Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1637/2021 10.11.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, Ərizəçi iştirakı ilə, ölüm faktının qeydə alınması tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək mərhum anası X1 12.11.2020-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni müdafiə edərək göstərmişdir ki, anası X3 12.11.2020-ci il tarixdə Bakı şəhər Suraxanı rayon Hövsan qəsəbəsində vəfat etmiş və Bakı şəhər Suraxanı rayon Hövsan qəbrstanlığında dəfn edilmişdir. Anasının ölümünü qeydə almaq qeydiyyat şöbəsinə müraciət etmiş, lakin qeydiyyat şöbəsi anasının ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı təqdim edilmədiyindən imtina etmişdir. Buna görə də ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə maraqlı tərəf Maraqlı şəxsnə məhkəmənin yeri və vaxtı barədə məlumat verilmiş, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə Qeydiyyat Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Ərizəçini dinləyən və iş üzrə təqdim edilmiş sübutlara qiymət verən məhkəmə hesab edir ki, ərizə əsaslıdır və aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş Maraqlı şəxs tərəfindən verilmiş arayışdan görünür ki, Ərizəçi xx.xx.1967-ci il tarixdə anadan olmuşdur. Atası – X5, anası X2r. Məhkəməyə təqdim edilmiş TTTYS-nın X4 vərəqəsindən görünür ki, X3 12.11.2020-ci il tarixdə həkimə qədər vəfat etmişdir. Bakı şəhər Xətai rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 05.02.2021-ci il tarixli məktubdan görünür ki, X1 ölümünün qeydə alınması üçün ölüm haqqında tibbi şəhadətnamə Qeydiyyat Şöbəsinə təqdim olunmalıdır. Ölüm haqqında tibbi şəhadətnamə olmadığı halda isə ölüm haqqında akt qeydinin qeydə alınması mümkün deyildir. Bu səbəbdən məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilir ki, Ərizəçi mərhum anası 12.11.2020-ci il tarixdə vəfat etmiş X1 ölümünün qeyd edilməsini başqa qaydada əldə edə bilməz. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə əsasən ölümün qeyd edilmə faktı məhkəmə tərəfindən müəyyən oluna bilər. Sadalananlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi anası X1 12.11.2020-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə ərizəsi təmin edilməlidir. Yuxarıda şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216, 220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi anası X1 12.11.2020-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə ərizəsi təmin edilsin. Bu qətnamə X1 ölümünün qeydiyyat orqanında qeydə alınaraq, ölüm haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamənin icrası Göyçay rayonu Qeydiyyat Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-1637/2021
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1637/2021
10.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver