Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-16/2022 22.04.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, iddiaçı AccessBank QSC-nin nümayəndəsi X3, cavabdeh Cavabdeh6 oğlunun iştirakı ilə kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi və ipoteka predmetinin açıq hərracda satılması tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı AccessBank QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh3, Cavabdeh6, Cavabdeh7, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh2 müştərək qaydada 20404.07 ABŞ dolları məbləğində kredit borcu, 12831.63 ABŞ dolları məbləğində faiz borcu və 27327.18 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 60562.88 ABŞ dolları kredit borcunun, 30 manat dövlət rüsumunun, bildirişlərin qeydə alınması üçün 20 manat dövlət rüsumunun, 40 manat xidmət haqqının tutulması və tutmanın ipoteka ilə yüklü edilmiş Göyçay rayonu Qarabaqqal kəndində Cavabdeh3 mülkiyyətində olan 0.06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 36.2 kv.m yaşayış, 27 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə və Göyçay rayonu Qarabaqqal kəndində Cavabdeh1 mülkiyyətində olmuş hazırda isə faktiki olaraq Cavabdeh3, Cavabdeh6 və Cavabdeh7 istifadəsində olan 0.52 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlıı, 55.6 kv.m yaşayış, 113.1 kv.m köməkçi sahəsən ibarət fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evlərinin açıq hərracda satıldıqdan 1 ay sonra Cavabdeh3, Cavabdeh6 və Cavabdeh7 həmin fərdi yaşayış evlərinə istifadə hüququnun itirilməsi, evdən çıxarılması, torpaq sahəsinin və fərdi yaşayış evinin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə məhkəmədə iddiaçı AccessBank QSC-nin nümayəndəsi X5 iddianı müdafiə edərək göstərmişdir ki, 29.07.2008-ci il tarixdə AccessBank QSC ilə Cavabdeh1 arasında bağlanmış kredit xətti müqaviləsinə əsasən Cavabdeh1 60 ay müddətinə 40.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. 23.05.2012-ci il tarixdə bağlanmış sazişlə kredit xətti müqaviləsi 144 ay müddətinə uzadılmışdır. 20.12.2013-cü il tarixli 026R000004001 saylı kredit razılaşmasına əsasən Cavabdeh1 aylıq 2 faiz olmaqla 48 ay müddətinə 25.000 ABŞ dolları kredit verilmişdir. Tərəflərin imzaladıqları 31.10.2014-cü il tarixli 026R000004001S saylı, 29.03.2015-ci il tarixli 026R000004001SA saylı və 20.07.2016-cı il tarixli 026R000004001SB saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri banka qaytarmamışdır. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərini icra etmək məqsədilə cavabdehlər Cavabdeh5 və X4 ilə AccessBank QSC arasında 29.07.2008-ci il, Cavabdeh2 Ağamusa oğlu ilə 31.03.2011-ci il və Cavabdeh3 ilə 18.12.2013-cü tarixdə zaminlik müqavilələri bağlanmışdır. Kreditin təminatı kimi iddiaçı ilə Cavabdeh1 arasında 11.09.2009-cu il tarixdə ipoteka müqaviləsi bağlanmış və cavabdeh özünə məxsus Göyçay rayonu Qarabaqqal kəndində 0.52 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlıı, 55.6 kv.m yaşayış, 113.1 kv.m köməkçi sahəsən ibarət fərdi yaşayış evini və Cavabdeh3 ilə 18.12.2013-cü il tarixdə ipoteka müqaviləsi bağlanmış və cavabdeh Göyçay rayonu Qarabaqqal kəndində 0.06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 36.2 kv.m yaşayış, 27 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evini ipoteka ilə yüklü etmişdir. Cavabdeh Məmmədov Teyyub Mövsüm oğlu kredit müqaviləsi üzrə öhdəliklərini tam icra etməmiş, iddiaçıya kredit xətti üzrə kredit borcu qalmışdır. Cavabdehə şifahi və yazılı müraciət edilməsinə baxmayaraq müqavilədən irəli gələn öhdəlikləri icra etməmişdir. cavabdeh - ipoteka verən Cavabdeh1 09.12.2020-ci il tarixdə vəfat etmişdir. Göyçay Rayon Notariat Ofisinə mərhum Cavabdeh1 vərəsələrinin olub-olmaması, vərəsələri tərəfindən ona məxsus olmuş hər hansı əmlakın qəbul edilib-edilməməsi və ya vərəsələr tərəfindən miras əmlakın qəbulundan imtina edilib- edilməməsi barədə məlumat verilməsi barədə sorğu verilmiş, 13.10.2021 -ci tarixli 1359 saylı sorğuya cavab məktubu verilərək qeyd edilən şəxs barəsində vərəsəlik işinin açılmaması müəyyən edilmişdir. Göyçay rayon İcra Hakimiyyəti Başçısı Aparatının 389 saylı 08.12.2021 -ci il tarixli məktubuna əsasən müəyyən edilmişdir ki, mərhum Cavabdeh1 məxsus olmuş Qarabaqqal kəndində yerləşən 2 mərtəbəli fərdi yaşayış evində 1976-cı il təvəllüdlü Cavabdeh3, 1997-ci il təvəllüdlü Cavabdeh6 və 2000ci il təvəllüdlü Cavabdeh7 qeydiyyatda olmaqla yaşayıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın acıldığı ver üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və va əmlakı idarə etməvə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməvə taktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Bundan başqa iddiaçı məhkəməyə müraciət edərəkən 30 dövlət rüsumu, bildirişlərin qeydə alınması üçün 20 manat dövlət rüsumu və 40 manat xidmət haqqı ödəmişdir. Buna görə də məhkəmədən tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh qismində izahat vermiş Cavabdeh6 iddianı qismən qəbul edərək göstərmişdir ki, mərhum atası Behbud AccessBank QSC ilə kredit xətti müqaviləsi bağlamış, kredit götürmüşdür. Maddi imkanı olmadığından banka olan borcunu tam olaraq ödəyə bilməmişdir. Kredit borcunu hissə-hissə qaytaracaqdır. Tələbin cərimə hissəsini əsassız hesab edir. İş üzrə digər cavabdehlərə məhkəmə baxışınin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin onlar məhkəmə baxışında iştirak etməmişlər. Məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə tərəfləri dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş 29.07.2008-cu il tarixli kredit xətti müqaviləsindən görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında 60 ay müddətinə 40.000 ABŞ dolları məbləğində kredit verilməsi barədə müqavilə bağlanmışdır. Məhkəməyə təqdim edilmiş 23.05.2012-ci il tarixli sazişdən görünür ki, kredit xəttinin müddəti 144 ay müddətinə müəyyən edilmişdir. Məhkəməyə təqdim edilmiş 20.12.2013-cü il tarixli kredit razılaşmasından görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında aylıq 2 faiz olmaqla 48 ay müddətinə 25.000 ABŞ dolları kredit verilməsi barədə müqavilə bağlanmışdır. Məhkəməyə təqdim edilmiş 29.07.2008-ci, 31.03.2011-ci, və 18.12.2013-cü il tarixli zaminlik müqavilələrindən görünür ki, AccessBank QSC ilə Cavabdeh5, X4, Cavabdeh2 Ağamusa oğlu və Cavabdeh3 arasında arasında zaminlik müqaviləsi bağlanmışdır. Məhkəməyə təqdim edilmiş 29.03.2015-ci il tarixli razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında sazişdən görünür ki, 29.07.2008-ci il tarixli kredit xətti müqaviləsi üzrə 20.12.2013-cü il tarixdə bağlanmış kredit razılaşması əsasında verilmiş kreditin qalıq məbləğinə 29.03.2016-cı il tarixdən aylıq 1.9167 faiz, 29.03.2013-cı il tarixdən, aylıq 1.8333 faiz, 29.03.2018-ci il tarixdən aylıq 1.75 faiz, 29.03.2019-cu il tarixdən aylıq 0 faiz dərəcəsi ilə faizlər hesablanmalı və sazişə əlavə olunmuş 29.03.2015ci il tarixli ödəniş planına uyğun olaraq kredit razılaşması əsasında verilmiş kreditin qalıq məbləğini və ona hesablanmış faizləri banka ödənilməlidir. Cavabdeh5, X4 və Cavabdeh2 Ağamusa oğlu tərəfindən imzalanmamışdır. Məhkəməyə təqdim edilmiş 20.07.2016-cı il tarixli razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında sazişdən görünür ki, 29.07.2008-ci il tarixli kredit xətti müqaviləsi üzrə 20.12.2013-cü il tarixdə bağlanmış kredit razılaşması əsasında verilmiş kreditin qalıq məbləğinə 20.07.2016-cı il tarixdən aylıq 1.1667 faiz, 29.12.2016-cı il tarixdən, aylıq 1.9131 faiz, 29.03.2017-ci il tarixdən aylıq 1.8298 faiz, 29.03.2018-ci il tarixdən aylıq 1.7464 faiz dərəcəsi ilə faizlər hesablanmalı və sazişə əlavə olunmuş 20.06.2016-cı il tarixli ödəniş planına uyğun olaraq kredit razılaşması əsasında verilmiş kreditin qalıq məbləğini və ona hesablanmış faizləri banka ödənilməlidir. Həmin saziş cavabdehlər Cavabdeh5, X4 və Cavabdeh2 Ağamusa oğlu tərəfindən imzalanmamışdır. Məhkəməyə təqdim edilmiş 11.09.2009-cu il tarixli ipoteka müqaviləsindən görünür ki, AccessBank QSC ilə Cavabdeh1 arasında bağlanmış kredit xətti müqaviləsinin təminatı kimi Cavabdeh1 ilə ipoteka müqaviləsi bağlanmış, cavabdeh Göyçay rayonu Qarabaqqal kəndində 0.52 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlıı, 55.6 kv.m yaşayış, 113.1 kv.m köməkçi sahəsən ibarət fərdi yaşayış evini ipoteka ilə yüklü etmişdir. Məhkəməyə təqdim edilmiş 18.12.2013-cü il tarixli ipoteka müqaviləsindən görünür ki, AccessBank QSC ilə Cavabdeh3 arasında bağlanmış kredit xətti müqaviləsinin təminatı kimi Cavabdeh3 ilə ipoteka müqaviləsi bağlanmış, cavabdeh Göyçay rayonu Qarabaqqal kəndində 0.06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 36.2 kv.m yaşayış, 27 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi ipoteka ilə yüklü etmişdir. Təqdim edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, mülkiyyət hüququ üzrə Cavabdeh3 məxsus olan Göyçay rayonu Qarabaqqal kəndində 0.06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 36.2 kv.m yaşayış, 27 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi iddiaçı AccessBank QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi dövlət qeydiyyatına alınmışdır. Təqdim edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olan Göyçay rayonu Qarabaqqal kəndində 0.52 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlıı, 55.6 kv.m yaşayış, 113.1 kv.m köməkçi sahəsən ibarət fərdi yaşayış evi iddiaçı AccessBank QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi dövlət qeydiyyatına alınmışdır. Təqdim edilmiş bildirişlərdən görünür ki, tutmanin ipoteka predmetinə yönəldilməsi barədə ərizələr Reyestr Xidmətinin 16 saylı Ərazi idarəsində qeydiyyata alınmışdır. Təqdim edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlak Elektron Xidmətlər Portalından verilmiş bildirişə əsasən ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün 20 manat dövlət rüsumu və 40 manat xidmət haqqı ödənilmişdir. Təqdim edilmiş Göyçay Rayon Notariat Ofisinin 13.10.2021 -ci tarixli 1359 saylı məktubundan görünür ki, mərhum Cavabdeh1 barəsində vərəsəlik işi açılmamışdır. Təqdim edilmiş Göyçay rayon İcra Hakimiyyəti Başçısı Aparatının 389 saylı 08.12.2021 -ci il tarixli məktubundan görünür ki, mərhum Cavabdeh1 məxsus olmuş Qarabaqqal kəndində yerləşən 2 mərtəbəli fərdi yaşayış evində 1976-cı il təvəllüdlü Cavabdeh3, 1997-ci il təvəllüdlü Cavabdeh6 və 2000-ci il təvəllüdlü Cavabdeh7 qeydiyyatda olmaqla yaşayıyırlar. Təqdim edilmiş Lazur-A MMC tərəfindən verilmiş 03.03.2021-ci il tarixli 02-21 saylı rəydən görünür ki, Cavabdeh3 mülkiyyətində olan Göyçay rayonu Qarabaqqal kəndində 0.06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 36.2 kv.m yaşayış, 27 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinin bazar dəyəri 10.000 manat , likvid dəyəri 7.000 manat təşkil edir. Təqdim edilmiş Lazur-A MMC tərəfindən verilmiş 03.03.2021-ci il tarixli 03-21 saylı rəydən görünür ki, mərhum Cavabdeh1 mülkiyyətində olan Göyçay rayonu, Qarabaqqal kəndində 0.52 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı, 55.6 kv.m yaşayış, 113.1 kv.m köməkçi sahəsən ibarət fərdi yaşayış evinin likvid dəyəri 35.000 manat təşkil edir. Məhkəmə-mühasibatlıq ekspertizasının 19.03.2020-ci il tarixli 9/392 saylı ekspert rəyindən görünür ki, Cavabdeh1 banka olan əsas borc üzrə 20.404.07 ABŞ dolları və faiz borcu üzrə 12.831.63 ABŞ dolları təşkil edir. Ekspertiza xərci 145 manat təşkil edir. Məhkəmə baxışı tərəflər ekspertiza rəyini mübahisləndirməmişdir. Təqdim edilmiş sübutlarla müəyyən edilir ki, cavabdeh mərhum Cavabdeh1 Mahmud oğlunun Göyçay rayonu Qarabaqqal kəndində 0.52 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı, 55.6 kv.m yaşayış, 113.1 kv.m köməkçi sahəsən ibarət fərdi yaşayış evi və digər Cavabdeh3 Göyçay rayonu Qarabaqqal kəndində 0.06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaql, 36.2 kv.m yaşayış, 27 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi AccessBank QSC ilə Cavabdeh1 bağladığı kredit xətti müqaviləsinin təminatı kimi iddiaçınin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Bundan başqa AccessBank QSC ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinin təminatı kimi Cavabdeh5, X4, Cavabdeh2 Ağamusa oğlu və Cavabdeh3 arasında bankla zaminlik müqavilələri bağlamışdır. Cavabdeh5, X4, Cavabdeh2 Ağamusa oğlu və Cavabdeh3 Cavabdeh1 müqavilə üzrə öhdəliklərinin icrasına zamin durmuşdur. İddiaçı AccessBank QSC ilə cavabdeh Məmmədov X7 arasında 31.10.2014-cü il, 29.03.2015-ci il və 20.07.2016-cı il tarixdə kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında saziş bağlanmış, kredit razılaşması üzrə kreditin faiz dərəcəsinə və ödəniş planına dəşiklik edilmiş, hər üç saziş bağlanılarkən zaminlər Cavabdeh5, X2 və Cavabdeh2 Ağamusa oğlunun razılığı alınmamış və həmin sazişlər cavabdehlər Cavabdeh5, X4 və Cavabdeh2 Ağamusa oğlu tərəfindən imzalanmamışdır. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı kredit borcunu cavabdehlər Cavabdeh5, X1 və Cavabdeh2 Ağamusa oğlundan tələb etməkdə haqlı deyildir. İddia onlara qarşı qaldırılan iddia təmin edilə bilməz. MM-nin 470-ci və 472-ci maddələrinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər MM-də və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Cavabdeh-borc alan əsas öhdəliyi lazımınca icra etmədiyindən, iddiaçının cavabdehzaminlərə qarşı da tələb hüququ yaranmışdır. Məhkəmə onu da qeyd edir ki, hazırki mübahisənin hüquqi və faktiki halları baxımından cavabdehlər kreditor olan iddiaçının qarşısında müqavilədən irəli gələn birgə borclular kimi çıxış edirlər və müvafiq olaraq da götürdükləri öhdəliklər də birgə öhdəliklər kimi qiymətləndirilməlidir. Bu mənada, məhkəmə hesab edir ki, iddiaçının cavabdehlərə qarşı eyni zamanda hazırki iddia tələbi ilə çıxış etmək və onlardan kredit borcunu müştərək qaydada tutulmasını tələb etmək hüququ həm də MM-nin 500-cü maddəsinin müddəalarından irəli gəlir. Həmin maddəyə görə əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. Birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. Lakin bu zaman cavabdeh-zaminlərin sonradan əmələ gələcək öhdəliyə görə məsuliyyətinin həcmini müəyyən etməyə imkan verən hallar mühüm şərtlər hesab edildiyindən onlar əsas kredit müqaviləsində dəqiq göstərilməlidir. Tərəflər arasında bağlanmış 29.07.2008-ci il, 31.03.2011-ci il və 18.12.2013-cü tarixli zaminlik müqavilələrində isə faiz dərəcəsi və cərimə faizinə dair müddəalar göstərilməmiş, bağlanan kredit razılaşmasına dəyişikliklərə dair sazişlərdə bunlar barədə 31.10.2014-cü il, 29.03.2015-ci il və 20.07.2016-cı il tarixli sazişlər üzrə zaminlər Cavabdeh5, X4 və Cavabdeh2 Ağamusa oğlunun razılığı alınmamışdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair“ Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31.05.2018-ci il tarixli Qərarına əsasən zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25.07.2019-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə müvafiq olaraq, zaminlik müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa və bu müqavilə qanunvericiliyin tələblərinə uyğun bütün şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə birlikdə kreditor qarşısında tam məsuliyyət daşıyır. Bu baxımdan və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinin məzmununa uyğun olaraq, zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallar baş verdikdə, zaminliyə bütövlükdə xitam verilir. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilməsinə dair 31.10.2014-cü il, 29.03.2015-ci il və 20.07.2016-cı il tarix sazişlər üzrə cavabdeh-zaminlər Cavabdeh5, X4 və Cavabdeh2 Ağamusa oğlunun razılığı alınmadığından və bu halların zaminlər Cavabdeh5, X4 və Cavabdeh2 Ağamusa oğlunun məsuliyyətinin artmasına və ya onlar üçün digər əlverişsiz nəticələrə səbəb olduğundan onlar kredit razılaşmasına görə, mülki cavabdehlik və mülki məsuliyyət daşımırlar və zaminliyə bütövlükdə xitam verilir. Ona görə də məhkəmə hesab edir ki, hazırkı halda iddianın 20.12.2013-cü il tarixli kredit razılaşması üzrə borcun cavabdehlər Cavabdeh5, X4 və Cavabdeh2 Ağamusa oğlundan tutulmasına dair hissəsi təmin edilə bilməz. Bundan başqa Kredit götürən və ipoteka qoyan Cavabdeh1 09.12.2020-ci il tarixdə vəfat etmişdir. Göyçay RİHBA-nın 08.12.2021-ci il tarixli məktubu ilə müəyyən edilmişdir ki, Cavabdeh1 miras qalmış əmlakları arvadı -Cavabdeh3, oğlanları Cavabdeh6 və Cavabdeh7 tərəfindən faktiki olaraq qəbul edilmiş və istifadələrindədir. Cavabdehlər Cavabdeh3, Cavabdeh6, Cavabdeh7 bank qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, borclu olduğu pulu müqavilə üzrə tərtib edilmiş ödəniş cədvəlində nəzərdə tutulduğu qaydada iddiaçıya qaytarmamışdır. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı kredit borcunu cavabdehlərdən müştərək qaydada tutulmasını tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın acıldığı ver üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və va əmlakı idarə etməvə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməvə taktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1256-cı maddəsinə əsasən Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 oktyabr 2020-ei il tarixli qərarında qeyd edilir ki, vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Bu baxımdan kreditorların mirası faktiki qəbul etmiş vərəsələrə qarşı məhkəmədə öhdəliyin miras qalmış əmlak hesabına icrası barədə iddia icraatı qaydasında tələb irəli sürməsi yolveriləndir. Məhkəmə hesab edir ki, Cavabdeh1 kredit razılaşması üzrə kredit borcunu iddiaçıya qaytarmadığına görə, AccessBank QSC həmin borcun ipoteka ilə yüklü edilmiş mərhum Cavabdeh1 mülkiyyətində olan Göyçay rayonu 0.52 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı, 55.6 kv.m yaşayış, 113.1 kv.m köməkçi sahəsən ibarət fərdi yaşayış evinə və Cavabdeh3 mülkiyyətində olan Göyçay rayonu Qarabaqqal kəndində 0.06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 36.2 kv.m yaşayış, 27 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsini, həmin torpaq sahələrinin və fərdi yaşayış evlərinin hərracda satılaraq əldə edilən vəsaitdən kredit borcunun ödənilməsini və torpaq sahələrinin və torpaq sahələrinin üzərində yerləşən fərdi yaşayış evinlərinin boşaldılmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icranı təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 manat dövlət rüsumu, bildirişlərin qeydə alınması üçün 20 manat dövlət rüsumu, 40 manat xidmət haqqı ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu, bildirişlərin qeydə alınması üçün 20 manat dövlət rüsumu, 40 manat xidmət haqqı cavabdehlərdən alınaraq iddiaçıya ödənilməli, ekspertiza xərci olan 200 manat cavabdehlərə aid edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı "xxxx" QSC-nin cavabdehdən kredit razılaşması üzrə 27.327.18 ABŞ dolları cərimə tələbi tənasübsüz surətdə yüksəkdir. Buna görə də məhkəmə tərəflərin mənafelərini nəzərə alaraq dəbbə pulunun tənasübsüz surətdə yüksək hesab edir və həmin dəbbə pulunun kredit razılaşması üzrə 7.18 ABŞ dolları məbləğində müəyyən edilməsini qanuna uyğun hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, mərhum Cavabdeh1 mülkiyyətində olan, hal-hazırda cavabdehlər Cavabdeh3, Cavabdeh6 və Cavabdeh7 faktiki istifadəsində olan Göyçay rayonu 0.52 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı, 55.6 kv.m yaşayış, 113.1 kv.m köməkçi sahəsən ibarət fərdi yaşayış evinə və Cavabdeh3 mülkiyyətində olan Göyçay rayonu Qarabaqqal kəndində 0.06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 36.2 kv.m yaşayış, 27 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə tutma yönəldildikdən və satıldıqdan 1 ay sonra cavabdehlər Cavabdeh3, Cavabdeh6 və Cavabdeh7 fərdi yaşayış evlərində çıxarılması, fərdi yaşayış evlərinə istifadə hüquqlarının itirilməsi və İddiaçı QSC-nə təhvil verilməsi tələbi təmin edilməməlidir. Çünki həmin fərdi yaşayış evinin iddiaçıya təhvil verilməsini tələb etmək və cavabdehin fərdi yaşayış evindən çıxarılması tələb etməkdə iddiaçının subyektiv hüququ olmamışdır. Belə hüquq daşınmaz əmlakı hərracda satın alacaq şəxsə və hərracda satılmayacağı təqdirdə banka təhvil verilməsinin baş tutacağı təqdirdə iddiaçıya məxsus olacaqdır. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi göstərilən hissədə təmin edilməməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh3, Cavabdeh6, Cavabdeh7 kredit razılaşması üzrə 20404.07 ABŞ dolları məbləğində kredit borcu, 12831.63 ABŞ dolları məbləğində faiz borcu və 7.18 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 33.242.88 ABŞ dolları kredit borcu, ödənilmiş 30 manat dövlət rüsumu, bildirişlərin qeydə alınması üçün 20 manat dövlət rüsumu, 40 manat xidmət haqqı tutulmalı, tutmanin ipoteka ilə yüklü edilmiş cavabdeh mərhum Cavabdeh1 mülkiyyətində olan, hal-hazırda cavabdehlər Cavabdeh3, Cavabdeh6 və Cavabdeh7 faktiki istifadəsində olan Göyçay rayonu 0.52 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı, 55.6 kv.m yaşayış, 113.1 kv.m köməkçi sahəsən ibarət fərdi yaşayış evinə və Cavabdeh3 mülkiyyətində olan Göyçay rayonu Qarabaqqal kəndində 0.06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 36.2 kv.m yaşayış, 27 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməli, fərdi yaşayış evinin ilkin satış qiyməti 33.000 manat müəyyən edilməli, fərdi yaşayış evləri açıq hərracda satılaraq iddiaçıya olan borc ödənilməli, fərdi yaşayış evləri açıq hərracda satıldıqdan sonra 1 ay müddətinə həmin fərdi yaşayış evləri boşaldılmalıdır. İş üzrə ekspertiza xərci olan 200 manat məbləğində pul Cavabdeh6 alınaraq ekspertizası mərkəzinə ödənilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 357 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh6, Cavabdeh7 kredit razılaşması üzrə 20404.07 ABŞ dolları məbləğində kredit borcu, 12831.63 ABŞ dolları məbləğində faiz borcu və 7.18 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 33.242.88 ABŞ dolları kredit borcunun Azərbaycan manatı ilə məzənnəsi ilə, 30 manat dövlət rüsumu, bildirişlərin qeydə alınması üçün 20 manat dövlət rüsumu, 40 manat xidmət haqqı tutularaq AccessBank QSC-nin xeyrinə verilsin. Tutma ipoteka ilə yüklü edilmiş mərhum Cavabdeh1 mülkiyyətində olan, hal-hazırda cavabdehlər Cavabdeh3, Cavabdeh6 və Cavabdeh7 faktiki istifadəsində olan Göyçay rayonu 0.52 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı, 55.6 kv.m yaşayış, 113.1 kv.m köməkçi sahəsən ibarət fərdi yaşayış evinə və Cavabdeh3 mülkiyyətində olan Göyçay rayonu Qarabaqqal kəndində 0.06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 36.2 kv.m yaşayış, 27 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə yönəldilsin, həmin fərdi yaşayış evləri açıq hərracda satılsın. Əldə edilmiş vəsaitdən cavabdehlərin banka olan kredit borcu ödənilsin. İpoteka predmeti olan Cavabdeh1 mülkiyyətində olan, hal-hazırda cavabdehlər Cavabdeh3, Cavabdeh6 və Cavabdeh7 faktiki istifadəsində olan Göyçay rayonu 0.52 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı, 55.6 kv.m yaşayış, 113.1 kv.m köməkçi sahəsən ibarət fərdi yaşayış evinin likvid dəyəri 35.000 manat, Cavabdeh3 mülkiyyətində olan Göyçay rayonu Qarabaqqal kəndində 0.06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 36.2 kv.m yaşayış, 27 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinin ilkin satış qiyməti 10.00 manat, likvid dəyəri 7.000 manat məbləğində müəyyən edilsin müəyyən edilsin, fərdi yaşayış evləri açıq hərracda satıldıqdan sonra 1 ay ərzində boşaldılsın. İddia cavabdehlər Cavabdeh5, Cavabdeh4 və Cavabdeh2 qarşı qaldırılan hissədə təmin edilməsin. İş üzrə ekspertiza xərci olan 200 manat məbləğində pul Cavabdeh6 alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********1, AZ 34CTRE******************** nömrəli hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-16/2022
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-16/2022
22.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver