlanmış nikah pozulduqdan sonra 2022-ci ilin oktyabr ayında iddiaçı özünə məxsus cehiz əmlakları cavabdehin yaşadığı fərdi yaşayış evindən götürdüyü zaman, cavabdeh iddiaçı tərəfindən ona toy zamanı hədiyyə edilmiş 2 ədəd üzüyü qaytarmış, lakin iddiaçıya toy zamanı hədiyyə edilmiş iddia ərizəsində qeyd edilmiş qızılzinət əşyalarını iddiaçıya qaytarmamışdır. Məhkəmənin belə qənaətə gəlməsinə səbəb cavabdehin məhkəmə baxışı zamanı iddiaçı və ailə üzvləri tərəfindən nişan və ad günündə ona hədiyyə edilmiş iki ədəd qızıl üzüyü iddiaçının özünə məxsus cehiz əmlakları götürərkən, iddiaçıya qaytardığı barədə göstərdiyi xüsusat olmuşdur. Həmin vaxt cavabdeh iddiaçı tərəfindən ona hədiyyə edilmiş 2 ədəd qızıl üzüyü cavabdehə qaytarmaqla, iddiaçıya hədiyyə edilmiş qızıl-zinət əşyalarının özünə məxsus olduğunu nümayiş etdirmişdir. İddiaçı qeyd edilən qızıl-zinət əşyalarını cavabdehin yaşadığı evdən götürmüş olsaydı, cavabdehə hədiyyə edilmiş digər 2 qızıl üzüyü də götürmüş olardı. İşin halları ilə müəyyən olunur ki, İddiaçı məxsus qızıl-zinət əşyaları Cavabdeh qanunsuz sahibliyindədir. Məhkəmə baxışı zamanı iddiaçının qeyd edilən qızıl-ziynət əşyalarının çeşidi, sayı və əyarı barədə göstərdiyi xüsusatlar, nişan üzüyünün dəyəri istisna olmaqla (500 manat) cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iddiaçı tərəfindən ödənilmiş 60 manat dövlət rüsumunun 53.30 manatı Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı iddiası qismən təmin edilməli, İddiaçı məxsus dəyəri 230 manat olan, 1.55 qr, 710 əyar, italiyan (qaşlı)” 2 ədəd üzük, dəyəri 500 manat olan 3.6 qr, 585 prob, Do 45, ct-somrd (brliyant qaşlı) nişan üzük və dəyəri 2600 manat olan ‘‘komplekt briliyant dəstini” "(sırqa,üzük,qolbağı,boyunbağı), həmin əşyalar mövcud olmadığı halda onların ümumi dəyəri olan 3330 manat Cavabdeh alınaraq İddiaçı verilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Dəyəri 230 manat olan, 1.55 qr, 710 əyar, italiyan (qaşlı)” 2 ədəd üzük, dəyəri 500 manat olan 3.6 qr, 585 prob, Do 45, ct-somrd (brliyant qaşlı) nişan üzük və dəyəri 2600 manat olan ‘‘komplekt briliyant dəstini” "(sırqa,üzük,qolbağı,boyunbağı), həmin əşyalar mövcud olmadığı halda onların ümumi dəyəri olan 3330 manat Cavabdeh alınaraq İddiaçı verilsin. 53.30 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-1469/2022
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1469/2022
05.12.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver