Məhkəmə qərarları › İş №2(046)-181/2024

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-181/2024

06.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-181/2024 06.02.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Giriş hissə: Qurbanova Gülnaz İntiqam qızının sədrliyi X7 oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs rəisi X1 iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: Ərizəçi ərizə ilə Göyçay Rayon Məhkəməsinə müraciət edərək xx.xx.1969-cu il təvəllüdlü X2 xx.xx.2021-ci il tarixdə ölməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Ərizəçi tələbini belə əsaslandırmışdır ki, onun qardaşı X5 xx.xx.1969-cu ildə anadan olub, xx.xx.2021 ci il tarixində vəfat etmişdir. O, Göyçay rayonu ərazisində yerləşən 1-ci Ərəbcəbirli kənd qəbiristanlığında dəfn edilmişdir. Bu vaxta kimi qardaşına ölüm haqqında şəhadətnamə almamışlar. Maraqlı şəxs 02 noyabr 2023-ci il tarixli məktubundan da görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və X2 ölüm akt qeydi aşkar edilməmişdir. X9 ünvan 1 ünvanında yerləşən torpaq sahəsi və fərdi yaşayış evi vardır. Atası 31 may 2005-ci ildə vəfat etmişdir. Hazırda atasına məxsus olan torpaq sahəsiniin vərəsəlik qaydasında əldə edilməsi ücün birinci növbə vərəsələrin müvafiq sənədləri notariat orqanına təqdim edilməlidir. Qardaşının ölüm haqqında şəhadətnaməsi olmadığı üçün vərəsəliklə bağlı sənədləşdirmə işlərini həyata keçirə bilmir. Buna görə də məhkəmə qaydasında qardaşının ölüm faktının müəyyən edilməsi zəruridir. Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilən xüsusatları təsdiq etdi və əlavə olaraq bildirdir ki, qardaşı X5 onlara qonaq gəlmiş və xx.xx.2021-ci il tarixdə Göyçay rayonunda vəfat etmişdir. Məhkəmədən ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Maraqlı şəxs nümayəndəsi rəisi X3 izahatında göstərdi ki, xx.xx.2021-ci ildə vəfat etmiş X2 ölümünün qeydə alınıb-alınmaması barədə Ərizəçi Maraqlı şəxsnə daxil olmuş müraciətinə baxılmış, Maraqlı şəxs akt qeydləri arxivində xx.xx.2021- ci il tarixdən xx.xx.2023-cü il üzrə yoxlama aparılarkən, X2 ölümünün qeydə alınması barədə heç bir akt qeydi aşkar olunmamışdır. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda, ölüm faktı məhkəmə qətnaməsi ilə müəyyən edilməsi və bununla bağlı müraciət etməyi ərizəçiyə izah edilmişdir. Məhkəmə ərizəçinin və maralı şəxsin nümayəndəsinin izahatlarını dinləyib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Yazılı sübut qismində işə əlavə edilmiş Maraqlı şəxs 02 noyabr 2023-cü il tarixli, 05/11-698 saylı məktubdan görünür ki, Maraqlı şəxs akt qeydləri arxivində xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il üzrə yoxlama aparılarkən, X2 ölümünün qeydə alınması barədə heç bir akt qeydi aşkar olunmamışdır. Eyni zamanda X2 ölüm faktının qeydə alınması ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyi üçün mümkün olmadığından imtina edilərək, Ərizəçi aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Göyçay şəhər, Təcili və Təxirəsalınmaz Tibbi yardım stansiyasının sahə həkimi uçün xəbərdarlıq vərəqəsindən görünür ki, Göyçay şəhər, Təcili və Təxirəsalınmaz Tibbi yardım stansiyasının tibbi briqadasından Göyçay şəhəri, Vidadi küçəsi 17 saylı evdən çağırış üzrə xəstə X2 yanına xx.xx.2021-ci il tarixdə saat 12:41-də gedilmişdir. Göyçay rayonu, Ərəbcəbirli kənd Bələdiyyəsinin 65 saylı arayışından görünür ki, X5 1969-cu ildə doğulmuş, 16 iyun 2021-ci ildə vəfat etmiş, 1-ci Ərəbcəbirli kənd ərazisində yerləşən qəbiristanlığında dəfn olunmuşdur; Maraqlı şəxs 07 noyabr 2023-cü il tarixli arayışından görünür ki, X5 xx.xx.1969-cu ildə Göyçay şəhərində anadan olmuşdur. Ölüm haqqında şəhadətnamələrin surətindən görünür ki, X6 xx.xx.2005-ci il taixdə, X4 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının (AR Ədliyyə Nazirliyi və Naxçıvan MR ərazisində Naxçıvan MR Ədliyyə Nazirliyi) imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, 28 oktyabr 1969-cu ildə Göyçay şəhərində anadan olmuş X2 16 iyun 2021-ci ildə Göyçay rayonunda vəfat etməsi faktı iş materialları ilə tam sübut olunduğundan və ölüm haqqında şəhadətnamənin alınması zəruri olduğundan həmin hüquqi fakt təsdiq edilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. 28 oktyabr 1969-cu ildə Göyçay şəhərində anadan olmuş X2 16 iyun 2021-ci ildə Göyçay rayonunda vəfat etməsi faktı müəyyən edilsin. Bu qətnamə X2 ölümünün qeydiyyat orqanında qeydə alınaraq ölüm haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamənin icrası Göyçay rayonu Qeydiyyat Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar