Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1576/2021 06.12.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, fərdi yaşayış evindən cavabdehin əmlakının çıxarılması tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyət hüququ əsasında ona məxsus olan Göyçay rayonu Cəyirli kəndində yerləşən fərdi yaşayış evindən Cavabdeh məxsus əmlakın çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddianı müdafiə edərək tələbi belə əsaslandırmışdır ki, qardaşım X6 Cavabdeh ilə 06.08.2013-cü il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə həyatı qurmuş, birgə nikahlarından 30.12.2014-cü il tarixdə Dəniz, 07.12.2016-cı il tarixdə Səma adlı övladları anadan olmuş, bir müddətdən sonra qardaşı X5 ilə Cavabdeh arasında xoşagəlməz münasibətlər yaranmış, bu buna görə də Göyçay rayon Məhkəməsinin 29.05.2018-ci il tarixli qətnaməsinə əsasən nikahları pozulmuş, azyaşlı Dəniz və Səma cavabdehin himayəsində saxlanılmış və onların saxlanılması üçün hər ay hər uşaq üçün 125 manat olmaqla cəmi 250 manat sabit pul məbləğində alimentin tutulub Cavabdeh ödənilməsi qət edilmişdir. Cavabdeh ona məxsus olan yaşayış evini tərk edərək, daimi yaşamaq üçün valideynlərinə məxsus Göyçay rayonu Mallı- Şıxlı kəndində yerləşən evə köçmüş, gedərkən cehizlərinin bir hissəsini aparmış və bir hissəsini aparmamışdır. Hazırda Cavabdeh (Məmmədova) məxsus 1 ədəd dəmir yataq, 3 ədəd döşək, 2 ədəd qış örtüyü, 1 ədəd yay örtüyü, 11 ədəd yastıq, 3 ədəd baş yastıqı, 5 ədəd yastıq üzü, 2 ədəd əl üz dəsmalı, 6 ədəd meyvə qabı, 1 ədəd 3 gözlü qab, 4 ədəd meyvə qabı, 1 ədəd servis dəst 1 çaynik 12 fincan 1 qənt.qabı, 17 ədəd badə, 3 ədəd məcməyi (podnis), 1 ədəd tefal çaydan çaynik ilə, 2 ədəd su tökmək üçün uzunboğaz şüşə qab 12 fincanla birgə, 4 ədəd kofe finçanı, 7 ədəd qənd qabı, 4 ədəd kül qabı, 2 ədəd çörək qabı, 27 ədəd şüşə stəkan, 2 ədəd 3 mərtəbəli ləpə qabı, 2 ədəd salfet qabı, 3 ədəd döyrə, 2 ədəd dəst çaynik 2 dənə 12 ədəd fincan, 24 ədəd nəlbəki, 1 ədəd tək fincan nəlbəki qaşıq, 1 ədəd boşqab, 1 ədəd servis dəsti böyük boşqab, 34 ədəd balaca boşqab, 18 ədəd sulu yemek qabı, 6 ədəd dəst duz qabı, 8 ədəd dəst duz qabı, 7 ədəd tək boşqab, 2 ədəd güldan, 1 ədəd plasmas süzgəc, 1 ədəd ütü, 3 şam qabı, 1 ədəd ayna, 1 ədəd çıraq, 1 ədəd ləyən, 1 ədəd şiriniyat qabı, 1 ədəd pol ağacı, 1 ədəd uşaq beşiyi, 2 ədəd pərdə, 1 ədəd asılqan çilçıraq, 2 ədəd sac, 3 ədəd suvenir, 1 ədəd kamot, 1 ədəd stul, 1 ədəd paltar rəfi ona məxsus Göyçay rayon Cəyirli kəndində yerləşən fərdi yaşayış evində qalmışdır. Buna görə də iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh iddianı qəbul etməyək göstərmişdir ki, iddiaçının qardaşı X5 ilə nikah bağlayaraq ailə qurmuş və iddiaçının və ailə üzvlərinin yaşadığı Göyçay rayonu Cəyirli kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. Behman Nəsirovla aralarında bağlanmış nikah pozulmuşdur. Lakin sonradan həmin evdə bir müddət yaşadıqdan sonra valideyinlərinə məxsus evə qayıtmışdır. İddiaçı və digər ailə üzvlərinə həmin fərdi yaşayış evinə dair dövlət reyestrindən çıxarış əldə etmişlər. Həmin çıxarışa əsasən həmin fərdi yaşayış evində və torpaq sahəsində keçmiş əri X2 da payı vardır. Hesab edir ki, keçmiş ərinin mülkiyyətində olan fərdi yaşayış evində yerləşən əmlaklarının həmin fərdi yaşayışdan çıxarılması əsassızdır. Çünki həmin fərdi yaşayış evində yaşayış hüququ vardır. Buna görə də iddianın rədd edilməsini xahiş etmişdir. İş üzrə tərəfləri dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 16 saylı Ərazi İdarəsi tərəfindən verilmiş Çıxarışdan görünür ki, Göyçay rayonu Cəyirli kəndində yerləşən 0.26 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi X3, X1, X2, X4 və İddiaçı adına paylı mülkiyyət kimi dövlət qeydiyyatına alınmışdır. Məhkəmə baxışı zamanı müəyyən olunur ki, Cavabdeh İddiaçı və ailə üzvlərinin xüsusi mülkiyyətində olan Göyçay rayonu Cəyirli kəndində yerləşən torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evində özünə məxsus cehiz əşyaları saxlamaqla iddiaçının və ailə üzvlərinin mülkiyyətdən istifadə hüququnu məhdudlaşdırır. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən insan və vətəndaş hüquq və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci maddəsinə əsasən hər bir insan onun konstitusiya, yaxud qanunla verilmiş əsas hüquqları pozulduğu hallarda həmin hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən təsirli şəkildə bərpa olunması hüququna malikdir . Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək ona dar sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı, iddiası təmin edilməli, Cavabdeh məxsus cehiz əmlaklar iddiaçının mülkiyyətində olan Göyçay rayonu Cəyirli kəndində torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evindən çıxarılmalıdır. Qeyd olunanalara əsasən və Azəbaycan Respublikası MPM-nin 216-220, 227, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh məxsus əmlaklar – 1 ədəd dəmir yataq, 3 ədəd döşək, 2 ədəd qış örtüyü, 1 ədəd yay örtüyü, 11 ədəd yastıq, 3 ədəd baş yastıqı, 5 ədəd yastıq üzü, 2 ədəd əl üz dəsmalı, 6 ədəd meyvə qabı, 1 ədəd 3 gözlü qab, 4 ədəd meyvə qabı, 1 ədəd servis dəst 1 çaynik 12 fincan 1 qənt.qabı, 17 ədəd badə, 3 ədəd məcməyi (podnis), 1 ədəd tefal çaydan çaynik ilə, 2 ədəd su tökmək üçün uzunboğaz şüşə qab 12 fincanla birgə, 4 ədəd kofe finçanı, 7 ədəd qənd qabı, 4 ədəd kül qabı, 2 ədəd çörək qabı, 27 ədəd şüşə stəkan, 2 ədəd 3 mərtəbəli ləpə qabı, 2 ədəd salfet qabı, 3 ədəd döyrə, 2 ədəd dəst çaynik 2 dənə 12 ədəd fincan, 24 ədəd nəlbəki, 1 ədəd tək fincan nəlbəki qaşıq, 1 ədəd boşqab, 1 ədəd servis dəsti böyük boşqab, 34 ədəd balaca boşqab, 18 ədəd sulu yemək qabı, 6 ədəd dəst duz qabı, 8 ədəd dəst duz qabı, 7 ədəd tək boşqab, 2 ədəd güldan, 1 ədəd plasmas süzgəc, 1 ədəd ütü, 3 şam qabı, 1 ədəd ayna, 1 ədəd çıraq, 1 ədəd ləyən, 1 ədəd şiriniyat qabı, 1 ədəd pol ağacı, 1 ədəd uşaq beşiyi, 2 ədəd pərdə, 1 ədəd asılqan çilçıraq, 2 ədəd sac, 3 ədəd suvenir, 1 ədəd kamot, 1 ədəd stul, 1 ədəd paltar rəfi İddiaçı məxsus Göyçay rayonu Cəyirli kəndində yerləşən torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evindən çıxarılsın. Qətnamənin icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-1576/2021
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1576/2021
06.12.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver