Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1744/2023 04.10.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanov Elçin Firudin oğlunun sədrliyi, Qəniyev Nurlan Mehman oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə Göyçay Rayon Məhkəməsinə müraciət edərək xx.xx.1993-cü il tarixdə Göyçay rayonu, Bığır kəndinə anadan olmuş X1 xx.xx.1994-cü il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: Ərizəçi tələbini belə əsaslandırmışdır ki, oğlu X4 xx.xx.1993-cü il tarixdə Göyçay rayonu, Bığır kəndinə anadan olmuş,xx.xx.1994-cü il tarixdə ölmüş və Göyçay rayonu, Bığır kənd qəbirstanlığında dəfn edilmişdir. Savadsız olduğu üçün oğlunun rəhmətə getməsini dövlət qediyyatına aldıra bilməmişdir. Sonrada maraqlı orqan Maraqlı şəxsnə müraciət edib oğlu xx.xx.1993-cü il tarixdə Göyçay rayonu, Bığır kəndinə anadan olmuş X1 ölümünü qeyd etdirmək istəyəndə ona onun ölümünün dövlət qeydiyyatına alınmasından imtina (Maraqlı şəxs arayışı) edilmişdir. Bundan sonra ona məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Bu səbəbdən məcbur olub məhkəməyə müraciət etmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilən xüsusatları təsdiq edərək ərizənin təmin edilməsini xahiş etmişdir. Müvafiq qaydada məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş Maraqlı şəxs nümayəndəsi məhkəməyə gəlməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə nümayəndənin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X5 göstərdi ki,Ərizəçi onun qohumudur. xx.xx.1993-cü il təvəllüdlü X4 Ərizəçi oğludur,o,xx.xx.1994-cü ildə Göyçay rayonun Bığır kəndində vəfat etmiş və Göyçay rayonu Bığır kənd qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X2 göstərdi ki, Ərizəçi onun qonşusudur. xx.xx.1993-cü il təvəllüdlü X4 xx.xx.1994-cü ildə Göyçay rayonu Bığır kəndində vəfat etmiş və Göyçay rayonu Bığır kənd qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə ərizəçinin izahatlarını, şahidlərin ifadələrini dinləyib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, ərizə aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. Mülki işdə olan sənədlər: İşə əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1993-cü il tarixdə anadan olmuş X1 anası X3r. İşə əlavə edilmiş Maraqlı şəxs xx.xx.2023-cü il tarixli arayışından görünür ki, X1 ölümünün qeyd edilməsi üçün ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyindən ölüm faktının məhkəmə tərəfindən müəyyən edilməsi bildirilmişdir. İşə əlavə edilmiş Göyçay rayon İHB-nın Bığır kənd İnzibati Ərazi Nümayəndəliyinin 22 iyun 2023-cü il tarixli arayışından görünür ki, X4 xx.xx.1993-cü ildə anadan olmuş, xx.xx.1994-cü il tarixdə vəfat etmiş və Bığır kənd qəbirstanlığında dəfn olunmuşdur. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının (AR Ədliyyə Nazirliyi və Naxçıvan MR ərazisində Naxçıvan MR Ədliyyə Nazirliyi) imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki,ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin,yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Ərizəçi xx.xx.1993-cü il tarixdə anadan olmuş və xx.xx.1994-cü il tarixdə vəfat etmiş oğlu X1 ölümü qeydiyyat şöbəsində qeydə alınmadığından,Vüsal Yahyazadənin vəfat etməsi faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Ərizəçi oğlu xx.xx.1993-cü il tarixdə anadan olmuş X1 xx.xx.1994-cü il tarixdə Göyçay rayonu Bığır kəndində ölümünün qeyd edilməsini ölüm haqqında tibbi şəhadətnaməni Maraqlı şəxsnə təqdim edə bilmədiyindən,ölüm haqqında akt qeydinin qeydə alınmasından imtina edilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, Ərizəçi 12 iyun 1993-cü ildə Göyçay rayonu Bığır kəndində anadan olmuş X1 27 dekabr 1994-cü ildə Göyçay rayonu Bığır kəndində vəfat etməsi faktını təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən hüquqi əhəmiyyəti olan faktı təqdim olunmuş sübutlarla müəyyən edilmiş hesab olunmalı,bununla da Ərizəçi ərizəsi təmin edilməlidir. Məhkəmə qeyd olunanları və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, qət etdi: Ərizə təmin edilsin. 12 iyun 1993-cü ildə Göyçay rayonu Bığır kəndində anadan olmuş X1 27 dekabr 1994-cü ildə Göyçay rayonu Bığır kəndində vəfat etməsi faktı müəyyən edilsin. Bu qətnamə X1 ölümünün qeydiyyat orqanında qeydə alınaraq ölüm haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov
Məhkəmə qərarları › İş №2(046)-1744/2023
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1744/2023
04.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver