Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 2(046)-1743/2021 28.10.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi və Cavabdeh iştirakı ilə, iddiaçı “X1 Xidməti” MMC-nin Cavabdeh qarşı avtomobil yolunun mühafizə zolağında yerləşən qeyri-yaşayış obyektinin sökülməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı “X1 Xidməti” MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, R-13 indeksli respublika əhəmiyyətli Göyçay-Ucar avtomobil yolunun 2.5 km-də yolun sağ tərəfində yeni tikilməkdə olan Cavabdeh məxsus ticarət obyektinin avtomobil yolunun mühafizə zolağından cavabdehin vəsaiti hesabına sökülüb kənarlaşdın İması və avtomobil yolunun mühafizə zolağının ilkin vəziyyətə gətirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarından görünür ki, iddiaçı “X1 Xidməti” MMC-nə ünvanlanmış 24 avqust 2021-ci il tarixli məhkəmə bildirişi 31 avqust 2021-ci il tarixdə Həsənova İ.A tərəfindən imza edilməklə təhvil alınmış, iddiaçının nümayəndəsi 28.10.2021-ci il tarixə təyin edilmiş məhkəmə baxış iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Cavabdeh məhkəmə iclasında iştirak etmiş və işə mahiyyəti üzrə baxılmasını tələb etməmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.7-cı maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: İddiaçı “X1 Xidməti” MMC-nin Cavabdeh qarşı avtomobil yolunun mühafizə zolağında yerləşən qeyri-yaşayış obyektinin sökülməsi tələbinə dair mülki iş baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Göyçay Rayon Məhkəməsinə şikayət vermək olar. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-1743/2021
Göyçay Rayon Məhkəməsi Qərardad — İş №2(046)-1743/2021
28.10.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver