Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1731/2023 14.09.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh əmlakın çıxarılması tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən Cavabdeh məxsus cehiz əşyalarının çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddianı müdafiə edərək göstərmişdir ki, oğlu X1 cavabdehlə 29 avqust 2022ci ildə el adətinə uyğun ailə qurmuşdur. Nikahları qeydiyyat orqanında qeydə alınmamışdır. Ər-arvad münasibətlərində olmaqla birlikdə yaşadıqları müddətdə uşaqları olmamışdır. Cavabdeh oğlu X1 ilə mübahisə etmiş, 2023-cü ilin iyun ayında valideyinlərinə məxsus evə qayıtmışdır. Cavabdeh özünə məxsus istifadə etmək üçün ev əşyaları gətirmişdir. Bir neçə ay bir yerdə yaşamışlar. Müxtəlif səbəbləri bəhanə edərək gəlini aylardır ki, anasının evində yaşayır. Onun əşyaları isə yaşadığı və xüsusi mülkiyyətində olan evdə qalmışdır. Buna görə də Cavabdeh məxsus yataq dəsti-Ağ rəngli-Şfaner-Termo- Kravat-2 tumbuçka-1 ədəd sandıq-1 ədəd oturacağın, künclü divanın, 1 ədəd stol, 6 ədəd stulun, 1 ədəd qazan, 1 ədəd tava, 1 ədəd qəfədan, 1 ədəd meyvəqabı, 6 ədəd maskura, 6 ədəd nəlbəki, 6 ədəd bakal, 6 ədəd çaşka-nəlbəki (dəst), 6 ədəd armudu stəkan, 6 ədəd armudu nəlbəki, 2 ədəd ayaqlı qənd qabı, 1 ədəd dəm çayniki, 12 ədəd meyvə bıçaqı, 6 ədəd xörək qaşığı, 6 ədəd çəngəl, 6 ədəd çay qaşığı, 48 ədəd boşqab dəsti, 2 ədəd ləpə qabı, güldan, 1 ədəd konfet qabı qapaqlı, 6 ədəd mürəbbə qabı (şüşə), 1 ədəd divar Saatı, 2 ədəd prastina dəsti, 2 ədəd üzlü yasdıq, 1 ədəd süfrə 2 metrə, 1 ədəd skater, 2 ədəd əl dəsmalı, 6 ədəd şirə bakalı, 1 ədəd taxt döşəyi-tünd albalı, 2 ədəd tək döşək – rozvu, 1 ədəd taxt yorğanı – rozvu, 2 ədəd tək yorğan – rozvu, 4 ədəd yastıq – rozvu, 4 ədəd nimdar – tünd albalı, 1 ədəd 4/3-ə ölçüdə iran xalçası, 1 ədəd ütü, 1 ədəd tozsovuran, 1 ədəd ət çəkən maşın, 2 ədəd odeyal, 1 ədəd sərinkeş, 1 ədəd pəncərənin pərdəsi, tülü, 1 ədəd çılçıraq, 1 ədəd tək çarpayı ağ rəngdə, 6 ədəd asılqan, 1 ədəd qətvə, 2 ədəd əl üz dəsmalı, 5 ədəd çay dəsmalı, 1 ədəd tutacaq, 1 ədəd 5 gözlü duzqabı, 1 ədəd su qrafininin Ağsu şəhəri, S.Rzayev küçəsi, ev 9/1 saylı fərdi yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddianı qəbul edərək göstərmişdir ki, iddiaçının oğlu X1 ilə el-adətinə uyğun olaraq xx.xx.2022-ci il tarixdə ailə qurmuşdur. Ailə qurduqdan sonra əmlakı ilə birlikdə iddiaçının yaşadığı fərdi yaşayış evinə gəlin köçmüşdür. Gəlin köçərkən nişan və toy mərasimlərində ona qızıl-ziynət əşlayarı da hədiyyə edilmişdir. Hazırda ona məxsus əmlaklar və qızıl-ziynət əşyaları iddiaçının yaşadığı evdə qalmışdır. Ona məxsus qızılları qaytaracaqları təqdirdə cehiz əmlakarınıda həmin evdən çıxaracaqdır. İş üzrə tərəfləri dinləyən, toplanmış sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş Ağsu rayonlararası Texniki İnventar Bürosu tərəfindən tərtib edilmş 01 avqust 2005- ci il tarixli fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportundan görünür ki, Ağsu şəhəri S.Rzayev küçəsi ev 9/1 saylı fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 3-cü bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusiyanın 71-ci maddəsinin 2-ci bəndinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə,qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsainin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sadalananlara əsasən məhkəmə hesab edir ki, İddiaçı məxsus Ağsu şəhəri S.Rzayev küçəsi ev 9/1 saylı fərdi yaşayış evi üzərində mülkiyyətdən istifadə hüquqları Cavabdeh tərəfindən pozulmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı məxsus Ağsu şəhəri S.Rzayev küçəsi ev 9/1 saylı fərdi yaşayış evindən Cavabdeh məxsus cehiz əmlaklar çıxarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. İddiaçı məxsus Ağsu şəhəri, S.Rzayev küçəsi, ev 9/1 saylı fərdi yaşayış evindən Cavabdeh məxsus yataq dəsti-Ağ rəngli-Şfaner-Termo-Kravat-2 tumbuçka-1 ədəd sandıq-1 ədəd oturacağın, künclü divanın, 1 ədəd stol, 6 ədəd stulun, 1 ədəd qazan, 1 ədəd tava, 1 ədəd qəfədan, 1 ədəd meyvəqabı, 6 ədəd maskura, 6 ədəd nəlbəki, 6 ədəd bakal, 6 ədəd çaşka-nəlbəki (dəst), 6 ədəd armudu stəkan, 6 ədəd armudu nəlbəki, 2 ədəd ayaqlı qənd qabı, 1 ədəd dəm çayniki, 12 ədəd meyvə bıçaqı, 6 ədəd xörək qaşığı, 6 ədəd çəngəl, 6 ədəd çay qaşığı, 48 ədəd boşqab dəsti, 2 ədəd ləpə qabı, güldan, 1 ədəd konfet qabı qapaqlı, 6 ədəd mürəbbə qabı (şüşə), 1 ədəd divar Saatı, 2 ədəd prastina dəsti, 2 ədəd üzlü yasdıq, 1 ədəd süfrə 2 metrə, 1 ədəd skater, 2 ədəd əl dəsmalı, 6 ədəd şirə bakalı, 1 ədəd taxt döşəyi-tünd albalı, 2 ədəd tək döşək – rozvu, 1 ədəd taxt yorğanı – rozvu, 2 ədəd tək yorğan – rozvu, 4 ədəd yastıq – rozvu, 4 ədəd nimdar – tünd albalı, 1 ədəd 4/3-ə ölçüdə iran xalçası, 1 ədəd ütü, 1 ədəd tozsovuran, 1 ədəd ət çəkən maşın, 2 ədəd odeyal, 1 ədəd sərinkeş, 1 ədəd pəncərənin pərdəsi, tülü, 1 ədəd çılçıraq, 1 ədəd tək çarpayı ağ rəngdə, 6 ədəd asılqan, 1 ədəd qətvə, 2 ədəd əl üz dəsmalı, 5 ədəd çay dəsmalı, 1 ədəd tutacaq, 1 ədəd 5 gözlü duzqabı, 1 ədəd su qrafinindən ibarət əmlaklar çıxarılsın. Qətnamənin icrası Ağsu rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov.
Məhkəmə qərarları › İş №2(046)-1731/2023
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1731/2023
14.09.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver