Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1805/2021 07.10.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, Ərizəçi iştirakı ilə, ölüm faktının qeydə alınması tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək mərhum bacısı X3 23.06.1977-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni müdafiə edərək göstərmişdir ki, mərhum bacısı 25.10.1952-ci ildə anadan olmuş X5 23.06.1977-ci il tarixdə Göyçay şəhərində vəfat etmiş və Göyçay rayonunun Ərəbcəbirli kənd qəbiristanlığında dəfn edilmişdir. X1 06.02.1988-ci il tarixdə, anası X7 16.03.2013-cü il tarixdə vəfat etmişlər. Mərhum anasından miras qalmış daşınmaz əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün notariat ofisinə təqdim etmək məqsədi ilə sənədləri hazırlayarkən ona məlum olmuşdur ki, mərhum bacısı Səmayənin ölümü Maraqlı şəxsndə qeydə alınmamışdır. Hazırda bacısının ölümünü təsdiq edən sənədi almaq istəyir, lakin bacısının ölümü Maraqlı şəxsndə qeydə alınmadığı üçün həmin sənədi əldə edə bilməmişdir.. Buna görə də ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə maraqlı tərəf Maraqlı şəxsnə məhkəmənin yeri və vaxtı barədə məlumat verilmiş, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə Qeydiyyat Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Ərizəçini dinləyən və iş üzrə təqdim edilmiş sübutlara qiymət verən məhkəmə hesab edir ki, ərizə əsaslıdır və aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş Doğum Haqqında çıxarışlardan görünür ki, X5 25.10.1952-ci il tarixdə, Ərizəçi isə xx.xx.1957-ci il tarixdə anadan olmuşdur. Ataları – X6, anaları X4r. Məhkəməyə təqdim edilmiş X2 surətindən görünür ki, X6 06.02.1988-ci il tarixdə və X8 16.03.2013-cü il tarixdə vəfat etmişdir. Maraqlı şəxs tərəfindən verilmiş 17.08.2021-ci il tarixli məktubdan görünür ki, X3 ölüm haqqında akt qeydi Maraqlı şəxs arxivində aşkar olunmamışdır. X3 ölümünün qeydə alınması üçün ölüm haqqında tibbi şəhadətnamə Maraqlı şəxsnə təqdim olunmalıdır. Ölüm haqqında tibbi şəhadətnamə olmadığı halda isə ölüm haqqında akt qeydinin qeydə alınması mümkün deyildir. Bu səbəbdən Göyçay Rayon Məhkəməsinə müraciət edilməsi tövsiyə edilmişdir. Göyçay rayon Ərəbcəbirli kənd Bələdiyyəsinin 19.08.2021-ci il tarixli arayışdan görünür ki, X5 23.06.1977-ci il tarixdə Göyçay şəhərində vəfat etmiş, Göyçay rayon 1-ci Ərəbcəbirli kənd qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilir ki, Ərizəçi mərhum bacısı 23.06.1977-ci il tarixdə vəfat etmiş X3 ölümünün qeyd edilməsini başqa qaydada əldə edə bilməz. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə əsasən ölümün qeyd edilmə faktı məhkəmə tərəfindən müəyyən oluna bilər. Sadalananlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi bacısı X3 23.06.1977-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə ərizəsi təmin edilməlidir. Yuxarıda şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216, 220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi bacısı X3 Göyçay şəhərində 23.06.1977-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə ərizəsi təmin edilsin. Bu qətnamə X3 ölümünün qeydiyyat orqanında qeydə alınaraq, ölüm haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamənin icrası Göyçay rayonu Qeydiyyat Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-1805/2021
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1805/2021
07.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver