Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1504/2022 30.09.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı və cavabdeh X1 iştirakı ilə, İddiaçı cavabdeh X2 qarşı əmlakın çıxarılması tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 mənzildən cavabdeh X2 məxsus cehiz əşyalarının çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddianı müdafiə edərək göstərmişdir ki,Cavabdeh X3 2016-cı ildə qardaşı X5 ilə el adətinə uyğun qeyri rəsmi nikah qeyd etdirməklə ailə qurmuşdur. Qardaşı ilə cavabdeh evlənəndən sonra razılığı ilə cavabdehə məxsus adlarını aşağıda qeyd etdiyi əmlakı müvəqqəti olaraq mülkiyyətimdə olan Göyçay şəhəri,M.Hüseynzadə bina 29 mənzil 33-ə yerləşdirdilər. Ər-arvad arasında yaranan problemlər görə 2018-cı ilin oktyabr ayında cavabdehlə arasında mübahisə baş verdi və cavabdehlə qardaşı ayrıldılar. Bundan sonra cavabdeh Göyçay rayonunun Çaxırlı kəndində yerləşən atası evinə getmişdir. Cavabdehin şəxsi əmlakı isə mənzilində qalmışdır. Artıq uzun müddətdir ki, cavabdeh öz istəyi ilə ərində ayrılıb atası evində yaşayır. Ayrıldıqdan sonra cavabdehdən evimdə yerləşən əmlakının könüllü olaraq çıxarılmasını bildirmiş, lakin müraciətinə heç bir cavab verilmədiyi üçün məhkəmədə iddia qaldırmalı olmuşdur .Cavabdehin əşyaları mülkiyyətində olan mənzildə qalmışdır və həmin əşyaların mənzilində yerləşməsi mənzildən istifadə etməyinə maneçilik yaradır ki, bu da mülkiyyət hüquqlarını pozur. Buna görə də cavabdehə məxsus Servis (abedni, çaynı, kofenni dəst) 01 ədəd Qrafinka 6 ədəd bakal, 6 ədəd Kiçik rumka, 12 ədəd böyük bakal, 22 ədəd boşqab, 2 ədəd bulud, 6 ədəd çaşka-nəlbəki, 04 ədəd Kampot üçün qab, 01 ədəd 3-lü şirniyyat qabı, 4 ədəd konfet qabı, 02 ədəd mürəbbə 01 ədəd Qrafinka, 6 ədəd stəkan, 02 ədəd şirniyyat qabı, mətbəx üçün qrafinka, 6 ədəd bakal, 03 ədəd güldan, 01 ədəd gülqabı, 07 ədəd gül və güldan künclük, 02 ədəd qorka, 1 ədəd komod, 1 ədəd televizor altlığı, 01 ədəd stol, 8 ədəd stul obedni, 01 ədəd kreslo, 01 ədəd qonaq otağı üçün pərdə, 05 ədəd xalça müxtəlif ölçülərdə, 1 ədəd pismenni stol, Yataq dəsti tumbaları və şifoner güzgülü, 01 dəst taxt dəsti, 01 ədəd tozsoran, 1 ədəd peçka, 01 ədəd ütü, mətbəx üçün boşqab qoyulması üçün səbət, 07 ədəd nikel qazan tava dəsti, 06 ədəd çaşka-nəlbəki, qoz-fındıq çəkən maşın, 02 ədəd podnos, 05 ədəd çuğun qazan, Soğan göyərti doğramaq üçün maşın, 01 ədəd pokrıval, 1 ədəd odeyal tax üçün, 4 ədəd çuğun qazan, 01 ədəd çəngəl-qaşıq dəsti, 01 ədəd yataq otağı üçün pərdə, 6 ədəd əl-üz dəsmalı, 01 ədəd skater, 01 ədəd prostina, 01 ədəd yastıq üzü, 1 ədəd divar saatından ibarət əmlakların ünvan 1 mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh X3 iddianı qəbul edərək göstərmişdir ki, iddiaçıya məxsus ünvan 1 ünvanda yerləşən mənzildən cehiz əşyaları çıxaracaqdır. İş üzrə tərəfləri dinləyən, toplanmış sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX ******* saylı çıxarışdan görünür ki, ünvan 1 mənzil İddiaçı xüsusi mülkiyyəti kimi xx.xx.2011-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 3-cü bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusiyanın 71-ci maddəsinin 2-ci bəndinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə,qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsainin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sadalananlara əsasən məhkəmə hesab edir ki, İddiaçı məxsus ünvan 1 mənzil üzərində mülkiyyətdən istifadə hüquqları cavabdeh X3 tərəfindən pozulmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı məxsus ünvan 1 mənzildən cavabdeh X2 məxsus cehiz əmlaklar çıxarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. İddiaçı məxsus ünvan 1 mənzildən cavabdeh X2 məxsus Servis (abedni, çaynı, kofenni dəst) 01 ədəd Qrafinka 6 ədəd bakal, 6 ədəd Kiçik rumka, 12 ədəd böyük bakal, 22 ədəd boşqab, 2 ədəd bulud, 6 ədəd çaşka-nəlbəki, 04 ədəd Kampot üçün qab, 01 ədəd 3-lü şirniyyat qabı, 4 ədəd konfet qabı, 02 ədəd mürəbbə 01 ədəd Qrafinka, 6 ədəd stəkan, 02 ədəd şirniyyat qabı, mətbəx üçün qrafinka, 6 ədəd bakal, 03 ədəd güldan, 01 ədəd gülqabı, 07 ədəd gül və güldan künclük, 02 ədəd qorka, 1 ədəd komod, 1 ədəd televizor altlığı, 01 ədəd stol, 8 ədəd stul obedni, 01 ədəd kreslo, 01 ədəd qonaq otağı üçün pərdə, 05 ədəd xalça müxtəlif ölçülərdə, 1 ədəd pismenni stol, Yataq dəsti tumbaları və şifoner güzgülü, 01 dəst taxt dəsti, 01 ədəd tozsoran, 1 ədəd peçka, 01 ədəd ütü, mətbəx üçün boşqab qoyulması üçün səbət, 07 ədəd nikel qazan tava dəsti, 06 ədəd çaşkanəlbəki, qoz-fındıq çəkən maşın, 02 ədəd podnos, 05 ədəd çuğun qazan, Soğan göyərti doğramaq üçün maşın, 01 ədəd pokrıval, 1 ədəd odeyal tax üçün, 4 ədəd çuğun qazan, 01 ədəd çəngəl-qaşıq dəsti, 01 ədəd yataq otağı üçün pərdə, 6 ədəd əl-üz dəsmalı, 01 ədəd skater, 01 ədəd prostina, 01 ədəd yastıq üzü, 1 ədəd divar saatından ibarət cehiz əmlaklar çıxarılsın. Qətnamənin icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov.
Məhkəmə qərarları › İş №2(046)-1504/2022
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1504/2022
30.09.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver