Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1808/2024 20.12.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Əliyeva Leyla Bəhər qızının katibliyi, İddiaçı2, Cavabdehlər Cavabdeh5 və Cavabdeh3 iştirakı ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və X4 qarşı miras əmlakda məcburi payların müəyyən edilməsi və həmin paylar üzərində mülkiyyət hüququnun tanınması tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçılar İddiaçı2 və İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2005-ci il tarixdə vəfat etmiş X3 miras qalmış Göyçay rayonu, Birinci Ərəbcəbirli kəndində yerləşən 0.13 ha torpaq sahəsi üzərində onların məcburi paylarının müəyyən edilməsi və həmin pay üzərində mülkiyyət hüququnun tanınmasını xahiş etmişlər. İddiaçılar iddia tələbini belə əsaslandırmışdır ki, atası X9 xx.xx.2005-ci il tarixdə «Kardiogenşok» xəstəliyi nəticəsində ölmüşdür. Mərhum atası X9 18 may 2001-ci il tarixdə Göyçay rayon Dövlət Notariat Kontorunda təsdiq edilməklə vəsiyyətnamə qoymuşdur. Həmin vəsiyyətnamə ilə Göyçay rayonu l-ci Ərəbcəbirli kənd sakini mərhum X1 verərək ölən günədək ona məxsus olan, harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını o cümlədən Göyçay rayon l-ci Ərəbcəbirli kəndində yerləşən evini və həyətyanı torpaq sahəsini İddiaçı1 vəsiyyət etmişdir. Vəsiyyətnamənin həyətyanı torpaq sahəsinə dair hissəsi qüvvədədir. DƏDRX-nin 16-saylı ərazi idarəsinin əməkdaşları tərəfindən İddiaçı2 adına verilmiş qeydiyyat nömrəsi ********** olan, xx.xx.2021 -ci il tarixli çıxarışa əsasən Göyçay rayonu, birinci Ərəbcəbirli kəndində yerləşən 0.26 ha torpaq sahəsi X5 mülkiyyətindədir. İddia ərizəsinə əlavə etdiyi Göyçay rayon icra Hakimiyyəti Başçısının ikinci Ərəbcəbirli kənd İnzibati Ərazi Dairəsi Üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışa əsasən X2nun yaşadığı müddətdə öhdəsində Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, İddiaçı2, X6, İddiaçı1 ailə üzvləri olmuşdur. X3 miras qalmış DƏDRX-nin 16-saylı ərazi idarəsinin əməkdaşları tərəfindən İddiaçı2 adına verilmiş qeydiyyat nömrəsi ********** olan, 19.11 2021-ci il tarixli çıxarışa əsasən Göyçay rayonu, birinci Ərəbcəbirli kəndində yerləşən 0.26 ha torpaq sahəsinə yiyələnmiş və miras əmlakı faktiki surətdə idarə etməyə başlamışdır. Göyçay rayon Məhkəməsinin 2(046)-1220/2022-nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən - Göyçay rayonu İ Ərəbcəbirli kəndində yerləşən, X2ndan miras qalmış 0,26 ha torpaq sahəsində İddiaçı1 1/2 hissədə payı müəyyən edilməsi və İddiaçı1 0,13 ha torpaq sahəsi üzərində vəsiyyət üzrə vərəsəlik hüququ tanınması qət edilmişdir. Göründüyü kimi İddiaçı1 Göyçay rayonu İ Ərəbcəbirli kəndində yerləşən, X2ndan miras qalmış 0,26 ha torpaq sahəsində 1/2 hissədə payı müəyyən edilsə də, Göyçay rayonu İ Ərəbcəbirli kəndində yerləşən, X2ndan miras qalmış 0,26 ha torpaq sahəsində məcburi payı müəyyən edilməmişdir. Bu səbəbdən Göyçay rayonu İ Ərəbcəbirli kəndində yerləşən, X2ndan miras qalmış 0,26 ha torpaq sahəsində məcburi payına dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə ərizə ilə Göyçay rayon Notariat Ofisinə rəsmi müraciət edərək, Göyçay rayonu İ Ərəbcəbirli kəndində yerləşən, X2ndan miras qalmış 0,26 ha torpaq sahəsində məcburi payına dair vərəsəlik haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, İddiaçı2 və X6 notariat kontoruna gəlməmişdir. Bu səbəbə görə Göyçay rayon notariat Ofisinin notariusu qərarla ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina etmişdir. Bu baxımdan hazır ki, tələblə məhkəməyə müraciyət etmək məcburiyyətində qalmışlar. Göründüyü kimi sözügedən torpaq sahəsinin iddiaçıya vəsiyyət edilməsi və həmçinin iddiaçıların məcburi paya malik olması işin mübahisəsiz hallarıdır. Bu səbəbdən hesab edirlər ki, iddiaçılar mirası qəbul etdiyi üçün onların miras əmlak üzərində məcburi payı müəyyən olunmalıdır. Məhkəmə iclasında İddiaçı2 iddianı müdafiə etdi, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş İddiaçı1 məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ilə müraciət edərək, üzürlü səbəbədən məhkəmə iclasında iştirak edə bilməyəcəyini, iddianı müdafiə etdiyini, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında cavabdeh X7 iddianı qəbul etmədi, izahat verərək göstərdi ki, torpağın yarısı o biri iddiaçıya verilmişdir, o özü də qardaşı Vaqiflə orada yaşayır. Miras əmlak 3 yerə bölünməlidir. Məhkəmə iclasında Cavabdeh3 iddianı qəbul etmədi, izahat verərək göstərdi ki, miras əmlakın 4 yerə bölünməsinə razı deyil. Belə ki, bacısı İddiaçı1 artıq mirasdan vəziyyətnamə üzrə pay almışdır. Bu səbəbdən miras əmlak 3 yerə bölünməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və X7 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Müvafiq qaydada məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Göyçay rayon Notariat Kontorunun nümayəndəsi məhkəməyə gəlməmiş, işə nümayəndənin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İş materiallarından görünür ki: Evlənmə haqqında 037429 saylı şəhadətnamənin surətindən görünür ki, X9 ilə X10 arasında 10 iyun 1950-ci il tarixdə nikah bağlanmışdır. Doğum haqqında şəhadətnamələrin və Göyçay rayon Qeydiyyat Şöbəsinin arayışının surətlərindın görünür ki, X11 xx.xx.1927-ci ildə, X12 xx.xx.1951-ci ildə, X8 xx.xx.1952-ci ildə, İddiaçı2 xx.xx.1959-cu ildə, X7 xx.xx.1962-ci ildə və İddiaçı1 xx xxxxxx 1964-cü ildə anadan olmuşdur. Göyçay rayon İHB-nın İkinci Ərəbcəbirli kənd İnzibati Ərazi Dairəsi Üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli arayışdn görünür ki, X2nun yaşadığı müddətdə öhdəsində Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, İddiaçı2, X6, İddiaçı1 ailə üzvləri olmuşdur. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyat nömrəsi ********** olan, 19.11 2021-ci il tarixli çıxarışın surətindən görünür ki, Göyçay rayonu, 1-ci Ərəbcəbirli kəndində yerləşən fərdi yaşayış evinin ¼ hissəsi X7, fərdi yaşayış evinin ¼ hissəsi Cavabdeh3, fərdi yaşayış evinin ¼ hissəsi və 0.13 ha torpaq sahəsi İddiaçı1, fərdi yaşayış evinin ¼ hissəsi İddiaçı2 mülkiyyətindədir, X5 0.13 ha torpaq sahəsində payı açıq saxlanılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli fərdi yaşayış evinə dair texniki pasportun surətindən görünür ki, Göyçay rayonun 1-ci Ərəbcəbirli kəndində yefrləşən fərdi yaşayış evinin hüquqi subyektləri İddiaçı2, X7, Cavabdeh3, İddiaçı1dır. Göyçay rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddianın qismən təmin edilməsi, Göyçay rayonu İ Ərəbcəbirli kəndində yerləşən, X2ndan miras qalmış 0,26 ha torpaq sahəsində İddiaçı1 1/2 hissədə payının müəyyən edilməsi, İddiaçı1 0,13 ha torpaq sahəsi üzərində vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, cavabdehlər Cavabdeh3 və Cavabdeh5 birgə verdikləri apellyasiya şikayəti təmin edilməmiş, hazırki iş üzrə Göyçay Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 24 oktyabr 2022-ci il tarixli qətnamə cavabdehlər Cavabdeh3 və Cavabdeh5 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, kasassiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2 (107)-259/2023 saylı mülki iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Ölüm haqqında şəhadətnamələrin surətindən görünür ki, X10 xx.xx.2001-ci ildə və X9 xx.xx.2005-ci ildə ölmüşdür. 200168 saylı vəsiqənin surətindən İddiaçı1 ümumi səbəbdən ikinci qrup əlildir. Göyçay rayon Notariat Ofisinin 15 iyul 2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı2 X13, X8, Cavabdeh3 və X7 ilə aralarında X14 ilə aralarında həmin əmlaka dair mirasın bölüşdürülməsi haqqında ixtilafı həll etmək üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. 1194-cü maddəsinə əsasən məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. 1195-ci maddəsinə əsasən məcburi payın tam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirilir. 1196-cı maddəsinə əsasən vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsini Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında göstərildiyi kimi, qanun üzrə vərəsələrdən, birinci növbə vərəsələrin mirasda məcburi pay hüququ – vəsiyyətnamə ilə bağlı deyil və onların hüquqlarının pozulması nəticəsində yaranan, birtərəfli qaydada dəyişdirilməsi mümkün olmayan, icrası məcburi xarakter daşıyan subyektiv hüququdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmənin mövqeyi: Mülki qanunvericiliyinin tələbinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.( Mülki Məcəllənin 1151.1-ci maddəsi). X2 ilə X10 rəsmi nikah qeyd etdirməklə ailə həyatı qurmuşlar. Həmin nikahdan onların Rəna, Minarə, Vaqif, Nizam, Niyaz, Rübabə və Xatirə adlı 7 övladları anadan olmuşlar. İddiaçıların anası Zəriş Həsənova xx.xx.2001-ci il tarixdə, atası Həsən Həsənov isə xx.xx.2005-ci il tarixdə vəfat etmişlər. X21 xx.xx.2001-ci il tarixdə özünə məxsus olan fərdi yaşayış evini, həyətyanı və kənd təsərrüfatı təyinatlı torpaq sahələrini qızı, hazırkı iş üzrə İddiaçı1 vəsiyyət etmişdir. Göyçay Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli qətnaməsi ilə həmin vəsiyyətnamə evə dair hissədə etibarsız hesab edilmiş, eyni zamanda, Həsən Həsənovdan və Zəriş Həsənovadan miras qalmış 0,57 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı1 və İddiaçı2 arasında bölünmüş, Vaqif və Cavabdeh4ların Həsən Həsənovdan və Zəriş Həsənovadan miras qalmış 0,57 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə vəsiyyət və qanun üzrə vərəsələr kimi paylarının müəyyən edilməsi tələbinə dair iddiaları rədd edilmişdir. Daha sonra Cavabdeh5, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 iddia ərizəsi ilə Göyçay Rayon Məhkəməsinə müraciət edərək, Göyçay rayonu 1-ci Ərəbcəbirli kəndində yerləşən və mərhum ataları Həsən Həsənovdan miras qalmış fərdi yaşayış evinin qanun üzrə birinci növbə vərəsələr arasında bərabər qaydada bölünməsini xahiş etmişlər. Göyçay Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, X21dan miras qalmış Göyçay rayonu İ Ərəbcəbirli kəndində 0,26 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 102,6 kv.m yaşayış, 58,7 kv.m köməkçi sahədən ibarət olan fərdi yaşayış evində Cavabdeh5, Cavabdeh3, İddiaçı2 və İddiaçı1 hər birinin 1/4 hissədə payı müəyyən edilmişdir. Göründüyü kimi, qanuni qüvvəsini almış məhkəmə qətnamələrinə əsasən X21dan miras qalmış fərdi yaşayış evini onun birinci növbəli vərəsələri İddiaçı1, Cavabdeh5, Cavabdeh3 və İddiaçı2, kənd təsərrüfatı təyinatlı torpaq sahəsini isə İddiaçı1 və İddiaçı2 qəbul etmişlər. Həmçinin qanuni qüvvəsini almış məhkəmə qətnaməsinə əsasən X21 tərəfindən qoyulmuş xx.xx.2001-ci il tarixli vəsiyyətnamə yalnız fərdi yaşayış evinə dair hissədə etibarsız hesab edilmişdir. Həmin vəsiyyətnamə Göyçay rayonu 1-ci Ərəbcəbirli kəndində yerləşən 0,26 ha həyətyanı torpaq sahəsinə dair hissədə hal-hazıradək qüvvədə olmuş, X21dan miras qalmış 0,26 ha həyətyanı torpaq sahəsi İddiaçı1 iddiasına əsasən vərəsələr arasında bölünərək, iddiaçının payı müəyyən edilmişdir. Yuxarıda qeyd olunduğu kimi, qanun qüvvəsini almış məhkəmə qətnamələri ilə müəyyən edilmişdir ki, X21dan miras qalmış əmlakı iddiaçı ilə yanaşı, digər birinci növbə üzrə vərəsələrdən Rübabə Həsənova, Cavabdeh3 və İddiaçı2 qəbul etmişlər. Miras əmlak olan 0,26 ha torpaq sahəsinin İddiaçı1 vəsiyyət edildiyini, digər miras əmlakları faktiki qəbul edən Cavabdeh5, Cavabdeh3 və İddiaçı2 həmin 0,26 ha torpaq sahəsində məcburi pay hüququnun olmasını nəzərə alan məhkəmə, hesab etmişdir ki, torpaq sahəsində İddiaçı1 1/2 hissədə payı müəyyən edilərək, onun 0,13 ha torpaq sahəsi üzərində vəsiyyət üzrə vərəsəlik hüququ tanınmışdır. Məhkəmə hesab edir ki, Göyçay rayon 1-ci Ərəbcəbirli kəndində yerləşən 0,26 ha torpaq sahəsində İddiaçı1 1/2 hissədə payı müəyyən edilərək, onun 0,13 ha torpaq sahəsi üzərində vəsiyyət üzrə vərəsəlik hüququ tanındığından, qalan 0.13 ha torpaq sahəsi üzərində qanun üzrə məcburi payı müəyyən edilməməklə iddia ona dair hissədə təmin edilməməli, həmin torpaq sahəsi üzərində qanun üzrə vərəsələr Rübabə Həsənova, Cavabdeh3 və İddiaçı2 payının olması nəzərə alınmalıdır. İddiaçı2 0.13 ha torpaq sahəsi üzərində özünün məcburi pay hüququnun müəyyən edilməsini və həmin yay üzərində mülkiyyət hüququnun tanınmasını tələb etdiyindən, onun payı 0.043 ha (0.13/3=0.043) müəyyən edilməlidir. İddiaçı1 vəsiyyət üzrə vərəsə olduğundan nəzərə alınmır. Beləliklə, məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, xx.xx.2005-ci il tarixdə vəfat etmiş X3 miras qalmış Göyçay rayonu Birinci Ərəbcəbirli kəndində yerləşən 0.13 ha torpaq sahəsi üzərində İddiaçı2 0.043 ha İddiaçı2 məcburi pay hüququ müəyyən edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Nəticə: Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. xx.xx.2005-ci il tarixdə vəfat etmiş X3 miras qalmış Göyçay rayonu Birinci Ərəbcəbirli kəndində yerləşən 0.13 ha torpaq sahəsi üzərində İddiaçı2 0.043 ha İddiaçı2 məcburi pay hüququ müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə xərcləri iddiaçılara aid edilsin. Qətnamənin icrası Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 16 saylı Ərazi İdarəsinə həvalə edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Göyçay rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Gülnaz Qurbanova
Məhkəmə qərarları › İş №2(046)-1808/2024
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1808/2024
20.12.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver