Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-160/2024 08.04.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Allahverdiyeva Sevinc Elçin qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh X12 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh X17 qarşı miras əmlakda payın tanınması tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X10 miras qalmış, Göyçay rayonunun Cəyirli kəndində yerləşən, ailə üzvləri ilə ümumi birgə mülkiyyətlərində olan 0,21 ha həyətyanı torpaq sahəsinin 1/5 hissəsinin, yəni 0,042 ha torpaq sahəsində tam miras payının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, o, xx xxxx 1970-ci il tarixdə X25 ilə X4 29 sentyabr 1961 -ci il tarixdə bağlanmış nikahından doğulmuşdur. X1 16 sentyabr 1996-cı il tarixdə, atası X25 08 aprel 1999-cu il tarixdə vəfat etmişlər. Atası anasının vəfatından sonra X30 ilə 02 fevral 1999-cu il tarixdə nikah qeyd etdirməklə evlənmişdir. Mərhum atası X25 vəfat edərkən onunla və ailə üzvləri ilə ümumi birgə mülkiyyətində olan Göyçay rayonunun Cəyirli kəndində yerləşən 0,21 ha həyətyanı torpaq sahəsi, 0,7051 ha və 0,1049 ha ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahələri miras qalmışdır. Mərhum atasının vəfatından sonra qalan mirası faktiki qəbul edib idarə etmişdir. Hazırda da miras əmlak onun istifadəsində və sahibliyindədir. Mərhum atası X13 ondan başqa vərəsələri arvadı X30, 01 may 1963-cü ildə doğulmuş Cavabdeh, 06 dekabr 1965-ci ildə doğulmuş X14, 26 noyabr 1965-ci ildə doğulmuş X26r. X2 01 dekabr 1961-ci ildə, X35 22 noyabr 1972-ci ildə vəfat etmişlər. Qanun üzrə birinci növbə vərəsələr X30, X36 və X5 Göyçay rayon Notariat Ofisinə mirası qəbul etməmələri haqqında ərizə versələr də, cavabdeh miras əmlakı faktiki və ya rəsmi qəbul etmədiyi halda mirasın bölüşdürülməsi ilə bağlı onunla mübahisə yaratmış və mərhum atası ilə onun və ailənin ümumi birgə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsini 4 il əvvəl zəbt edərək istifadə etməyə başlamışdır. Cavabdehlə ixtilaf səbəbindən miras əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni ala bilməmiş və Göyçay rayon Notariat Ofisi məhkəməyə müraciət etməyini tövsiyyə etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddianı müdafiə etdi, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X12 nümayəndəsi və vəkili Vəkil2 iddianı qismən qəbul etdi, izahat verərək göstərdi ki, Göyçay rayonun Cəyirli kəndində yerləşən, ümumi birgə mülkiyyətdə olan 0,21 ha həyətyanı torpaq sahəsinin mərhum X18 məxsus hissəsi iddiaçı ilə cavabdeh arasında bərabər bölünməlidir. Müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər məhkəməyə ərizə ilə müraciət edərək miras əmlakdan pay tələb etmədiyni bildirmişlər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246cı maddəsi qüvvədən düşmüşdür. Həmin qərarda həmçinin məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edildiyi qeyd edilmişdir. Cavabdeh X27 atası X13 dəfn və müalicə xərclərini çəkmişdir. Məhkəmədən X18 məxsus torpaq sahəsinin ½ hissədə İddiaçı, ½ hissədə Cavabdeh arasında bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Müvafiq qaydada məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X30, X14, X36 və Göyçay rayon Notariat Ofisinin nümayəndəsi məhkəməyə gəlməmişlər. X30, X14 və X36 məhkəməyə teleqram göndərərək, hər biri İddiaçı iddia tələbi ilə razı olduqlarını, X3 1999-cu ildə baş vermiş ölümündən sonra miras torpaq sahəsinin Zahidin istifadəsində olduğunu, cavabdehin hələ atasının sağlığında ayrı təsərrüfatda yaşadığını və atasının ölümündən sonra da öz evində yaşadığını, mirasdan pay tələb etmədiklərini və işə onarın iştirakı olmadan baxılmasını xahiş etmişlər. Müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X30, X14, X36 və Göyçay rayon Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. İş materiallarından görünür ki: Evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, X25 ilə X19 arasında nikah 29 sentyabr 1961-ci ildə bağlanmış, nikah bağlandıqdan sonra arvada Adgözəlova soyadı verilmişdir. Göyçay rayon Qeydiyyat Şöbəsinin 16 mart 2024-cü il tarixli arayışlarından görünür ki, xx.xx.1961-ci ildə anadan olmuş X20, xx.xx.1965-ci ildə anadan olmuş X7, xx.xx.1967ci ildə anadan olmuş X22, xx.xx.1970-ci ildə anadan olmuş İddiaçı, xx.xx.1972-ci ildə anadan olmuş X23 ataları X25, anaları X6r. Göyçay rayon Qeydiyyat Şöbəsinin 16 mart 2024-cü il tarixli arayışından görünür ki, xx.xx.1963-cü ildə anadan olmuş Cavabdeh atası X25, anası X8r. Nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X25 ilə X28 arasında nikah 02 fevral 1999-cu ildə bağlanmış, nikah bağlandıqdan sonra arvada Adgözəlova soyadı verilmişdir. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X25 08 aprel 1999-cu ildə ölmüşdür. Göyçay rayon Qeydiyyat Şöbəsinin 15 avqust 2023-cü il tarixli arayışından görünür ki, X31 xx.xx.1961-ci ildə, X35 xx.xx.1972-ci ildə, X11 16 sentyabr 1996-cı ildə vəfat etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Göyçay rayonu Cəyirli kəndində yerləşən 0.21 ha torpaq sahəsi İddiaçı, X15, X9, X16 ümumi birgə mülkiyyətindədir. Göyçay rayon İHB-nın Cəyirli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 15 avqust 2023-cü il tarixli arayışından görünür ki, X25 1961-ci il tarixdən öldüyü günədək, yəni xx.xx.1999-cu il tarixədək Göyçay rayon Cəyirli kəndində qeydiyyatda olmuş və yaşamışdır. X3 ölümündən sonra miras qoyanın öhdəsində həyat yoldaşı X30 (ayrı təsərrüfatda yaşayır), oğlu X31 (vəfat etmiş, həmin təsərrüfatda yaşayıb), oğlu Cavabdeh (ayrı təsərrüfatda yaşayır), qızı X14 (ayrı təsərrüfatda yaşayır), oğlu X36(ayrı təsərrüfatda yaşayır), oğlu İddiaçı (həmin təsərrüfatda yaşayır), oğlu X35 (vəfat etmiş, həmin təsərrüfatda yaşayıb) adlı vərəsələri vardır. Göyçay rayon Cəyirli Bələdiyyəsinin 27 oktyabr 2023-cü il tarixli arayışından görünür ki, X18 məxsus torpaq sahəsinin və özünə məxsus evin əmlak vergiləri atası vəfat edəndən sonra İddiaçı tərəfindən bələdiyyə büdcəsinə ödənilmişdir. “Azəriqaz” İB-nin X53 İstismarı İdarəsinin 02 oktyabr 2023-cü il tarixli arayışından görünür ki, Göyçay rayonun Cəyirli kəndində yaşayan İddiaçı X53 İstismarı İdarəsinin Göyçay xidmət sahəsinin AGİS proqramında abonent kimi qeydiyyatdadır. "xxxx" ASC-nin Göyçay EŞ-nin 02 oktyabr 2023-cü il tarixli arayışından görünür ki, Göyçay rayonun Cəirli kəndinə quraşdırılmış ******* saylı elektrik sayğacı proqram bazasında İddiaçı adınadır. X30, X14, X22 xx.xx.2023-cü il tarixli ərizələrindən görünür ki, onlar xx.xx.1999-cu il tarixdə vəfat etmiş X10 miras qalmış əmlakdan onlara çatası payı qəbul etməmiş və etmirlər. Mirasın bir hissəsindən imtinanın bütövlükdə mirasdan imtina ilə eyni olması və imtina ərizəsinin geri götürülməsinin mümkün olmamasını bilirlər. Göyçay rayon Notariat Ofisinin 26 oktyabr 2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı Cavabdeh ilə aralarında həmin əmlaka dair mirasın bölüşdürülməsi haqqında ixtilafı həll etmək üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Əsaslandırıcı hissə: Azərbaycan SSR-in Mülki Məcəlləsi (1964-cü il redaksiyalı): 527-ci maddəsinə əsasən vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. Nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsələr yoxdursa, yaxud vərəsələrin heç biri mirası qəbul etməyibdirsə, yaxud vərəsələrin hamısı vəsiyyət edən tərəfindən vərəsəlikdən məhrum ediliblərsə, ölmüş şəxsin əmlakı vərəsəlik hüququ üzrə dövlətə keçir. 528-ci maddəsinə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır... 530-cu maddəsinə əsasən aşağıdakılar vərəsə ola bilərlər: - qanun üzrə vərəsəlikdə — miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyan şəxsin ölümündən sonra doğulan uşaqlar; 532-ci maddəsinə əsasən qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (övladlığa götürülənlər), arvad (ər), ölənın valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. 552-ci maddəsinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. 556-cı maddəsinə əsasən qanun üzrə və ya vəsiyyət üzrə vərəsə, vərəsəlik açıldığı gündən altı ay müddətində, mirasdan imtina etməyə haqlıdır. Bu halda o, qanun üzrə və ya vəsiyyət üzrə olan vərəsələrdən qalan hər hansı birinin xeyrinə, dövlətin və ya ayrıca dövlət, kooperativ təşkilatların xeyrinə mirasdan imtina etdiyini göstərə bilər. Vərəsə tərəfindən mirasdan imtina etməyin kimin xeyrinə olduğu göstərilməklə edilən imtina, mirası qəbul etməmək hallarında baş verən nəticələrə səbəb olur. Vərəsə, vərəsəlik açılan yerin notariat kontoruna mirası qəbul etmək və ya vərəsəlik hüququ barədə ona şəhadətnamə verilməsinə dair ərizə verdikdə, mirasdan imtina etməyə yol verilmir. Mirasdan imtina, vərəsə tərəfindən, vərəsəliyin açıldığı yerin notariat kontoruna ərizə vermək yolu ilə edilir. 563-cü maddəsinə əsasən miras əmlakının bölünməsi qanun üzrə və vəsiyyət üzrə vərəsələrin hər birinə düşən hissəyə müvafiq olaraq, mirası qəbul edən vərəsələrin razılığı ilə verilir. Razılıq olmadıqda bölgü, məhkəmə qaydasında aparılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır “C. Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatlarını dinləyərək və işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Mülki işin mübahisəsiz halları ondan ibarətdir ki, miras əmlaka X13 adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmış Göyçay rayonun Cəyirli kəndində yerləşən 0,042 ha torpaq sahəsi daxildir. Miras qoyanın adına öldüyü məqamadək digər əmlakın (və ya əmlakların) olması müəyyən edilməmişdir. Həmçinin iş üzrə tədqiq edilmiş sübutlardan müəyyən edilmişdir ki, miras xx.xx.1999-cu ildə açıldıqdan sonra miras qoyanın 4 qanun üzrə vərəsəsi olmuşdur: arvadı - X30, qızı - X21, oğlanları - Cavabdeh və X32. X30, X21 və X32 mirası qəbul etməkdən imtina etmişdirlər. Digər vərəsə Cavabdeh miras əmlakdan payı qanun üzrə vərəsələr üçün müəyyən edilmiş qaydalara riayət etməklə qəbul etməsini təsdiq edən sübut təqdim etməmişdir. Bununla əlaqədar məhkəmə qeyd edir ki,mirasın qəbul edildiyini vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməsi və ya əmlaka sahiblik etməsi və ya əmlakı idarə eməyə faktiki başlaması hərəkətləri ilə şəksiz nümayiş etdirməlidir. İş üzrə tədqiq edilmiş sübutlardan Cavabdeh tərəfindən nə qanunla müəyyən edilmiş müddət ərzində notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verilməsi, nə əmlaka sahiblik edilməsi, nədə ki, əmlakı idarə eməyə faktiki başlanılması hərəkətlərinin edilməsi müəyyən olunmamışdır. Əksinə olaraq İddiaçı miras açıldıqdan sonra həmin miras əmlaka faktiki sahiblik etmiş, atasına məxsus torpaq sahəsinin vergilərini hal-hazıradək ödəyərək miras əmlakı faktiki idarə etmiş, bununla da mirası qəbul etmək niyyətini açıq-aşkar nümayiş etdirmişdir. Məhkəmə, cavabdehin nümayəndəsinin məhkəməyə verdiyi izahatla bağlı qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu xx.xx.2023-cü il tarixli qərar qəbul etsə də, həmin qərarda 01 sentyabr 2000-ci il tarixdən qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğu yoxlanılmışdır. Buna görə də məhkəmə hazırki iddia tələbi ilə bağlı miras qoyan X13 08 aprel 1999cu ildə vəfat etməsini nəzərə alaraq mübahisəli hüquq münasibətinin həmin vaxt, yəni 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olan maddi hüquq normalarınin tədbiq edilməsini qanuna müvafiq hesab edir. Belə olan halda isə məhkəmə hesab edir ki, Cavabdeh miras əmlak olan Göyçay rayonun Cəyirli kəndində yerləşən mərhum X18 məxsus 0.042 ha torpaq sahəsini qanunla müəyyən edilmiş müddətlər daxilində qəbul etmədiyindən onun, habelə digər vərəsələr X30, X14, X22 payları mirası faktiki qəbul etmiş İddiaçı payına əlavə edilməli, X10 miras qalmış Göyçay rayonu, Cəyirli kəndində yerləşən 0,21 ha həyətyanı torpaq sahəsinin 1/5 hissəsinə İddiaçı tam miras payı müəyyən edilməli, qətnamə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün əsaslı hesab edilməli edilməli, bununla da iddia təmin olunmalıdır. Nəticə: Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. X10 miras qalmış Göyçay rayonu, Cəyirli kəndində yerləşən 0,21 ha həyətyanı torpaq sahəsinin 1/5 hissəsinə İddiaçı tam miras payı müəyyən edilsin. Qətnamə Göyçay rayonu, Cəyirli kəndində yerləşən 0,21 ha həyətyanı torpaq sahəsinin 1/5 hissəsinə dair İddiaçı adına 1- ci növbəli vərəsə kimi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Göyçay rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Gülnaz Qurbanova
Məhkəmə qərarları › İş №2(046)-160/2024
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-160/2024
08.04.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver