Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 2(046)-1741/2023 14.09.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanov Elçin Firudin oğlunun sədrliyi, Qəniyev Nurlan Mehman oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında işə baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Göyçay rayonu İnçə kəndində yerləşən iddia ərzəsinin təsviri hissəsində sadalanan qızıl-ziynət əşyalarının “1070 manat dəyəri olan 750 əyyar, komplekt (sırğanı, üzüyü, sepi və qolbağını), 110 manat dəyəri olan 585 əyar nişan üzüyü, 300 manat dəyərində olan 585 əyyar üzüyü, 70 manat dəyəri olan rus qızılını, 200 manat dəyərində olan 585 əyyar taxılma üzüyü, 150 manat dəyəri olan 585 əyyar taxılma üzüyü və 100 manat dəyəri olan 585 əyyar sırğanı” Cavabdeh alınaraq ona qaytarılmasını, həmin əmlaklar mövcud olmadıqda isə onların dəyərinin cəmi 2000 (iki min) manatın cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, mübahisənin məhkəmədən kənar həll etdiyini, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasın xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş İddiaçı və Cavabdeh məhkəməyə gəlməmişlər, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə hesab edir ki, məhkəmə baxışına hazırlığın icraatı zamanı İddiaçı iddia ərizəsinin qaytarılmasına dair ərizə verdiyindən iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı, habelə ödənilmiş dövlət rüsumu da qaytarılmalıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 170, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq və göstərilənləri nəzərə alıb qərara aldı: İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ödənilmiş 40 manat dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardaddan 10 gün müddətində Göyçay Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən :Elçin Qurbanov
Məhkəmə qərarları › İş №2(046)-1741/2023
Göyçay Rayon Məhkəməsi Qərardad — İş №2(046)-1741/2023
14.09.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver