Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1615/2021 14.12.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, Ərizəçi iştirakı ilə, ölüm faktının qeydə alınması tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək mərhum X2nun 23.10.1974-cü il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni müdafiə edərək göstərmişdir ki, X2 1888-ci il tarixdə Göyçay şəhərində anadan olmuşdu. X2 23.10.1974-cü il tarixdə vəfat etmiş, atasını Göyçay rayon 1-ci Ərəbcəbirli kənd qəbirstanlığında dəfn etmişlər. Hal-hazırda atasının qəbri Göyçay rayon 1-ci Ərəbcəbirli kənd qəbirstanlığında yerləşir. Mərhum bacısı X1 miras qalmış əmlaka dair notariat hərəkətləri aparmaq istəyərkən məlum olmuşdur ki, mərhum X2nun ölümü qeydiyyat şöbəsində qeydə alınmamışdır. Atasının ölümünü qeydə almaq qeydiyyat şöbəsinə müraciət etmiş, lakin qeydiyyat şöbəsi anasının ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı təqdim edilmədiyindən imtina etmişdir. Buna görə də ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə maraqlı tərəf Göyçay Rayon Qeydiyyat Şöbəsinə məhkəmənin yeri və vaxtı barədə məlumat verilmiş, Göyçay Rayon Qeydiyyat Şöbəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə Qeydiyyat Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Ərizəçini dinləyən və iş üzrə təqdim edilmiş sübutlara qiymət verən məhkəmə hesab edir ki, ərizə əsaslıdır və aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş X6 surətindən görünür ki, Ərizəçi xx.xx.1962-ci il tarixdə anadan olmuşdur. X2dur. Məhkəməyə təqdim edilmiş Göyçay rayon rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 06.07.2021-ci il tarixli məktubdan görünür ki, X3 ölümünün qeydə alınması üçün ölüm haqqında tibbi şəhadətnamə Qeydiyyat Şöbəsinə təqdim olunmalıdır. Ölüm haqqında tibbi şəhadətnamə olmadığı halda isə ölüm haqqında akt qeydinin qeydə alınması mümkün deyildir. Bu səbəbdən məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Məhkəməyə təqdim edilmiş Göyçay rayon Ərəbcəbirli Bələdiyyəsi tərəfindən 02.07.2021-ci il tarixdə verilmiş arayışdan görünür ki, Ərizəçi X2 23.10.1974-cü il tarixdə vəfat etmiş və Ərəb qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilir ki, Ərizəçi mərhum anası 23.10.1974-cü il tarixdə vəfat etmiş X3 ölümünün qeyd edilməsini başqa qaydada əldə edə bilməz. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə əsasən ölümün qeyd edilmə faktı məhkəmə tərəfindən müəyyən oluna bilər. Sadalananlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi X2nun 23.10.1974-cü il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə ərizəsi təmin edilməlidir. Yuxarıda şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216, 220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi X2nun 23.10.1974-cü il tarixdə Göyçay şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə ərizəsi təmin edilsin. Bu qətnamə X3 ölümünün qeydiyyat orqanında qeydə alınaraq, ölüm haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamənin icrası Göyçay rayonu Qeydiyyat Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-1615/2021
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1615/2021
14.12.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver