Məhkəmə qərarları › İş №2(046)-1527/2024

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1527/2024

30.07.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1527/2024 30.07.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Giriş hissə: Qurbanova Gülnaz İntiqam qızının sədrliyi Əliyeva Leyla Bəhər qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: Ərizəçi ərizə ilə Göyçay Rayon Məhkəməsinə müraciət edərək, ərizənin təmin edilməsi, Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2024-cü il tarixli, MŞŞ/MT-035/2024-367 nömrəli barışıq sazişinin 1-ci bəndinin təsdiq edilməsi, 18 avqust 2023-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün əvvəli 07 iyun 2024-cü il tarixdən hesablanmaqla hər ay üçün 200 (iki yüz) manat sabit pul məbləğində alimentin Maraqlı şəxs tutularaq ona ödənilməsi və ödənilmiş 100 manat dövlət rüsumunun Maraqlı şəxs alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini belə əsaslandırmışdır ki, Maraqlı şəxs ilə ailə qurmuş, nikahları 08 oktyabr 2022-ci il tarixdə Kürdəmir “ASAN Xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsində rəsmi qeydiyyata alınmışdır. Nikahdan sonra “Hüseynova” soyadını götürmüşdür. Birgə nikahdan 18 avqust 2023-cü il təvəllüdlü X3 doğulmuşdur. İlk müddətdə Maraqlı şəxs münasibətləri normal olmuş, sonradan aralarında olan münasibətlər pisləşmişdir. Artıq uzun müddətdir ayrı yaşayırlar. Aliment işi ilə bağlı Qəbələ 1 -saylı Mediasiya Təşkilatına müraciət etmiş, müraciətinə əsasən Qəbələ 1 -saylı Mediasiya Təşkilatı tərəfindən Akif Kərimov mediator təyin edilmişdir. O və Maraqlı şəxs xx.xx.2024 cü il tarixində mediasiya prosesində iştirak etmiş və onunla Maraqlı şəxs arasında “Barışıq Sazişi” imzalanmışdır. Barışıq sazişinə əsasən - 18 avqust 2023-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay üçün 200 (iki yüz) manat sabit pul məbləğində aliment Maraqlı şəxs tərəfindən ona ödənilməsi barədə razılığa gəlmişlər. Həmçinin onunla Maraqlı şəxs uşaqla ataları Maraqlı şəxs ünsiyyətdə olması barədə razılığa gəlmişlər. Qeyd edir ki, barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icrası olunmalıdır. Maraqlı şəxs 18 avqust 2023-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay üçün 200 (iki yüz) manat sabit pul məbləğində aliment ödəməsinə razılaşmasına baxmayaraq bu gün aliment ödəməkdən boyun qaçırır. Göründüyü kimi artıq barışıq sazişinin könüllü icrası üçün Mediasiya haqqında Azərbayca Respublikasının Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddət keçmişdir. Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilən xüsusatları təsdiq edərək ərizənin təmin edilməsini xahiş etmişdir. Müvafiq qaydada məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş maraqlı Maraqlı şəxs оğlu məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, ərizə təmin olunmalıdır. Yazılı sübut qismində işə əlavə edilmiş Göyçay Rayon Qeydiyyat Şöbəsinin 21 may 2024-cü il tarixli nikah qeydindən çıxarışdan görünür ki, Maraqlı şəxs ilə X2 arasında nikah xx.xx.2022-ci il tarixdə Kürdəmir “Asan xidmət” mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat Şöbəsində 503 saylı akt qeydi ilə bağlnmışdır. Göyçay Rayon Qeydiyyat Şöbəsinin 21 may 2024-cü il tarixli arayışından görünür ki, tərəflərin birgə nikahından xx.xx.2023-cü il tarixdə X3 adlı uşaqları anadan olmuşdur. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış və mediator X5 tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli barışıq sazişindən görünür ki, 1. Maraqlı şəxs (İkinci tərəf) xx.xx.2023-cü il tarixində anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Ərizəçi (Birinci tərəfə) hər ay 200 (iki yüz) manat aliment ödəməyi öhdəsinə götürür. 2.“Tərəflər” Maraqlı şəxs (’ikinci tərəfin) X3 ilə həftədə 1 dəfə şənbə və ya bazar günləri saat 10:00-dan 14:00-adək ünsiyyətdə olması barədə razılığa gəlirlər. Mediasiya prosesinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Ərizəçi ilə Maraqlı şəxs aliment və uşaqla ünsiyyət vaxtının müəyyən edilməsi barədə razılığa gəldiyindən mediasiya prosesinə xitam verilmişdir. xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbzdən görünür ki, işə baxılması ilə əlaqədar dövlət rüsumu üçün 100 məbləğində pul ərizəçi tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən "Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1 -ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. "Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 34.1 -ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.3 və 34.4-cü maddələrinə əsasən, əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə iclasında müəyyən edildi ki, Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2024cü il tarixində barışıq sazışı imzalanmışdır. Həmin sazişin şərtlərinə Maraqlı şəxs tərəfindən könüllü icrasından imtina edilmişdir. Məhkəmə yuxarıda istinad edilən qanunvericilik normalarını nəzərə alaraq və işdə iştirak edən şəxslər tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin müddəalarını təhlil edərək belə qənaətə gəlir ki, barışıq sazişinin təsdiq edilməsindən imtina üçün Mülki-Prosessual Məcəllənin 355-26.1-ci maddəsində göstərilən hallar mövcud deyil. Belə olan halda, Maraqlı şəxs barışıq sazişinin aliment tələbinə dair hissə üzrə öhdəliklərini qanunla müəyyən edilmiş müddətdə könüllü olaraq icra etmədiyinə görə, sazişin məcburi icrasının təmin edilməsi məqsədilə xx.xx.2024-cü il tarixli barışıq sazişinin 1-ci bəndi məhkəmə tərəfindən təsdiq edilməlidir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, ərizə təmin olunmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanılmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin 1-ci bəndinin aşağıdakı şərti təsdiq edilsin: Maraqlı şəxs xx.xx.2023-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Ərizəçi hər ay 200 manat aliment ödəməyi öhdəsinə götürür. Maraqlı şəxs ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 (yüz) manat məbləğində pul tutularaq Ərizəçi xeyrinə ödənilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Göyçay rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar