Məhkəmə qərarları › İş №2(046)-147/2023

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-147/2023

16.02.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-147/2023 16.02.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və X1 qarşı əmlakın çıxarılması tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Göyçay şəhəri Xəqani küçəsi 3 saylı evdən cavabdehlər Cavabdeh2 və X1 məxsus cehiz əşyalarının çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddianın həcminin azaldılması barədə ərizə ilə müraciət edərək Cavabdeh2 məxsus cehiz əmlakarın ona məxsus evdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddianı müdafiə edərək göstərmişdir ki, X2 Cavabdeh2 ilə xx.xx.2018-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə həyatı qurmuş, ailə qurduqdan sonra onun xüsusi mülkiyyətində yaşamışlar. Birgə nikahlarından xx.xx.2018-ci il tarixdə Məlahət adlı uşaqları anadan olmuş, bir müddətdən sonra X2 ilə Cavabdeh2 arasında xoşagəlməz münasibətlər yaranmış və buna görə də, Qazax rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(023)- 165/2020 nömrəli qətnaməsi ilə aralarında olan nikah pozulmuş, Cavabdeh2 ona məxsus olan yaşayış evini tərk edərək, daimi yaşamaq üçün valideynlərinə məxsus Qazax rayonunun Birinci Şıxlı kəndində yerləşən evə köçmüş, cavabdeh X2 isə Bakı şəhərinə köçərək orada yaşamışdır. Hal-hazırda cavabdehin əşyaları mülkiyyətində olan evdə qalmışdır və həmin əşyaların evində yerləşməsi evdən istifadə etməyinə maneçilik yaradır ki, bu da mülkiyyət hüquqlarını pozur. Buna görə də cavabdehə məxsus 3 ədəd balaca sumkalar (klaç), 6 ədəd çay dəsmalı (qutuda), 1 ədəd döşəkağının (prostina) ağ, göy və güllü, (1 salafan müxtəlif geyim paltarların) 2 ədəd qış papağın, 3 ədəd nazik yaylığın (şal, şərf) 1 ədəd qış üçün əlcəyin, 2 ədəd qırmızı şərfin (yaylıq), 1 ədəd çəxrayı şərfin (şal), 1 ədəd yazı stolu üçün balaca örtük, 2 ədəd ayrı-ayrı rənglərdə üstü mirvarili əl-üz dəsmal, 1 ədəd ağ qətvə, 6 ədəd sadə əl-üz dəsmal, 1 ədəd (Milano) karopkada güllü çexol, 1 ədəd balınc üzü, 1 ədəd çəxrayı döşəkağı (prostina), 1 ədəd ağ, boz döşəkağı (prostina), 2 ədəd çexol (örtük), 1 ədəd hamam xalatı, 1 ədəd ağ yazı masa örtüyü ətəyi kespur, 1 ədəd ev çəkməsi, (ayaqabılar), 1 ədəd parçadan hamam şəpiyi (ev ayaqabısı), 2 ədəd çay dəsmalı, 1 ədəd stol üçün süd rəngdə ətəyi kupur örtük, 1 ədəd pərdədən tikilmiş taxt örtük, 1 ədəd (dəst) çəhrayı rəng taxt örtüyü, 1 ədəd göy döşəkağı (prostina), 1 ədəd stolüstü örtük, ağ rəng (küpür), 6 ədəd stəkan, 6 ədəd armudu stəkan, 1 ədəd bagema su qabı, 5 ədəd ayaqlı su stəkanı, 2 ədəd (dəst) fincan nəlbəki, 2 ədəd düz stəkan, 6 ədəd ayaqlı qədəh, (içki üçün), 2 ədəd ayaqlı konfet qabı (şüşə), 6 ədəd mürəbə nəlbəkisi (razetka), 2 ədəd ləpə qabı (şüşə), 1 ədəd konfet qabı, 1 ədəd su üçün krafin (su içmək üçün qab), 6 ədəd su stəkanı (şüşə), 1 ədəd böyük meyvə qabı, 2 ədəd meyvə qabı, (yarı xurustal), bir ədəd çay və yemək servis dəsti, 1 ədəd supnik xörək üçün qabı, 3 ədəd hərəsi bir ölçüdə bulud (plov üçün), 1 ədəd supnikin çömçəsini, 1 ədəd aş qarası tökmək üçün dərin boşqab, 6 ədəd aş qabı, 6 ədəd dayaz boşqab, 1 ədəd duz qabı, 1 ədəd istiot qabı, 1 ədəd salfetka qabı, 6 ədəd kasa, 1 ədəd kasa qaşıq, 1 ədəd yağ tökmək üçün uzun qulplu qab, 1 ədəd çay servis dəsti, 1 ədəd çaynik, 6 ədəd fincan, 6 ədəd nəlbəki, 6 ədəd kofe fincanı, nəlbəkili, 6 ədəd dayaz boşqab, 1 ədəd qənd qabı, 1 ədəd pesok qabı, 1 ədəd zərli meyvə qabı, 2 ədəd qənd qabı (ayaqlı, qapaqlı), 3 ədəd məcməyinin (podnis) (ayrı-ayrı ölçüdə), 1 ədəd 2 qulplu dərin tefal tava, qapaqlı, 1 ədəd qulplu qırmızı tefal tava, 1 ədəd çömçə dəsti, 5 ədəd iç-içə kapron qapaqlı ayrı-ayrı ölçüdə qulpsuz qazançalar, 1 ədəd qaşıq və çəngəl dəsti, 2 ədəd şüşə bulud, 1 ədəd kapron göy qapaqlı qab, 6 ədəd ayaqlı balaca qapaqsız mürəbə qabı, 1 ədəd sok çəkən maşı, 1 ədəd soğan çəkən blender, 1 ədəd ət çəkən maşın, 3 ədəd taxta qabın içində ədava qabı, 1 ədəd bıçaq dəsti (sumkada, çəngələr, bıçaqlar və sair), 5 ədəb ayrı-ayrı ölçüdə (böyük, orta, kiçik) qazanlar (qırmızı naxışla bəzəkli), 5 ədəd saray qazan dəsti, 1 ədəd ütü, 1 ədəd bənövşəyi rəngdə sürtgəc, 1 ədəd göy rəngdə tozsoran, 1 ədəd balaca qırmızı vanna, 1 ədəd yaşıl üstü qırmızı, güllü, çuğun qəfədanın çayniklə birlikdə, 1 ədəd göy çaşqa, 6 ədəd qara nəlbəki, 1 ədəd biskivit qabı, 1 ədəd çuğun kuruşka (qulplu), 3 ədəd çuğun göy qazan, 1 ədəd qəfədan çaydan dəsti, 1 ədəd balaca qulplu kalçuk kuruşqa, 1 ədəd çayniki ilə dəst gümüşü rəngdə tok samsvarı, 1 ədəd stol-üstü lompalı, 1 ədəd balaca səbətdə stol-üstü kalçuq gül dəsti, 1 ədəd şüşə güldan (üç gözlü), 1 ədəd səkkiz gözlü gümüşü rəngdə çıl-çıraq, 2 ədəd tül pərdə (ayrı-ayrı rəngdə), 1 ədəd payız örtüyü (taxt üçün tək), 22 ədəd (naxışlı, güllü, dərin) salat boşqabının Göyçay şəhəri Xəqani küçəsi 03 saylı fərdi yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 nümayəndəsi (anası) Nümayəndə iddianı qəbul edərək göstərmişdir ki, cavabdehə məxsus cehiz əmlakların iddiaçıya məxsus evdə çıxarılmasına etiraz etmir. İş üzrə iddiaçını dinləyən, toplanmış sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, Göyçay şəhəri Xəqani küçəsi 03 saylı fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyəti kimi 28.07.202-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 3-cü bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusiyanın 71-ci maddəsinin 2-ci bəndinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə,qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsainin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sadalananlara əsasən məhkəmə hesab edir ki, İddiaçı məxsus Göyçay şəhəri Xəqani küçəsi 03 saylı saylı fərdi yaşayış evi üzərində mülkiyyətdən istifadə hüquqları Cavabdeh2 tərəfindən pozulmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı məxsus Göyçay şəhəri Xəqani küçəsi 03 saylı fərdi yaşayış evindən Cavabdeh2 məxsus cehiz əmlaklar çıxarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. İddiaçı məxsus Göyçay şəhəri Xəqani küçəsi 03 saylı fərdi yaşayış evindən Cavabdeh2 məxsus 3 ədəd balaca sumkalar (klaç), 6 ədəd çay dəsmalı (qutuda), 1 ədəd döşəkağının (prostina) ağ, göy və güllü, (1 salafan müxtəlif geyim paltarların) 2 ədəd qış papağın, 3 ədəd nazik yaylığın (şal, şərf) 1 ədəd qış üçün əlcəyin, 2 ədəd qırmızı şərfin (yaylıq), 1 ədəd çəxrayı şərfin (şal), 1 ədəd yazı stolu üçün balaca örtük, 2 ədəd ayrı-ayrı rənglərdə üstü mirvarili əl-üz dəsmal, 1 ədəd ağ qətvə, 6 ədəd sadə əl-üz dəsmal, 1 ədəd (Milano) karopkada güllü çexol, 1 ədəd balınc üzü, 1 ədəd çəxrayı döşəkağı (prostina), 1 ədəd ağ, boz döşəkağı (prostina), 2 ədəd çexol (örtük), 1 ədəd hamam xalatı, 1 ədəd ağ yazı masa örtüyü ətəyi kespur, 1 ədəd ev çəkməsi, (ayaqabılar), 1 ədəd parçadan hamam şəpiyi (ev ayaqabısı), 2 ədəd çay dəsmalı, 1 ədəd stol üçün süd rəngdə ətəyi kupur örtük, 1 ədəd pərdədən tikilmiş taxt örtük, 1 ədəd (dəst) çəhrayı rəng taxt örtüyü, 1 ədəd göy döşəkağı (prostina), 1 ədəd stolüstü örtük, ağ rəng (küpür), 6 ədəd stəkan, 6 ədəd armudu stəkan, 1 ədəd bagema su qabı, 5 ədəd ayaqlı su stəkanı, 2 ədəd (dəst) fincan nəlbəki, 2 ədəd düz stəkan, 6 ədəd ayaqlı qədəh, (içki üçün), 2 ədəd ayaqlı konfet qabı (şüşə), 6 ədəd mürəbə nəlbəkisi (razetka), 2 ədəd ləpə qabı (şüşə), 1 ədəd konfet qabı, 1 ədəd su üçün krafin (su içmək üçün qab), 6 ədəd su stəkanı (şüşə), 1 ədəd böyük meyvə qabı, 2 ədəd meyvə qabı, (yarı xurustal), bir ədəd çay və yemək servis dəsti, 1 ədəd supnik xörək üçün qabı, 3 ədəd hərəsi bir ölçüdə bulud (plov üçün), 1 ədəd supnikin çömçəsini, 1 ədəd aş qarası tökmək üçün dərin boşqab, 6 ədəd aş qabı, 6 ədəd dayaz boşqab, 1 ədəd duz qabı, 1 ədəd istiot qabı, 1 ədəd salfetka qabı, 6 ədəd kasa, 1 ədəd kasa qaşıq, 1 ədəd yağ tökmək üçün uzun qulplu qab, 1 ədəd çay servis dəsti, 1 ədəd çaynik, 6 ədəd fincan, 6 ədəd nəlbəki, 6 ədəd kofe fincanı, nəlbəkili, 6 ədəd dayaz boşqab, 1 ədəd qənd qabı, 1 ədəd pesok qabı, 1 ədəd zərli meyvə qabı, 2 ədəd qənd qabı (ayaqlı, qapaqlı), 3 ədəd məcməyinin (podnis) (ayrı-ayrı ölçüdə), 1 ədəd 2 qulplu dərin tefal tava, qapaqlı, 1 ədəd qulplu qırmızı tefal tava, 1 ədəd çömçə dəsti, 5 ədəd iç-içə kapron qapaqlı ayrı-ayrı ölçüdə qulpsuz qazançalar, 1 ədəd qaşıq və çəngəl dəsti, 2 ədəd şüşə bulud, 1 ədəd kapron göy qapaqlı qab, 6 ədəd ayaqlı balaca qapaqsız mürəbə qabı, 1 ədəd sok çəkən maşı, 1 ədəd soğan çəkən blender, 1 ədəd ət çəkən maşın, 3 ədəd taxta qabın içində ədava qabı, 1 ədəd bıçaq dəsti (sumkada, çəngələr, bıçaqlar və sair), 5 ədəb ayrı-ayrı ölçüdə (böyük, orta, kiçik) qazanlar (qırmızı naxışla bəzəkli), 5 ədəd saray qazan dəsti, 1 ədəd ütü, 1 ədəd bənövşəyi rəngdə sürtgəc, 1 ədəd göy rəngdə tozsoran, 1 ədəd balaca qırmızı vanna, 1 ədəd yaşıl üstü qırmızı, güllü, çuğun qəfədanın çayniklə birlikdə, 1 ədəd göy çaşqa, 6 ədəd qara nəlbəki, 1 ədəd biskivit qabı, 1 ədəd çuğun kuruşka (qulplu), 3 ədəd çuğun göy qazan, 1 ədəd qəfədan çaydan dəsti, 1 ədəd balaca qulplu kalçuk kuruşqa, 1 ədəd çayniki ilə dəst gümüşü rəngdə tok samsvarı, 1 ədəd stol-üstü lompalı, 1 ədəd balaca səbətdə stol-üstü kalçuq gül dəsti, 1 ədəd şüşə güldan (üç gözlü), 1 ədəd səkkiz gözlü gümüşü rəngdə çıl-çıraq, 2 ədəd tül pərdə (ayrı-ayrı rəngdə), 1 ədəd payız örtüyü (taxt üçün tək), 22 ədəd (naxışlı, güllü, dərin) salat boşqabından ibarət cehiz əmlaklar çıxarılsın. Qətnamənin icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar