Məhkəmə qərarları › İş №2(046)-1551/2025

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1551/2025

03.06.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1551/2025 03.06.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanov Elçin Firudin oğlunun sədrliyi, Məmmədova Ayşən Valeh qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə aralarında xx.xx.2024-cü il tarixdə Qəbələ 1 saylı Mediasya Təşkilatında bağlanmış barışıq sazişinin təsdiq edilməsinə, eləcə də ödənilmiş 100 manat dövlət rusumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: Ərizəni onunla əsaslandırmışdır ki, Maraqlı şəxs ilə xx.xx.2010-cu il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə həyatı qurmuşdur. Birgə nikahlarından xx.xx.2016-cı il tarixdə X7 və xx.xx.2009-cu il tarixdə X6 anadan olmuşdur. Bir neçə il mehriban ailə kimi yaşasalar da, sonradan münasibətləri pozulmuş, bu səbəbdən nikahın pozulması və aliment tələbi ilə bağlı ilkin olaraq tərəfindən Mediasiya Təşkilatına müracət edilmişdir. xx.xx.2024-cü il tarixdə Mediasiya Sessiyası zamanı Maraqlı şəxslə birgə nikahdan olan xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2009-cu il təvəlüdlü X1 üçün hər bir uşağa görə hər ay 150 manat olmaqla, cəmi 300 manat alimentin ona ödənilməsinə dair aralarında barışıq sazişi bağlanmışdır. Mediasiya Sessiyası bitdikdən sonra barışıq sazişinin alimentlə bağlı olan hissəsi icra olunması üçün Göyçay rayon icra və probasiya şöbəsinə göndərilmiş, Göyçay rayon icra və probasiya şöbəsi tərəfindən alimentin ödənilməsi üçün Maraqlı şəxs könüllü müddət verilmiş, lakin Maraqlı şəxs öz üzərinə düşən öhdəliyi icra etməmiş və nəticədə bu günə kimi aliment ödənilməmişdir. Tərəfindən Maraqlı şəxslə aralarında olan nikahın məhkəmə qaydasında pozulması üçün Göyçay Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət olunmuş və hal-hazırda həmin iş məhkəmənin icraatındadır. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında Ərizəçi izahatında göstərmişdir ki, Maraqlı şəxs barışıq sazişinə əsasən olan aliment borcunu tam ödəmir. Hər ay natamam olaraq ödəyir. Aliment borcundan 870 manat qalmışdır. Məhkəmədən ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Maraqlı şəxs izahatında göstərmişdir ki, səhhəti ilə bağlı heç bir yerdə işləmir. Fəhləliklə məşqul olur. Aliment borcundan gücü çatan miqdarda ödəniş etmişdir. Məhkəmədən barışıq sazişinin təsdiq edilməməsini xahiş etmişdir. Məhkəmə ərizəçinin və maraqlı şəxsin izahatlarını dinləyib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, ərizə təmin olunmalıdır. Mülki işdə olan sənədlər: İşə əlavə edilmiş Göyçay rayon Qedyiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışların surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüdlü X7 adlı uşaqları anadan olmuşdur. İşə əlavə edilmiş Göyçay Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadın surətindən görünür ki, iddiaçı Maraqlı şəxs cavabdeh Ərizəçi qarşı nikahın pozulması tələbinə dair 2(046)-901/2025 saylı mülki iş üzrə zəruri olan sənədlər Göyçay rayon İH-nin qəyyumluq və himayəçilik orqanına təqdim edilərək mülki iş üzrə icraat dayandırılmışdır. İşə əlavə edilmiş Ərizəçi ilə Maraqlı şəxs oglu arasında mediator X5 iştirakı ilə bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişindən görünür ki, 1. “İkinci tərəf” xx.xx.2009cu il tarixində anadan olmuş X6 və xx.xx.2016-cı il tarixində anadan olmuş X2 xx.xx.2024cü il tarixdən etibarən yetkinlik yaşına çatanadək saxlanması üçün “Birinci tərəf” ə hər ay hər bir uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat aliment ödəməyi öhdəsinə götürür. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən "Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1 -ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. "Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 34.1 -ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.3 və 34.4-cü maddələrinə əsasən, əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2024-cü il tarixində barışıq sazışı imzalanmışdır. Həmin sazişin şərtləri Maraqlı şəxs tərəfindən könüllü qaydada icra edilməmişdir. Məhkəmə yuxarıda istinad edilən qanunvericilik normalarını nəzərə alaraq və işdə iştirak edən şəxslər tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin müddəalarını təhlil edərək belə qənaətə gəlir ki, barışıq sazişinin təsdiq edilməsindən imtina üçün Mülki-Prosessual Məcəllənin 355-26.1-ci maddəsində göstərilən hallar mövcud deyil. Belə olan halda, Maraqlı şəxs barışıq sazişi üzrə öhdəliklərini qanunla müəyyən edilmiş müddətdə könüllü olaraq icra etmədiyinə görə, sazişin məcburi icrasının təmin edilməsi məqsədilə barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, ərizə təmin edildiyindən məhkəmə xərcləri maraqlı şəxsə aid edilməli, Maraqlı şəxs dövlət rüsumu üçün ödənilmiş 100 manat məbləğində pul alınaraq Ərizəçi qaytarılmalıdır. Məhkəmə qeyd olunanları və Azərbaycan Respublikası MPM-nin 216-220,234.2-ci maddələrini rəhbər tutaraq, qət etdi: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanılmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin aşağıdakı şərtləri təsdiq edilsin:

1. “İkinci tərəf” Maraqlı şəxs xx.xx.2009-cu il tarixində anadan olmuş X6 və xx.xx.2016-cı il tarixində anadan olmuş X2 xx.xx.2024-cü il tarixdən etibarən yetkinlik yaşına çatanadək saxlanması üçün “Birinci tərəf” Ərizəçi hər ay hər bir uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat aliment ödəməyi öhdəsinə götürür. Qətnamə aliment tutulması hissədə dərhal icra edilsin. Məhkəmə xərcləri cavabdehə aid edilsin. Maraqlı şəxs dövlət rüsumu üçün ödənilmiş 100 manat məbləğində pul alınaraq Ərizəçi verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar