Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-149/2024 10.10.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı nümayəndəsi (oğlu) Nümayəndə, Cavabdеh Cavabdeh nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdеh Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair iddiası üzrə mülki işə Göyçay rayоn Məhkəməsinin binasında açıq məhkəmə iclasında baхaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan Göyçay rayonu İnçə kəndində yerləşən 1.53 ha torpaq sahəsindən cavabdehin çıxarılması və yenidən daxil olmasına qadağa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. işin halları: İddiaçı tələbini belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası "Torpaq islahatı haqqında" qanununa əsasən Göyçay rayonunun İnçə kəndinin ərazisində təsərufat başçısı olmaqla birgə mülkiyyətə JN-650 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən 1.53 hektar torpaq sahəsi ayrılmışdır. 2004-cü ildən cavabdeh mülkiyyətində olan torpaq sahəsini zəbt edərək istifadə edir, qaytarmaqdan imtina dir. Cavabdehdən zəbt olunmuş torpağın boşaldılmasını tələb etsə də, cavabdeh tələblərinə məhəl qoymayaraq, öz qanunsuz hərəkətlərini yəni torpağın qanunsuz zəbtini davam etdirir. Bununla da mülkiyyət hüququnun bərpası və mülkiyyətində olan torpağın istifadəsinə qaytarılmasının təmin edilməsi məqsədi ilə iddia ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: İş üzrə İddiaçı nümayəndəsi (oğlu) Nümayəndə iddianı müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Cavabdеh Cavabdeh nümayəndəsi (vəkili) Vəkil iddianı qəbul etməyərək göstərmişdir ki, İddiaçı məxsus torpaq sahəsini zəbt etməmişdir.İddiaçıya məxsus torpaq sahəsini istifadə etmir. Buna görə də iddianın rədd edilməsini xahiş edir. İş üzrə tərəfləri dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. mülki işdə olan sənədlər: Məhkəməyə təqdim edilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2024-cü il tarixdə verilmiş ********** nömrə ilə qeydiyyata alınmış çıxarışdan görünür ki, Göyçay rayonu İnçə kəndində yerləşən 1.53 ha torpaq sahəsi İddiaçı və digər ailə üzvlərinin xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, 1. **********54 reyestr nömrəli (********** qeydiyyat nömrəli) çıxarışla İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan Göyçay rayonu İnçə kəndində yerləşən 1.18 ha torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt olunması aşkar olunmamışdır. **********54 reyestr nömrəli (********** qeydiyyat nömrəli) çıxarışla İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan Göyçay rayonu İnçə kəndində yerləşən 1.18 ha torpaq sahəsindən X2 faktiki istifadə etdiyi baxış zamanı mütəxəssisə bildirilmişdir. 2. 2000-ci ildə tərtib edilmiş, “Göyçay rayonu İnçə kəndi B.Əsədov adına təsəsrrüfatın ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsi"ndə əks olunan JN-650 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə mülkiyyətə verilmiş 1.53 ha torpaq sahəsi ile **********54 reyestr nömreli (********** qeydiyyat nömrəli) çıxarışla İddiaçı Əleddin oğlunun və ailə üzvlərinin mülkiyyətində olan Göyçay rayonu İnçe kəndində yerleşen 1.18 ha torpaq sahəsi arasında konfiqurasiya, bucaq, ölçü fərqləri və uyğunsuzluq olduğu üçün torpaq sahələrinin koordinatlarının və döngə nöqtələrinin əynlllk təşkil edib-etməməsini müəyyən etmək mümkün olmadı. 3. Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında" Azerbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanı ile tesdiq edilmiş "Azerbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları'na eləcədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 apre 2016-cı il tarixli 250s nömreli Sərəncamı ilə "Dövlət və bələdiyyə mülkiyyətində, habek xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması v; xəritələşdirilməsi yolu ilə torpaqları elektron kadastr uçotu informasiya sistemini yaradılmasının və rəqəmsal kadastr xəritələrinin tərtib edilməsinin təmin olunmasına da Tədbirlər Plam”na uyğun olaraq Göyçay rayonu ərazisində mövcud olan mülkiyyətçilər və icarəçilərin istifadələrində olan torpaq sahələri müasir ölçü alətləri (GPS) vasitəs ölçülərək həmin sahələrin sərhədlərinin koordinatları müəyyənləşdirilmişdir.Torpa mülkiyyət hüququna dair JN-650 nömrəli Dövlət aktı ilə verilmiş 1.53 ha torpaq sah; Torpaqların elektron kadastr uçotu xəritəsində sənəd üzrə 1.53 ha faktiki sahə isə 1.18 kimi göstərilmişdir. Baxış zamanı iddiaçının naturada göstərdiyi 1.73 ha torpaq sahəsindən Cavabdeh faktiki olaraq istifadə edir və sözügedən ərazidə yerləşən 2.11 ha torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən X1 adına **********19 reyestr nömrəli çıxarış mövcuddur. Məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/5846 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən **********54 reyestr nömrəli (********** qeydiyyat nömrəli) çıxarışla İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan Göyçay rayonu İnçə kəndində yerləşən 1.18 ha torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt olunması aşkar olunmamışdır. **********54 reyestr nömrəli (********** qeydiyyat nömrəli) çıxarışla İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan Göyçay rayonu İnçə kəndində yerləşən 1.18 ha torpaq sahəsindən X2 faktiki istifadə etdiyi baxış zamanı mütəxəssisə bildirilmişdir. 2. 2000-ci ildə tərtib edilmiş, “Göyçay rayonu İnçə kəndi B.Əsədov adına təsəsrrüfatın ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsi"ndə əks olunan JN-650 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə mülkiyyətə verilmiş 1.53 ha torpaq sahəsi ile **********54 reyestr nömreli (********** qeydiyyat nömrəli) çıxarışla İddiaçı Əleddin oğlunun və ailə üzvlərinin mülkiyyətində olan Göyçay rayonu İnçe kəndində yerleşen 1.18 ha torpaq sahəsi arasında konfiqurasiya, bucaq, ölçü fərqləri və uyğunsuzluq olduğu üçün torpaq sahələrinin koordinatlarının və döngə nöqtələrinin əynlllk təşkil edib-etməməsini müəyyən etmək mümkün olmadı. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 3-cü bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusiyanın 71-ci maddəsinin 2-ci bəndinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə,qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. "İnsan hüquqları və əsas azadlıqların müdafiəçi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi ilə əlaqədar Avropa İnsan Hüquqları Məhkəməsi Sporronq və Lonnrotun İsveçrə qarşı məhkəmə işində belə hüquqi mövqe müəyyən etmişdir ki, həmin norma özündə: 1) mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə etməsi prinsipini; 2) mülkiyyətindən məhrum edilmənin yolverilməzliyini; 3) mülkiyyətdən istifadə nəzarəti itirmənin qadağan edilməsi imkanlarını ehtiva edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq "affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. "Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə "əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. məhkəmənin mövqeyi: Hazırkı iş üzrə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə baxışı zamanı müəyyən edilir ki, İddiaçı mülkiyyətində olan 1.53 ha torpaq sahəsinin cavabdеh Cavabdeh tərəfindən zəbt edildiyini iddia edir və həmin torpaq sahəsinin boşaldılmasını xahiş edir. Məhkəmə iddia tələbinin əsaslığını yoxlamaq üçün mülki iş üzrə mütəxəssis cəlb edilməklə məhkəmə tikinti-texniki ekspertizası təyin edərək, müvafiq rəylər almışdır. Mütəxəssis və ekspert rəylərinə əsasən İddiaçının iddia etdiyi, mülkiyyətində olan və naturada göstərdiyi 1.53 ha torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilmədiyi müəyyən edilmişdir. Belə ki, iddiaçının naturada göstərdiyi cavabdeh tərəfindən istifadə edilən torpaq sahəsinin digər şəxsin mülkiyyətində olduğu müəyyən edilmişdir. Göründüyü kimi Cavabdеh Cavabdeh tərəfindən İddiaçı mülkiyyətində olan 1.53 ha torpaq sahəsi zəbt edilməmişdir. Cavabdеh Cavabdeh İddiaçı məxsus torpaq sahəsinin zəbt edildiyinə dair heç bir mötəbər sübut müəyyən edilməmişdir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara hüquqi qiymət verərək hesab edir ki, İddiaçının Cavabdеh Cavabdeh qarşı torpaq sahəsinin boşaldılması tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iş üzrə ekspertiza xərci olan 100 manat iddiaçıdan alınaraq məhkəmə ekspertiza mərkəzinin hesabın ödənilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia rədd edilsin. İddiaçı cavabdеh Cavabdeh qarşı torpaq sahəsinin boşaldılması barədə tələbi rədd edilsin. İş üzrə ekspertiza xərcləri olan 100 manat İddiaçı alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********1, AZ 34CTRE******************** nömrəli hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-149/2024
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-149/2024
10.10.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver