Məhkəmə qərarları › İş №2(046)-1828/2021

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1828/2021

20.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1828/2021 20.10.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, Ərizəçi iştirakı ilə, ölüm faktının qeydə alınması tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək mərhum babası X4 1956-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni müdafiə edərək göstərmişdir ki, mərhum atasından miras qalmış əmlaka vərəsəlik hüququ əldə etmək üçün notariat kontoruna müraciət etmiş, məlum olmuşdur ki, babası X4 ölümü Maraqlı şəxsndə qeydə alınmamışdır.Mərhum babasının ölümü tibbi müəssisəsində qeydə alınmadığı üçün ölümü qeydə alınmamışdır. Buna görə də ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə şahid qismində ifadə vermiş Şahid göstərmişdir ki, Ərizəçi onun qonşusudur. Onun babası X8 1956-cı il tarixdə vəfat etmişdir. Dəfn mərasimində iştirak etmişdir. İş üzrə maraqlı tərəf Maraqlı şəxsnə məhkəmənin yeri və vaxtı barədə məlumat verilmiş, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə Qeydiyyat Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Ərizəçini dinləyən və iş üzrə təqdim edilmiş sübutlara qiymət verən məhkəmə hesab edir ki, ərizə əsaslıdır və aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş Doğum Haqqında çıxarışlardan görünür ki, X9 07.11.1948-ci il tarixdə anadan olmuşdur. X1r. Məhkəməyə təqdim edilmiş Doğum Haqqında çıxarışlardan görünür ki, Ərizəçi xx.xx.1975-ci il tarixdə anadan olmuşdur. X2r. Məhkəməyə təqdim edilmiş X3 surətindən görünür ki, X9 02.04.2014-cü il tarixdə vəfat etmişdir. Məhkəməyə təqdim edilmiş Maraqlı şəxs tərəfindən verilmiş 24.08.2021-ci il tarixli məktubdan görünür ki, X4 ölüm haqqında akt qeydi Maraqlı şəxs arxivində aşkar olunmamışdır. X4 ölümünün qeydə alınması üçün ölüm haqqında tibbi şəhadətnamə Maraqlı şəxsnə təqdim olunmalıdır. Ölüm haqqında tibbi şəhadətnamə olmadığı halda isə ölüm haqqında akt qeydinin qeydə alınması mümkün deyildir. Bu səbəbdən Göyçay Rayon Məhkəməsinə müraciət edilməsi tövsiyə edilmişdir. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Dövlət X7 tərəfindən verilmiş 30.07.2021-ci il tarixli 277 nömrəli arxiv arayışdan görünür ki, Göyçay rayon Qaraməryəm kənd ZDS icraiyyə Komitəsinin Qaraməryəm kəndinə aid 1954-1956cı illərin təsərrüfatbaşına kitabın 121-ci təsərrüfatında X8 ailə başçısı olmaqla 1907-ci ildə anadan olması vı 1956-cı ildə vəfat etməsi göstərilmişdir. Məhkəməyə təqdim edilmiş Göyçay rayon Qaraməryəm kənd İƏN-nin 19.08.2021-ci il tarixli arayışdan görünür ki, X8 1907-ci il tarixdə Göyçay rayonunun Qaraməryəm kəndində anadan olmuş, 1956-cı il tarixdə vəfat etmişdir. Məhkəməyə təqdim edilmiş Məhkəməyə təqdim edilmiş DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* saylı çıxarışdan görünür ki, Göyçay rayon Qaraməryəm kəndində yerləşən 2.33 ha torpaq sahəsi Ərizəçi və ailə üzvlərinin ümumi-birgə mülkiyyətindədir. Məhkəmə baxışı zamanı müəyyən edilir ki, Ərizəçi mərhum babası 1956-ci il tarixdə vəfat etmiş X4 ölümünün qeyd edilməsini başqa qaydada əldə edə bilməz. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə əsasən ölümün qeyd edilmə faktı məhkəmə tərəfindən müəyyən oluna bilər. Sadalananlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi babası X4 1956-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə ərizəsi təmin edilməlidir. Yuxarıda şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216, 220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi babası X4 1956-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə ərizəsi təmin edilsin. Bu qətnamə X4 ölümünün qeydiyyat orqanında qeydə alınaraq, ölüm haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamənin icrası Göyçay rayonu Qeydiyyat Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar